Aprelin 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində  (ADNSU) “İnkişaf marafonu” layihəsi çərçivəsində təlimlər keçirilib.

Bu barədə ali məktəbdən bildirilib.

Seminarı giriş sözü ilə açan ADNSU-nun rektorunun Sənaye əməkdaşlığı və məzunlarla iş üzrə müşaviri Sakit Səmədov iştirakçıları salamlayaraq belə təlimlərin tələbələrin elmə, biliklərə yiyələnməsində, tədrisdə daha yüksək nəticələr göstərməsində, həmçinin tələbələrin motivasiyasını gücləndirilməsində yönündə əhəmiyyətindən danışıb.

Sonra təlimçilər “Motivator Azerbaijan” layihəsinin icraçı direktoru Rüfət Həsənov motivasiyanın həyatımızdakı rolu, “Shane Academy Azerbaijan”ın təsisçi direktoru Jalə Bəhrəmova Xarici dilin şəxsi inkişafda rolu haqqında və sahibkar, biznes konsultant Elxan Sultanlı şəxsi inkişafın 5 əsas qaydasından danışıb, şəxsi inkişafla bağlı öz təcrübələrini bölüşüblər.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Bənzər yazılar