Mektebgushesi

BANM rektoru Elmar Qasımov Polis Akademiyasında

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Daxili İşlər Nazirliyinin Polis Akademiyasının qonağı olub. Rektor Polis Akademiyasının rəisi, polis polkovniki Canpolad Daanovla görüşüb. Görüşdə Canpolad Daanov bildirib ki, təhsil müəssisləriarasında ikitərəfli münasibətlər bütün sahələrdə uğurla inkişaf edir, dostluq, tərəfdaşlıq fonunda əməkdaşlığın bütün sahələrini əhatə edir. Polis Akademiyasının rəisi Akademiyanın strukturu, tarixi, tədris prosesi haqqında […]

ADAU-da yeni inkişaf strategiyası müzakirə olunub

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Elmi Şurasının onlayn iclasında “Azərbaycan Dövlət Aqrar Universitetinin 2021-2025-ci illər üzrə İnkişaf Strategiyası” müzakirə olunub. Şuranın sədri, universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək bildirib ki, Kənd Təsərrüfatı Nazirliyinin tövsiyəsi və mütəxəssisləri ilə birgə hazırlanmış Strategiya ali təhsil müəssisəsinin missiyası, strateji hədəf və məqsədləri, təhsil və tədrisin […]

LDU Baranoviç Dövlət Universiteti ilə əməkdaşlığa başlayır

Lənkəran Dövlət Universiteti (LDU) xarici ali məktəblərlə əməkdaşlıq əlaqələrini genişləndirir. Universitetdən bildirilib ki,  LDU ilə Belarusun Baranoviç Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Onlayn imzalanan müqavilədə iki təhsil ocağı arasında birgə elmi-tədqiqatların aparılması, akademik, təhsil, ictimai və mədəni fəaliyyətlərdə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi nəzərdə tutulub. Qeyd olunub ki, müqavilənin müddəti  5 ildir.

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

ADA Universitetində onun Karyera Mərkəzi tərəfindən Karyera Hazırlığı Həftəsi keçirilir. Bu barədə Mektebgushesi.az –a ADA Universitetindən məlumat verilib. Bildirilib ki, bu gündən başlayan Karyera Hazırlığı Həftəsi aprelin 10-dək davam edəcək. Tədbir çərçivəsində maliyyə, bankçılıq, istehlak, informasiya və telekommunikasiya, audit və konsaltinq sahələrində fəaliyyət göstərən 14 yerli və xarici müəssisənin, şirkət, beynəlxalq təşkilat və dövlət qurumunun […]

UNEC-də Universitetdaxili İkili Diplom Proqramının ilkin təqdimatı keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Universitetdaxili İkili Diplom Proqramının (UDİD) ilkin təqdimatı keçirilib. UNEC-in rektoru, professor Ədalət Muradovun iştirakı ilə keçirilən təqdimatda tədris və təlim texnologiyaları üzrə prorektor, dosent Anar Rzayev UDİD proqramının qaydaları, tətbiqi və icrası ilə bağlı məlumat verib. Bildirilib ki, UDİD proqramının yeni tədris ilindən reallaşdırılması nəzərdə tutulub. UDİD-ə qoşulan və proqramı […]

ADNSU-da Elmi Şuranın növbəti iclası keçirilib

Martın 31-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Elmi Şurasının onlayn formatda növbəti iclası keçirilib. ADNSU-nun rektoru, professor Mustafa Babanlı Elmi Şura üzvlərini salamlayaraq 31 mart – Azərbaycanlıların Soyqırımından danışıb və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rektor, professor M. Babanlı iclasda koronavirus pandemiyası şəraitində dünyada və ölkəmizdə gedən proseslərdən və pandemiyanın […]

Gömrük Akademiyasında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib

  Dövlət Gömrük Komitəsinin Akademiyasında 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib. Öncə 31 Mart soyqırımı qurbanlarının, həmçinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərin, o cümlədən Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Akademiya rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov 31 mart […]

MDU -da 31 Mart – Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş konfrans keçirilib

31 mart 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş “31 Mart faciəsi insanlığa qarşı soyqırım cinayətidir” mövzusunda konfrans keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən konfransı açan MDU-nun rektoru Şahin Bayramov 1918-ci ilin mart-aprel aylarında erməni təcavüzkarları tərəfindən xalqımıza qarşı törədilmiş soyqırım aktlarından, Bakıda, Qarabağda, Şamaxıda, Qubada və […]

Dövlət Neft və Sənaye Universitetinin müəllimi Zigen Universitetində məruzə ilə çıxış edib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Eazi START” Startap və İnnovasiya mərkəzinin koordinatoru Elviz İsmayılov Almaniyanın Zigen Universitetinin professoru Müslüm İbrahimovun dəvətinə əsasən “Azərbaycan Startap ekosistemi” mövzusunda onlayn məruzə ilə çıxış edib. ADNSU-dan Mektebgushesi.az -a bildirilib ki, Zigen Universitetində magistratura təhsili alan 30-a yaxın tələbə həmin mühazirədə iştirak edib. Tələbələrin ixtisasları iqtisadi siyasət, insan-kompüter […]

ADPU-nun tanıtım filmi təqdim edilib

  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəsmi youtube televiziyası – ADPU TV universitetlə bağlı tanıtım filmi hazırlayaraq yayımlayıb. ADPU-nun Mətbuat Xidməti tərkibində fəaliyyət göstərən ADPU TV tərəfindən hazırlanan film tələbələr, abituriyentlər və geniş ictimaiyyət üçün nəzərdə tutulub. İzləyicilər filmdə ADPU-nun 100 illik şərəfli inkişaf yoluna nəzər sala və bu gün ölkədə pedaqoji təhsilin bayraqdarı olan […]

BMU-da Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib

  Bakı Mühəndislik Universitetində (BMU) 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib. Faciə qurbanlarının xatirəsi yad olunduqdan sonra çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov bildirib ki, 1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən azərbaycanlılara qarşı amansız soyqırımı aktı həyata keçirilib və minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə xüsusi qəddarlıqla qətlə […]

BDU-da “1918-ci il mart soyqırımının tarixi, siyasi və hüquqi müstəvidə təhlili” mövzusunda dəyirmi masa

Bu gün Bakı Dövlət Universitetində (BDU) 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı “1918-ci il mart soyqırımının tarixi, siyasi və hüquqi müstəvidə təhlili” mövzusunda onlayn dəyirmi masa keçirilib. Tədbir soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. BDU-nun rektoru Elçin Babayev çıxış edərək ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətinin müxtəlif dövrlərdə həyata keçirildiyi, […]

MDU -da “Elm günü” çərçivəsində Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr edilmiş elmi konfrans keçirilib

  30 mart 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Mühəndislik fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Elm günü” çərçivəsində Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr edilmiş XII elmi konfrans keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən konfransda çıxış edən MDU-nun Mühəndislik fakültəsinin dekan əvəzi Almaz Əliyeva, ilk növbədə, tədbir iştirakçılarına “Elm […]

MDU -da magistrantların “Elm günü”nə həsr olunmuş III elmi-nəzəri konfransının bölmə iclasları keçirilib

  29 mart 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) magistrantların “Elm günü”nə həsr olunmuş III elmi-nəzəri konfransının “Təhsil və humanitar”, “Təbiət, texnika və texnologiya”, “İqtisadiyyat və idarəetmə” bölmələri üzrə iclasları keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən bölmə iclaslarında MDU-nun magistratura səviyyəsində təhsil alan tələbələrinin məruzələri dinlənilib. “Təhsil və humanitar” bölməsinin iclasında […]

UNEC-də doktoranturaya qəbul imtahanları keçirilir

UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində (BMDM) doktoranturaya qəbul üzrə ixtisas imtahanları keçirilib. İmtahanda 4 ixtisas üzrə 22 namizəd iştirak edib. Digər 5 ixtisas üzrə imtahanlar isə 31 mart tarixində saat 10:00-da keçiriləcək. Xüsusi karantin dövründə BMDM tərəfindən keçirilən doktoranturaya qəbul imtahanı pandemiya şəraitinin tələblərinə uyğun təşkil olunub.