Mektebgushesi

BDU-da yeni media mühitində jurnalist kontentinə verilən tələblər araşdırılıb

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının doktorantı və saathesabı müəllimi Səbinə İzzətlinin “Yeni media mühitində jurnalist kontentinə verilən tələblər” mövzusunda elmi seminarı keçirilib. Kafedra müdiri, dosent Xatirə Hüseynova doktorantı təqdim edib, elmi seminarın mövzusu ilə bağlı iştirakçıları məlumatlandırıb. Səbinə İzzətli mediadaxili çevriliş adlandırılan konvergensiya prosesində texnoloji yeniliklərin jurnalist məhsulunun […]

AzMİU beynəlxalq reytinq sistemində ölkə üzrə birinci oldu  

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilk dəfədir ki, “HE Higher Education Ranking” sisteminə daxil olub və 6207 balla 37-ci yerdə qərarlaşıb. “HE Higher Education Ranking” nəşri 2023-cü il üçün reytinq cədvəlini tərtib edib. HE Higher Education Ranking ali təhsil müəssisələrini xüsusi meyarlara və ali təhsil müəssisələrinin fəaliyyətinin və nəticələrinin yaxşılaşdırılmasına töhfə verən fəaliyyət göstəricilərinə görə sıralayan […]

BDU-nun tələbələri Hərb Tarixi Muzeyini ziyarət edib

  Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya ediblər. Bu barədə BDU-dan məlumat verilib. Bildirilib ki, fotojurnalistika dərsi çərçivəsində gerçəkləşdirilən ekskursiyada Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri dosent Xatirə Hüseynova, fənn müəllimləri Vüqar İbadov və Aygün Qurbanlının rəhbərliyi ilə fakültənin III kurs tələbələri iştirak ediblər. Muzeyin rəisi, ehtiyatda olan polkovnik […]

Ceyhun Məmmədov: Gəncləri zərərli dini təsirlərdən necə qoruyaq?

Proseslərin təhlili göstərir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra çoxlu sayda gənc müxtəlif zərərli dini təsirlərin qurbanına çevrilib. Həmin kontingentin mütləq əksəriyyətini təhsili o qədər yüksək olmayan, dünyagörüşü zəif və məhdud, işsiz gənclər təşkil edir. Burada söhbət yalnız bir dindən və ya məzhəbdən getmir. Hətta son illər ölkəmizdə xristianlığı qəbul edən gənclərin də sayı artır. […]

Gömrük Akademiyasının əməkdaşları Belçikada “Work4Ce” layihəsinin beynəlxalq təlim həftəsində iştirak ediblər

Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) və digər səkkiz ali təhsil müəssisəsinin birgə tərəfdaşlığı ilə icra olunan “Work4CE” beynəlxalq konsorsium layihəsi çərçivəsində Belçikada “Təlimçilər üçün Təlim” həftəsi keçirilib. Layihənin tərəfdaş qurumu Löven Katolik Universitetinin (K.U. Leuven) Mühəndislik texnologiyası fakültəsinin dəvəti ilə həmin fakültənin Texnologiya Kampusunda (“Campus de Nayer”) təşkil olunan tədbirdə Akademiyanı İnformasiya texnologiyaları və texniki elmlər kafedrasının müdiri […]

Azərbaycanda universitet-dövlət-sənaye əlaqələri tədqiq edilir

  Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) daxili qrant müsabiqəsində qalib olan “Universitet-dövlət-sənaye (UDS) əlaqələrində effektiv kommunikasiya problemi: kim nə istəyir?” tədqiqat layihəsi uğurla icra edilir. Universitetin nəzdində fəaliyyət göstərən UNEC Empirik Tədqiqatlar Mərkəzi və Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzi tərəfindən həyata keçirilən layihədə UDS əlaqələrində iştirak edən müxtəlif tərəflərin rəyi öyrənilib. Bu barədə  UNEC Empirik […]

BDU tələbələri minaların təhlükəsi barədə məlumatlandırılıb

  “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi Bakı Dövlət Universitetinin (BDU) professor-müəllim heyəti və tələbələri üçün maarifləndirici seminar keçirib. Birliyin sədri Hafiz Səfixanov Azərbaycan Respublikasının ərazisində mina və partlamamış hərbi sursatlar problemi barədə geniş təqdimatla çıxış edib. Təqdimatda mina və partlamamış hərbi sursatlar probleminin yaranma səbəbləri, bu problemlərin aradan qaldırılması üçün ANAMA, Müdafiə və Fövqəladə […]

İlahiyyat İnstitutunun rektoru Sumqayıtda din xadimləri ilə görüş  

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, dosent Aqil Şirinov Sumqayıtda din xadimləri ilə görüşüb. Görüşdə Sumqayıt Şəhər İcra Hakimiyyəti İctimai və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Fərman Kazımov, Sumqayıt Cümə məscidinin imamı Rauf Sərdarov və digər din xadimləri iştirak ediblər. Aİİ rektoru Aqil Şirinov təmsil etdiyi İnstitut haqqında geniş məlumat verib, müəssisədə […]

AzMİU-da tədris metodikası ilə bağlı qabaqcıl universitetlərin təcrübəsi öyrənilir

  Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Keyfiyyətə nəzarət mərkəzi tərəfindən “Tədris prosesində müasir metodika  və texnologiyaların tətbiq olunması” adlı silsilə seminarlara yenidən start verilib. Budəfəki seminarın qonağı universitetin Su təsərüfatı və mühəndis kommunikasiyaları sistemləri fakültəsinin Mühəndis sistemlərinin və qurğularının tikintisi kafedrasına dəvət olunmuş Türkiyənin Gazi Universitetinin professoru Müslüm Cengiz Taplamacioğlu olub. Qonaq əvvəlcə Gazi […]

ADNSU-da “İnkişaf marafonu” çərçivəsində təlimlər keçirilib

Aprelin 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində  (ADNSU) “İnkişaf marafonu” layihəsi çərçivəsində təlimlər keçirilib. Bu barədə ali məktəbdən bildirilib. Seminarı giriş sözü ilə açan ADNSU-nun rektorunun Sənaye əməkdaşlığı və məzunlarla iş üzrə müşaviri Sakit Səmədov iştirakçıları salamlayaraq belə təlimlərin tələbələrin elmə, biliklərə yiyələnməsində, tədrisdə daha yüksək nəticələr göstərməsində, həmçinin tələbələrin motivasiyasını gücləndirilməsində yönündə əhəmiyyətindən […]

Türkiyənin məşhur bərpaçı memarı Oğuz Ceylan AzMİU-da olub

Türkiyənin Memar Sinan Gözəl Sənətlər Universitetinin professoru, bərpaçı-memar Oğuz Ceylan Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, AzMİU-nun Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova qonağı fakültənin tədris auditoriyaları, Rəsm Qalareyası ilə tanış edib, fakültədə olan yenilikləri onun diqqətinə çatdırıb. Daha sonra Oğuz Ceylan İtaliya-Azərbaycan Dizayn Mərkəzində fakültənin professor-müəllim heyəti, tələbələri […]

ADPU-nun baza məktəbində elmi-praktik tədbir: Kimya həyatdır, həyat kimyadır

Aprelin 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) baza məktəbi olan Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbdə Universitetin Kimya və biologiya fakültəsinin Ümumi kimya və kimyanın tədrisi texnologiyası kafedrasının baş müəllimi Rumiyyə Camalovanın rəhbərlik etdiyi “Kimya elmi istedadlı uşaqların gözündə” kimya dərnəyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Kimya […]

ADAU-da spartakiada keçirilir

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan idman spartakiadası start götürüb. Spartakiada çərçivəsində ali təhsil müəssisəsinin əməkdaşları arasında voleybol, şahmat, dama, nərd, stolüstü tenis və futzal oyunları keçiriləcək. İlk oyun olan voleybol ADAU-nun 8 fakültəsinin əməkdaşlarından ibarət olan 8 komanda arasında başa çatıb. Sonda spartakiadanın qalibi olan […]

ADPU-nun Ağcabədi filialında konfrans keçirilib

Aprelin 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və müstəqil Azərbaycan dövləti” mövzusunda elmi-praktik konfrans keçirildi. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, konfransın plenar iclasını giriş sözü ilə açan filialın direktoru dosent Mobil Məcidov unudulmaz […]

BDU alimləri Tərtər məktəblilərinə mühazirə deyiblər

Bakı Dövlət Universitetinin (BDU) rəhbərliyi, professor-müəllim heyəti Tərtər Rayon İcra Hakimiyyəti ilə birgə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Tərtər şəhər 1 və 6 nömrəli, Şıxarx qəsəbə 2 nömrəli tam orta məktəblərin şagirdləri ilə görüşüb. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, BDU-nun rektoru Elçin Babayev, Tarix fakültəsinin dekanı İbrahim Zeynalov, dosenti Azad […]