Mektebgushesi

AzTU nəzdində Bakı Texniki Kollecinin tələbələri üçün universitetdə “Açıq qapı” günü keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində Bakı Texniki Kollecinin tələbələri üçün universitetdə “Açıq qapı” günü keçirilib. Mektebgushesi.az xəbər verir ki, “Açıq qapı” günündə tələbələr AzTU-nun laboratoriyaları ilə tanış olub, həmçinin müxtəlif fakültə və kafedraların rəhbər heyəti ilə görüşüblər. Tələbələrə AzTU-da görülən işlər, həyata keçirilən yeni layihələr, tədris prosesi, beynəlxalq əlaqələr, universitet-sənaye işbirliyi barədə ətraflı məlumat verilib.  

BMU-da “Gənc tədqiqatçıların VII beynəlxalq elmi konfransı”  öz işinə başlayıb

Bakı Mühəndislik Universiteti (BMU) və Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Gənc tədqiqatçıların VII beynəlxalq elmi konfransı” öz işinə başlayıb. Konfransın əsas istiqamətləri mühəndislik, xarici ticarət və gömrük xidməti memarlıq və inşaat, təbiət, iqtisadiyyat, filologiya, pedaqogika, hüquq, tarix və sosiologiya elmləridir. Gənclərin elmə […]

ADPU tələbələri Danimarkada mübadilə proqramında iştirak edir

  Danimarkanın Kopenhagen Universitet Kolleci (UCC) ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) arasında bağlanmış Erasmus+ müqaviləsi (Fəaliyyət 1) çərçivəsində tələbə-müəllim heyəti mobilliyi uğurla həyata keçirilir. ADPU-dan Mektebgushesi.az -a bildirilib ki, İbtidai təhsil fakültəsinin III kurs tələbəsi Fatimə Rəhimova və II kurs tələbələri Fəridə Qəmbərova, Xədicə Rzayeva, Kimya və biologiya fakültəsinin IV kurs tələbəsi Rəvan İdrisli […]

Deputat: Universitetlərimizin bir çoxunda dərsliklərlə, proqramlarla bağlı problemlər var

Universitetlərimizin bir çoxunda dərsliklərlə, proqramlarla bağlı problemlər var. Mektebgushesi.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov qurumun iclasında deyib. O bildirib ki, universitrtlərə muxtariyyətin verilməsi, dərsliklərin hazırlanması haqda təkliflər var: “Amma maraqlıdır ki, bizim universitetlərimiz bu prosesə nə dərəcədə töhfə verə biləcək? Bu gün mərkəzdən qaçma halları və pərakəndəlik bir çox […]

AzMİU tələbələri üçün 2 günlük təlim düşərgəsi təşkil olunub

  Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Strateji planlaşdırma şöbəsi, İnnovativ biznes inkubator və AIESEC Azərbaycanın birgə təşkilatçılığı ilə “Startap və onun əsasları” mövzusunda iki günlük təlim düşərgəsi təşkil olunub. Təlim düşərgəsində SABAH.lab startap akselerasiya mərkəzinin koordinatoru Sultan Abdullayev və Azərbaycan Beynəlxalq Bankı İnnovasiya mərkəzinin koordinatoru Elnur İsazadə tərəfindən tələbələrə startapın əhəmiyyəti, startapda problem və […]

LDU-da “Bədii qiraət” müsabiqəsi keçirilib

  Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan Respublikasının qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə “Bədii qiraət” müsabiqəsi keçirilib. Tədbir iştirakçıları Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad  ediblər.  Filologiya və ibtidai təhsil fakültəsinin dekanı, dos.Elman Mirzəyev Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev” ili […]

Mingəçevir Dövlət Universitetinin tərəfdaşı olduğu növbəti Erasmus+ layihəsinə start verilib

  2023-cü ilin aprelin 25-də Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaşı olduğu “Virtual Gənclər Biznes Habları Beynəlxalq Şəbəkəsi” (Virtual Youth Business Hubs International Network – VEHUB4YOU) adlı Erasmus+ qrant layihəsinin açılış mərasimi keçirilib. Açılış mərasimində Kiyev Milli Texnologiyalar və Dizayn Universitetinin (Ukrayna) rektoru İvan Qrişenko, MDU-nun rektoru Şahin Bayramov, RISEBA Tətbiqi Elmlər Universitetinin (Latviya) prorektoru Nellija […]

ADU-da akademik Kamal Abdullanın elmi seminarı keçirilib

  Aprelin 26-da Azərbaycan Dillər Universitetində Xalq yazıçısı, akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin həmmüəllif olduqları “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabına həsr olunan elmi seminar keçirilib. Kitabın həmmüəllifi, professor Rafiq Əliyev kitabın ərsəyə gəlməsindən və kitabın yazılma səbəblərindən danışıb. Qeyd olunub ki, kitabın yazılma ideyasının əsas müəllifi akademik Kamal Abdulla olub. […]

BDU-nun 4 komandası 6 layihə ilə “TEKNOFEST-2023”də təmsil olunur

  Bakı Dövlət Universitetinin (BDU) tələbələrdən ibarət 4 komandası 6 layihəsi ilə Türkiyədə keçirilən “TEKNOFEST-2023” Aerokosmik və Texnologiya Festivalının final mərhələsində çıxış edir. Festivalın bu gün başlayan final mərhələsində 2 kateqoriya üzrə (“Yaşıl texnologiyalar” və “Ağıllı nəqliyyat” kateqoriyaları) çıxış edəcək “BSU Creativity Workz” komandası “Driver’s Eye (avtomobil qəzalarını əvvəlcədən müəyyənləşdirərək sürücünü xəbərdar edən elektron sistem)”, […]

AzTU-nun Avropa İttifaqının tədqiqat proqramlarında iştirakı ilə bağlı müzakirə aparılıb

  Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Petr Mixalko Azərbaycan Texniki Universitetində (AzTU) olub. Universitetdən  bildirilib ki, qonaq AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb. Görüş zamanı AzTU-nun Avropa İttifaqının tədqiqat proqramlarında iştirakı ilə bağlı məsələlər müzakirə olunub. Eyni zamanda, Avropa İttifaqının AzTU-da universitet-sənaye işbirliyi istiqamətində görülən işlərə dəstək imkanları barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan İlahiyyat İnstitutunda respublika elmi konfransı keçirilib

“Heydər Əliyev və dini tolerantlıq” mövzusunda respublika elmi konfransı keçirilib Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq, Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Heydər […]

ADU tələbələrinin iştirakı ilə “HEYDƏR ƏLİYEV-100” adlı fləşmob təşkil edilib – VİDEO

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Azərbaycan Dillər Universitetində silsilə tədbirlər həyata keçirilir. Tədbirlər planına uyğun olaraq Təhsil 1 fakültəsinin nəzdindəki İngilis dilinin fonetikası kafedrası “HEYDƏR ƏLİYEV-100” adlı fləşmob təşkil edib. Sözügedən fləşmobda Təhsil 1 fakültəsinin 220 tələbəsi fəal iştirak edib.    

UNEC – də Sankt-Peterburq Dövlət İqtisad Universitetinin təşkilatçılığı ilə konfrans kelirilib

UNEC ilə Sankt-Peterburq Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Sankt-Peterburq şəhərində “Azərbaycan və Rusiya arasında əməkdaşlığın inkişafında Heydər Əliyevin rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfransın məqsədi ulu öndər Heydər Əliyevin Azərbaycan ilə Rusiya arasında  əməkdaşlığa qazandırdığı nailiyyətləri təhlil etmək, o cümlədən iki ölkənin iqtisadi, enerji […]

Kopenhagen Universitet Kollecinin müəllimləri Pedaqoji Universitetin qonağı olublar  

Aprelin 17-dən 20-dək Danimarkanın Kopenhagen Universitet Kollecinin (UCC) müəllimləri Lise Halkier və Lotte Klint Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) səfərdə olublar. Səfərin məqsədi ADPU-nun rəhbərliyi və müəllim heyəti ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparmaq, təqdimatlar keçirmək, Bakıdakı uşaq bağçalarına, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi təhsil müəssisələri və orta təhsil məktəblərinə baş çəkərək onların fəaliyyəti […]

BDU-da Respublika elmi-praktik konfrans keçirilib

  Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanın müasir inkişafının coğrafi məsələləri: Böyük Qayıdış, qlobal inteqrasiya və regional inkişaf” mövzusunda tələbə, magistr və gənc tədqiqatçıların Respublika elmi-praktik konfransı keçirilib. Coğrafiya fakültəsinin TEC sədri İmran Bayramov Ümummilli Lider Heydər Əliyevin xalqımız […]