Mektebgushesi

LDU-da soyqırım qurbanlarının xatirəsi anılıb

Lənkəran Dövlət Universitetində (LDU) 31 Mart Azərbaycanlıların Soyqırım Gününə həsr olunmuş anım tədbiri keçirilib.Onlayn formatda keçirilən tədbir günahsız qurbanların xatirəsinin 1 dəqiqəlik sükütla yad edilməsi ilə başlanıb. LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov bir əsr öncə baş vermiş faciədən ətraflı danışıb.Bildirib ki, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan, sonra ölkənin digər […]

BSU -da 31Mart- Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi konfrans keçirilib

Bakı Slavyan Universitetində (BSU) bu ali təhsil müəssisəsi rəhbərliyinin dəstəyi və Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin Beynəlxalq münasibətlər kafedrasının təşkilatçılığı ilə 31Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan onlayn formada elmi konfrans keçirilib. Elmi konfransda BSU-nun rəhbərliyi, fakültə dekanları, dekan müavinləri, kafedra müdirləri, şöbə müdirləri və digər müvafiq struktur bölmələrin məsul şəxsləri, magistrantlar, doktorantlar, tələbələr iştirak […]

Azərbaycan İlahiyyat İnstitutunda 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradovun moderatorluğu ilə ZOOM proqramı üzərindən təşkil olunub. Aİİ-nin rektoru Aqil Şirinov tədbir iştirakçılarını salamladıqdan sonra, 31 Mart soyqırımı qurbanlarını, həmçinin 44 günlük Vətən Müharibəsində şəhid olanların xatirəsini yad edib, onlara Allahdan […]

BDU-da 6 ixtisaslaşma beynəlxalq akkreditasiyadan keçib

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin magistratura səviyyəsinin 6 ixtisaslaşması üzrə Ali Təhsildə Keyfiyyətin Təmin Olunması Avropa Assosiasiyasının (ENQA) üzvü, Təhsildə Keyfiyyətin Təminatı Avropa Reyestrində (EQAR) qeydiyyatdan keçmiş Təhsildə Keyfiyyətin Təminatı Müstəqil Agentliyi (İQAA) tərəfindən təhsil proqramlarının beynəlxalq və Avropa keyfiyyət standartlarına uyğunluğun qiymətləndirilməsi – beynəlxalq akkreditasiyası aparılıb. BDU-dan Mektebgushesi.az -a bildirilib ki, beynəlxalq akkreditasiya […]

BANM ilə “AzerGold” QSC arasında əməkdaşlığa dair razılaşma sənədi imzalanıb

      Bakı Ali Neft Məktəbi (BANM) ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında qarşılıqlı əməkdaşlığa dair razılaşma sənədinin imzalanma mərasimi keçirilib. Onlayn formatda keçirilən tədbirdə sənədi Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov imzalayıblar. Sənədə əsasən, qarşılıqlı razılıq əsasında ölkə ərazisində əlvan və qara metal […]

Təhsil İnstitutunun direktoru ADPU-da olub

  Martın 30-da Azərbaycan Respublikasının Təhsil İnstitutunun (AR Tİ) direktoru Rüfət Əzizov Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) işgüzar görüşdə olub. Görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, Tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, rektorun müşaviri Ümid Mehdiyev və Magistratura və doktorantura şöbəsinin müdiri professor İbrahim Bayramov iştirak […]

#VİKİADPU layihəsi çərçivəsində könüllü tələbələr Azərbaycanca vikipediyaya 28 yeni məqalə əlavə edib

  Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri İctimai Birliyinin (ADPU TKİB) Qorqud Vikipediya Metodiki Klubu (QVMK) ilə birgə ADPU tələbələri üçün təşkil etdikləri onlayn praktik vikipediya təlim kursu – #VİKİADPU çərçivəsində təlimlərdə vikipediyada məqalə yaratmağı mənimsəyən könüllü tələbələr, o cümlədən müəllimlər tərəfindən vikipediyanın Azərbaycandilli seqmentində Vətən müharibəsi şəhidləri, ictimai-siyasi xadimlər və elmi mövzular haqqında yeni […]

BDU-da keçirilən “İlin alimi” müsabiqəsinin qalibləri müəyyənləşib

Bakı Dövlət Universitetində (BDU) 27 mart – Elm Gününə həsr olunmuş onlayn tədbir keçirilib. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, tədbirdə BDU-nun rektoru Elçin Babayev son illər ölkəmizdə elmin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında elmin əhəmiyyətinin artırılması və elmi fəaliyyətin stimullaşdırılması istiqamətində həyata keçirilən dövlət tədbirləri barədə məlumat verib. E.Babayev Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə Elm Gününün təsis […]

Gömrük Akademiyasının Vətən müharibəsində iştirak etmiş məzunu təhsilini fərqlənmə ilə bitirib

  Dövlət Gömrük Komitəsinin Akademiyasının Vətən müharibəsində iştirak etmiş “Hüquqşünaslıq” ixtisası üzrə məzunu Qazaxov Elvin Sabir oğlu Akademiyanı fərqlənmə ilə başa vurub. Fərqlənmə diplomunu ona Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov təqdim edib. Elvin Qazaxov 2019/2020-ci tədris ilində Gömrük Akademiyasından məzun olub, 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb. O, ölkəmizin ərazi bütövlüyünün […]

Azərbaycan İlahiyyat İnstitutunda “İslama görə qadının dəyəri” mövzusunda vebinar keçirilib

  Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “İslama görə qadının dəyəri” mövzusunda vebinar keçirilib. “Microsoft Teams” proqramı üzərindən onlayn təşkil olunan tədbirdə Aİİ-nin müəllimləri, əməkdaşları və tələbələri iştirak ediblər. Aİİ İslamşünaslıq kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Əhmədzadə mövzu ətrafında məruzə ilə çıxış edib. İslamın qadına verdiyi dəyərdən söhbət açan məruzəçi Qurani-Kərimdən və hədislərdən dəlillər gətirərək […]

Magistrantların elmi-pedaqoji təcrübəsi davam edir

Azərbaycan Texniki Universitetinin (AzTU) II kurs magistrantlarının elmi-pedaqoji təcrübələri uğurla davam edir. AzTU-dan Mektebgushesi.az -a bildirilib ki, magistrantlar təcrübə rəhbərləri ilə birlikdə bakalavrların dərs prosesinə qoşularaq assistent kimi iştirak edir. Ötən tədris ilindən başladılan “Gələcəyin müəllimi” layihəsi çərçivəsində müsahibə yolu ilə işə qəbul olunan AzTU məzunlarının uğurlu nəticələri builki magistrantların təcrübələrində motivasiya rolunu oynayır. Magistrantların […]

MDU -da magistrantların “Elm günü”nə həsr olunmuş III elmi-nəzəri konfransı keçirilib

  29 mart 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) magistrantların “Elm günü”nə həsr olunmuş III elmi-nəzəri konfransı keçirilib. Konfransda MDU-nun Pedaqoji, Mühəndislik, İqtisadiyyat və idarəetmə fakültələrinin magistrantları, professor-müəllim heyəti üzvləri iştirak ediblər. “Microsoft TEAMS” platforması üzərindən onlayn formatda təşkil edilən konfransı açan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, Azərbaycanda elm sahəsinə və alimlərə verilən […]

Mingəçevir Dövlət Universiteti Qazi Universiteti ilə birgə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş konfrans keçirəcək

6 aprel 2021-ci il tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiyənin Qazi Universiteti arasında əməkdaşlıq çərçivəsində Azərbaycanın dahi şairi və türk dünyasının böyük mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş birgə konfrans keçiriləcəkdir. Universitetdən Mektebgushesi.az-a bilrilib ki,  “Zoom” platforması üzərindən onlayn formatda təşkil ediləcək konfransda Qazi Universitetinin rektoru Musa Yıldız və MDU-nun rektoru Şahin […]

BDU-da keçirilən rəsm müsabiqəsinin qalibləri – FOTO

BDU-da keçirilən rəsm müsabiqəsinin qalibi: “Mən qəhrəman xalqın nümayəndəsi olmağımla qürur duyuram və bu əsəri canından keçən şəhidlərimizə, qəhrəman qazilərimizə və cənab Ali Baş Komandana həsr etmişəm” Bildiyiniz kimi, Bakı Dövlət Universitetinin tələbə və magistrantları arasında elan olunmuş “Vətən müharibəsi BDU tələbələrinin gözü ilə” onlayn rəsm müsabiqəsinin nəticələri elan olunub. Komissiya üzvlərinin qərarına əsasən qaliblər […]

AzTU ilə “STP Global Cable” MMC-nin rəhbərliyi arasında işgüzar görüş keçirilib

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “STP Global Cable” MMC-nin rəhbərliyi arasında işgüzar görüş keçirilib. Görüşdə rektor Vilayət Vəliyev, şirkətin direktoru Abdurrahman Güngör və hər iki tərəfdən nümayəndələr iştirak edib. Qeyd olunub ki, universitetin nəzdində STP Global Cable akademiyasının təşkili, şirkətin mütəxəssislərinin tədrisə cəlb olunması və ən son istehsal idarəetməsi texnologiyasının tətbiqi tələbələrin praktiki biliklərinin təkmilləşməsinə […]