Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan idman spartakiadası start götürüb.

Spartakiada çərçivəsində ali təhsil müəssisəsinin əməkdaşları arasında voleybol, şahmat, dama, nərd, stolüstü tenis və futzal oyunları keçiriləcək.

İlk oyun olan voleybol ADAU-nun 8 fakültəsinin əməkdaşlarından ibarət olan 8 komanda arasında başa çatıb.

Sonda spartakiadanın qalibi olan komandalar mükafatlandırılacaq.

Spartakiadaya aprelin 19-da yekun vurulacaq.

Bənzər yazılar