Mektebgushesi

BMU alimlərinin elmi işləri İngiltərədə çap olunub

İngiltərənin nüfuzlu Emerald nəşriyyatında çap olunmuş “Strategic Outlook in Business and Finance Innovation: Multidimensional Policies for Emerging Economies” kitabının iki fəslində Bakı Mühəndislik Universitetinin (BMU) alimlərinin elmi işləri yer alıb. Belə ki, kitabın “The Positive Effects of Financial Innovation on the International Trade Volume” adlı fəslini BMU-nun Maliyyə kafedrasının müdiri, i.ü.f.d. Füzuli Əliyev qələmə alıb. […]

BDU-da urdu dilində danışıq üzrə vebinar

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsi və Pakistanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Urdu dilində danışıq klubu” adlı vebinar keçirilib. BDU-dan Mektebgushesi.az-a bildirilib ki, Pakistanın Azərbaycandakı səfiri Bilal Haye iki ölkə arasında dostluq münasibətlərindən danışaraq, urdu dilini öyrənən tələbələrin bu əlaqələrə töhfə verəcəyinə inandığını qeyd edib. Vebinarda çıxış edən Şərqşünaslıq fakültəsinin urdu dili müəllimi Eldost İbrahimov […]

AMEA-nın Gəncə Bölməsində “Mirzə Mehdi Naci. Seçilmiş əsərləri” kitabı çap olunub

AMEA-nın Gəncə Bölməsində nəşr edilən “Mirzə Mehdi Naci. Seçilmiş əsərləri” kitabında şairin qəzəl, müxəmməs və müsəddəsləri, rübailəri, müxtəlif şerləri, həcvlərdən seçmələr, habelə farscadan tərcümə edilmiş şerlər toplanıb və burada şairin güclü humanizmi əks olunub. Əsərdə təbib, həkkak və şair olan Mirzə Mehdi Nacinin yaradıcılığı hərtərəfli tədqiq və təhlil olunub. Bu barədə Gəncə Bölməsindən məlumat verilib. […]

Rektor koronavirusa yoluxdu, ali məktəbdə dərslər dayandırıldı

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi koronavirusa yoluxub. Bu barədə Xalq artisti özü məlumat verib. O bildirib ki, 8 gün əvvəl özünü narahat hiss edib: “Koronavirusa görə verdiyim testin cavabı pozitiv çıxıb. Səhhətim yaxşıdır, müalicəmi ev şəraitində davam etdirirəm. Hər şey yaxşıdır”. Konservatoriyanın Mətbuat xidmətinin rəhbəri Anar Bəylərov isə bildirib ki, COVID-19 səbəbindən təhsil […]

ADA Universitetinin “Baku Dialogues” jurnalı Kolumbiya Universiteti Nəşriyyatının verilənlər bazasında yer alıb

ADA Universitetinin ingilisdilli rüblük nəşri olan “Bakı Dialoqları” (“Baku Dialogues”) jurnalı Kolumbiya Universiteti Nəşriyyatının “Columbia International Affairs Online (CIAO)” akademik tammətnli elektron jurnal və məqalələr bazasına daxil edilib. Bununla da ADA Universiteti “CIAO”nun 300-dən artıq qlobal akademik tərəfdaşı sıralarına qoşulub. Bu barədə Mektebgushesi.az -a ADA Universitetindən məlumat verilib. Bildirilib ki, jurnalın yayımlanacaq bütün sayları “CIAO”nun […]

ADPU-da “Our İmmortal Martyred Teachers” – “Bizim ölməz şəhid müəllimlərimiz” adlı vebinar keçirilib

  Aprelin 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) baş müəllimi Sevda Ağayevanın təşəbbüsü, universitetin Tarix və coğrafiya fakültəsi və Xarici Dillər Mərkəzinin təşkilatçılığı ilə “Our İmmortal Martyred Teachers” – “Bizim ölməz şəhid müəllimlərimiz” adlı ingilis dilində vebinar keçirilib. Vebinar ADPU-nun Vətən müharibəsində şəhid olan tələbə və məzunlarının xatirəsinə həsr olunub. Zoom platformasında keçirilən vebinarda fakültənin […]

Mingəçevir Dövlət Universitetində “Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi” yaradılıb

  Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının 19 mart 2021-ci il tarixli iclasında təhsilin məzmununda vətənpərvərlik tərbiyəsinin önəminin daha da yüksəldilməsi məqsədilə universitetin strukturunda “Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi”nin (TVİM) yaradılmasına dair qərar qəbul edilib. Həmin qərara əsasən MDU rektorunun 6 aprel 2021-ci il tarixli müvafiq əmri ilə sözügedən Mərkəz təsis edilib. Tələbə gənclərin xalqına, vətəninə […]

Mingəçevir Dövlət Universitetində növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb

  2021-ci ilin 10 aprel tarixində Mingəçevir Dövlət Universitetində (MDU) növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb. Mingəçevir şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları tərəfindən həyata keçirilən dezinfeksiya işləri auditoriya və laboratoriyaları, inzibati otaqları, dəhlizləri, həyətyanı əraziləri, idman zalını, kitabxananı və sanitar qovşaqları əhatə edib. Qeyd edək ki, MDU-da mütəmadi olaraq keçirilən dezinfeksiya tədbirləri Azərbaycan Respublikasının Nazirlər […]

ADPU-nun şəhid məzunu Ceyhun Nüsrətli doğum günündə anılıb

  Aprelin 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nümayəndələri universitetin Vətən müharibəsində şəhid olan məzunlarından Ceyhun Aqil oğlu Nüsrətlinin doğum günü münasibəti ilə məzarını ziyarət ediblər. Universitetin Məzun koordinasiya və karyera bölməsinin müdiri Könül Əsgərova və Ceyhunun 2016-cı ildə məzun olduğu Kimya və biologiya fakültəsinin dekanı dosent Elnarə Mehbalıyeva şəhidin dəfn olunduğu Beyləqan rayonunda rayon […]

ADPU-da Beynəlxalq əlaqələr üzrə yeni prorektor təyin olunub

  Azərbaycan Respublikasının Təhsil nazirinin müvafiq əmri ilə professor Mahirə Hüseynova Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunub. Professor Mahirə Hüseynova 1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olmuşdur. 1968-ci ildə Xalxal kənd səkkizillik orta məktəbin birinci sinifinə daxil olmuş, orta təhsilini Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta […]

AzTU ilə “ALSTOM Transport Azərbaycan” şirkəti əməkdaşlığa başladı

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “ALSTOM Transport Azərbaycan” MMC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi rektor Vilayət Vəliyev və şirkətin direktoru Elşən Zeynalov imzalayıb.  Memoranduma əsasən, tələbələrin “Alstom”un sınaq məhsulları ilə yaxından tanış olmaları üçün universitetin nəzdində şirkətin laboratoriyasının təşkili nəzərdə tutulub. Bundan başqa, gənc startapçıların layihələrinin reallaşdırılaraq icrasına dəstəyin göstərilməsi, tələbələrin və məzunların daxili […]

BMU-da Vətən müharibəsinin qazisi Pərviz Əliyevlə görüş keçirilib

  Bakı Mühəndislik Universitetində (BMU) Vətən müharibəsinin qazisi, universitetin Pedaqoji fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsil almış Pərviz Əliyevlə görüş keçirilib. BMU-nun Tədris işləri üzrə prorektoru Həmzağa Orucov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Böyük Zəfərdən ətraflı bəhs edib. H.Orucov Qarabağ döyüşlərinin iştirakşısı Pərviz Əliyevin universitetin ən aktiv […]

Odlar Yurdu Universitetində təhsil alan və magistr pilləsinə qəbul olmaq istəyən tələbələrin nəzərinə

Odlar Yurdu Universitetində təhsil alan və magistr pilləsinə qəbul olmaq istəyən tələbələrin nəzərinə! Qəbula hazırlaşan tələbələr 12.04.2021-ci il tarixindən etibarən magistratura.az kursunda ödənişsiz şəkildə hazırlaşa biləcəklər. Ödəniş, tələbələrin hər zaman yüksək və keyfiyyətli təhsil almasına dəstək olan Odlar Yurdu Universitetinin rektoru tərəfindən qarşılanacaq.

ATMU və Avstriyanın IMC Krems Universitetinin əməkdaşları arasında onlayn görüş

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Avstriyanın IMC Krems Universiteti arasında 10 ildən artıq davam edən ikili diplom proqramı 200–dən çox savadlı kadrın yetişdirilməsində böyük rol oynayıb. Əməkdaşlığın daha səmərəli təşkili və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın dəstəklənməsi məqsədilə hər iki ali təhsil müəssisəsinin əməkdaşları […]

UNEC-də “Bərk məişət tullantılarının çeşidlənməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Mühəndislik və Biznes və menecment fakültələrinin birgə təşkilatçılığı ilə “Bərk məişət tullantılarının çeşidlənməsi” mövzusunda maarifləndirici tədbir keçirilib. UNEC-dən Mektebgushesi.az-a bildirilib ki, mühəndislik fakültəsinin dekan vəzifəsini icra edən dosent Elçin Səmədov fakültədə bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb. O, tədbirin Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında bərk məişət […]