Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Keyfiyyətə nəzarət mərkəzi tərəfindən “Tədris prosesində müasir metodika  və texnologiyaların tətbiq olunması” adlı silsilə seminarlara yenidən start verilib. Budəfəki seminarın qonağı universitetin Su təsərüfatı və mühəndis kommunikasiyaları sistemləri fakültəsinin Mühəndis sistemlərinin və qurğularının tikintisi kafedrasına dəvət olunmuş Türkiyənin Gazi Universitetinin professoru Müslüm Cengiz Taplamacioğlu olub.

Qonaq əvvəlcə Gazi Universiteti, orada keyfiyyət təminatı istiqamətində görülən işlər, tədrisin keyfiyyətini artırmaq üçün dərs prosesində müasir metod və üsullar, yeni  yanaşmalar, onların düzgün tətbiqi istiqamətində məsələlərə toxunub.

Seminarın sonunda AzMİU-nun tədris işləri üzrə prorektor professor Akif Qasımov, İnşaat fakültəsinin dekanı dosent Sahib Fərzəliyev, “Mühəndis sistemlərinin və qurğularının tikintisi” kafedrasının müdiri professor Nurməmməd Məmmədov və Keyfiyyətə nəzarət mərkəzinin müdiri dosent Könül Ağayeva çıxış edərək universitetdə bu istiqamətdə görülən işlər barədə məlumat  veriblər.

Bənzər yazılar