Mektebgushesi

 “Turizm Könüllüləri” Təşkilatı MDU-da məlumatlandırıcı görüş keçirib

  2023-cü il aprelin 13-də Dövlət Turizm Agentliyinin təşəbbüsü əsasında yaradılan “Turizm Könüllüləri” Təşkilatı İctimai Birliyinin nümayəndələri ilə Mingəçevir Dövlət Universitetində (MDU) görüş keçirilib. Görüşdə MDU-nun İqtisadiyyat kafedrasının professor-müəllim heyəti və turizm ixtisasları üzrə təhsil alan tələbələri iştirak edib. Könüllülük fəaliyyətlərinin gənclərin şəxsi inkişafındakı əhəmiyyətli rolundan bəhs edən MDU-nun elmi işlər üzrə prorektor əvəzi Veysəl Əyyubov […]

MDU-da MİQ imtahanlarının nəticələri müzakirə olunub

Mingəçevir Dövlət Universitetində (MDU) Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsi tərəfindən 2022-ci il üzrə müəllimlərin işə qəbulu (MİQ) imtahanlarının nəticələri müzakirə edilib. Müzakirədə Nazirliyin müvafiq əməkdaşları, universitetin akademik və inzibati heyət üzvləri iştirak edib. Universitetdən mektebgushesi.az-a verilən məlumata görə, tədbirdə çıxış edən MDU-nun Tədris şöbəsinin müdiri Üzeyir Zeynalov və Təhsil fakültəsinin dekanı Nizami Zeynalov […]

Hərbi attaşelər FHN Akademiyasında olublar – FOTO

Azərbaycanda akkreditə olunmuş bir sıra xarici ölkə səfirliklərinin hərbi attaşeləri Fövqəladə Hallar Nazirliyinin Akademiyasında olublar. Nazirlikdən verilən məlumata görə, FHN Akademiyasının rəisi general-mayor Baba Salayev və Nazirliyin Baş hərbi eksperti polkovnik Fərhad Səmədovun iştirakı ilə keçirilən görüşə Türkiyə, ABŞ, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Bolqarıstan, Çin, Rusiya Federasiyası, Qazaxıstan, Koreya, Pakistan, Ukrayna, Polşa, […]

Rusiyalı alimlər Azərbaycan Dillər Universitetində

  Rusiya Federasiyasının A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun Beynəlxalq əməkdaşlıq departamentinin müdiri Yuriy Kopılov və institutun professoru İrina Leşutina Azərbaycan Dillər Universitetində (ADU) olublar. Bu barədə ADU-dan bildirilib. ADU-nun rektoru akademik Kamal Abdulla qonaqlara universitetdəki dil və mədəniyyət mərkəzləri, eyni zamanda, müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzləri haqqında məlumat verib. Rektor bildirib […]

BDU 9 kafedra müdiri vəzifəsinə vakansiya elan edib

Bakı Dövlət Universiteti 9 kafedrada seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edib. Mektebgushesi.az  xəbər verir ki, kafedra müdiri vəzifəsi üçün müsabiqəyə çıxarılan yerlər aşağıdakılardır: 1. Nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri 2. Diferensial və inteqral tənliklər kafedrasının müdiri 3. Riyazi fizika tənlikləri kafedrasının müdiri 4. Tətbiqi analizin riyazi üsulları kafedrasının müdiri 5. Dünya […]

Macarıstan şah memarlıq əsərləri AzMİU-da: Mistika və tarix

  Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Dünyanın şah memarlıq əsərləri” adlı fotolayihəsi çərçivəsində  “Macarıstanın tarixi və memarlıq irsi”  adlı sərgisi açılıb. İtaliya-Azərbaycan Dizayn Mərkəzi və tanınmış fotoqraf, incəsənət kuratoru Aydın Sadıxovun təşkilatçılığı ilə keçirilən sərgidə AzMİU-nun rəhbərliyi, professor-müəllim heyəti, tələbələri və Macarıstanın Azərbaycandakı səfiri, eləcə də səfirliyin əməkdaşları iştirak ediblər. AzMİU-nun rektoru professor Gülçöhrə […]

AzTU ilə Azərbaycan Texnologiya Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Azərbaycan Texnologiya Universiteti (UTECA) arasında əməkdaşlıq memorandumu imzalanıb. Mektebgushesi.az xəbər verir ki, sənədi AzTU-nun rektoru Vilayət Vəliyev və UTECA-nın rektoru vəzifəsini müvəqqəti icra edən Yaşar Ömərov imzalayıblar. Memorandumda müəllim, doktorant və dissertantların, magistr və bakalavr tələbələrinin akademik, eləcə də qabaqcıl tədris metodlarının tətbiqi və inkişaf etdirilməsi üzrə təcrübə mübadiləsi, birgə elmi-tədqiqat […]

Yaşar Səmədovun Təbriz və Qarabağ ünvanlı əsərləri böyük diqqət cəlb edib

  Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Sərgi salonunda universitetin Təsviri incəsənət kafedrasının əməkdar müəllimi, rəssam Yaşar Səmədovun fərdi yaradıcılıq sərgisi açılıb. Sərgidə çıxış edən AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova Yaşar Səmədovun ömrünün çox hissəsini universitetdə keçirdiyini, qüvvəsini, enerjisini, istedadını gənc memarların yetişməsinə həsr etdiyini söyləyib. Rektor qeyd edib ki, Yaşar Səmədov bu illər ərzində […]

BDU-nun SABAH qruplarının tələbələri MDB-nin ən yaxşı tələbələri sırasında

  Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Tarix müəllimliyi ixtisasının IV kurs tələbələri Fatimə Şirinova və Azər Həndəmov  “MDB-nin ən yaxşı tələbəsi” adına layiq görülüblər. Qazaxıstan Respublikasının Nur-Sultan şəhərində keçirilən  “Ən yaxşı tələbə – 2023” beynəlxalq layihəsində tələbələr öz elmi məqalələrini və sosial fəaliyyətlərini əhatə edən avtobioqrafiyaları ilə iştirak ediblər. Qeyd edək ki, “Ən yaxşı […]

Bədii yaradıcılıq festival-müsabiqəsinin növbəti mərhələsi ADU-da keçirilib – FOTO

Azərbaycan Dillər Universitetində Ali təhsil müəssisələrinin tələbələri arasında  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bədii-yaradıcılıq festivalının növbəti seçim mərhələsi keçirilib. ADU-dan  bildirilib ki, müsabiqə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Həmkarlar İttifaqları Konfederasiyası və ADU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə gerçəkləşib. Gənclər musiqi və rəqs üzrə öz bacarıqlarını nümayiş etdiriblər. […]

Azərbaycan Texniki Universitetində X Spartakiadanın yarışları davam edir

  Azərbaycan Texniki Universitetində (AzTU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan X Spartakiadanın yarışları davam edir. AzTU-dan Mektebgushesi.az -a bildirilib ki, spartakiadada müəllim, tələbə və əməkdaşlardan ibarət 16 komanda mübarizə aparır. Basketbol, voleybol, futzal, sərbəst güləş, stolüstü tennis və şahmat idman növü üzrə keçirilən spartakiada mayın 5-də yekunlaşacaq.

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda tədbir keçirilib

Aprelin 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda tədbir keçirilib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə keçirilən tədbirdə iştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi ilə tanış […]

ADNSU ilə AQSİA İctimai Birliyi arasında memorandum imzalanıb

Aprelin 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı “Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” (AQSİA) İctimai Birliyinin sədri Səkinə Babayeva və onun rəhbərlik etdiyi bir neçə xanım sahibkarla görüşüb. Görüşdə həmçinin ADNSU-nun prorektorları, müəllimlər iştirak ediblər. ADNSU rektorunun Universitet-Sənaye əməkdaşlığı və məzunlarla iş üzrə müşaviri Sakit Səmədovun təşkilatçılığı ilə keçirilən görüşdə qonaqları […]

AzTU-da X Spartakiadanın yarışları davam edir

Azərbaycan Texniki Universitetində (AzTU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan X Spartakiadanın yarışları davam edir. Mektebgushesi.az xəbər verir ki, spartakiadada müəllim, tələbə və əməkdaşlardan ibarət 16 komanda mübarizə aparır. Basketbol, voleybol, futzal, sərbəst güləş, stolüstü tennis və şahmat idman növü üzrə keçirilən spartakiada mayın 5-də yekunlaşacaq.

BMU-da akkreditasiya ilə bağlı iclas keçirilib

  Bakı Mühəndislik Universitetinin (BMU) institusional akkreditasiyadan keçirilməsi prosesinə hazırlıq vəziyyəti müzakirə edilib. Bu məqsədlə təşkil olunan ilk iclasda BMU-nun rektoru, professor Havar Məmmədov Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən yaradılacaq Akkreditasiya Komissiyası tərəfindən cari ilin sentyabr ayında ali təhsil ocağının institusional akkreditasiyadan keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb. Təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına və digər […]