Mektebgushesi

Vəfa Yaqublu: “Kolleclər əyani tədrisə keçməyib və dərslər distant formada keçirilir

Təhsil Nazirliyi kolleclərdə dərslərin hansı formada keçiriləcəyinə aydınlıq gətirib Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu orta ixtisas təhsili müəssisələrində dərslərin əyani, yoxsa distant formada keçiriləcəyi məsələsini şərh edib. Şöbə müdiri jurnalistlərə açıqlamasında bildirib ki, Təhsil Nazirliyinin bugünkü qərarı yalnız ümumtəhsil müəssisələrinə aiddir: “Kolleclər əyani tədrisə keçməyib və dərslər distant formada keçirilir”.  

Kolleclərə qəbul qaydalarında dəyişiklik oldu – RƏSMİ

Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilməsi haqqında” qərar imzalayıb.  Mektebgushesi.az xəbər verir ki, qərara əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qüvvədə olduğu müddətdə qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada bir mərhələdə keçirilir. Qəbul imtahanında abituriyentlərə Azərbaycan və ya rus dili fənnindən […]

Pedaqoji Kollecdə “Moodle” platformasında tədrisin təşkili haqqında

2020/2021 tədris ilində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Moodle” platformasında tədrisin təşkili haqqında: Həyatın müasir ritmi təhsil prosesinin tam mənası ilə keçirilməsinə həmişə imkan vermir. Bilik əldə etməyə mane olan səbəblər kifayət qədər çoxdur. Lakin oxumaq və öyrənmək lazımdır. Son dövrlərdə dünyada baş verən koronavirus pandemiyası səbəbi ilə tədrisin distant formaya keçirilməsi zəruri çıxış […]

Xocalı soyqırımını unutmayaq

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Azərbaycan xalqının XX əsrdə yaşadığı ən qanlı səhifələrindən biri olan Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirildi. Onlayn keçirilən tədbir Xocalı faciəsinin günahsız qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutu ilə başladı. Kollecin direktoru dosent Ruslan Həmidov çıxış edərək bildirdi ki, Azərbaycan tarixinə ən dəhşətli və faciəli […]

Şirvan Dövlət Kollecində “Xocalı əsrin faciəsidir“ mövzusunda videokonfrans keçirilib

25 Fevral 2021 -ci il tarixində Xocalı faciəsinin 29 -cu ildönümü ilə əlaqədar Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində “Xocalı əsrin faciəsidir “mövzusunda videokonfrans keçirildi. Konfransda kollecin direktoru Filologiya üzrə Fəlsəfə doktoru Barxudar Barxudarov çıxış etdi .Bildirdi ki , xalqımızın tarixində kədərli iz , faciəli bir səhifə, insanlığa qarşı ən qəddar və amansız kütləvi terror […]

Şirvan Dövlət Kollecində şəhid məzunlar üçün tərtib edilmiş xatirə lövhəsinin açılışı olub

22 Fevral 2021 -ci il tarixində Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində Vətən uğrunda canından keçən şəhid məzunlar üçün tərtib edilmiş xatirə lövhəsinin açılışı oldu. Şəhid məzunumuz Ramil Əliyevin anası Xuraman ana kollecə dəvət olunmuşdu. Əvvəlcə şəhidlər bir dəqiqəlik sükutla yad edildi. Kollecin direktoru Filologiya elmlər namizədi Barxudar Barxudarov çıxış edərək 44 günlük Qarabağ müharibəsi […]

Tələbəni təhqir edən kollec direktoru cəzalandırıldı

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Bakı Humanitar Kollecinin tələbə qızı təhqir etməsinə münasibət bildirib. Univeristetdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, ötən gün sosial mediada ADMİU tabeliyində fəaliyyət göstərən Bakı Humanitar Kollecinin direktoru Nərmin Qaralovaya aid olunan səs yazısı yayılıb: “Bununla bağlı məsələ universitet rəhbərliyi tərəfindən araşdırılıb və kollec direktorundan izahat alınıb. Müəyyən olunub […]

Azərbaycan Dövlət Pedaqoji Kollecində “Qəhrəmanlıq Zirvəsi” auditoriyasının açılışı olub

  08.01.2021 tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Qarabağ müharibəsində şəhid olmuş məzunların xatirəsini əbədiləşdirmək məqsədi ilə “Qəhrəmanlıq Zirvəsi” auditoriyası yaradılıb. Əvvəlcə kollecin direktoru, dosent İsrayıl İsgəndərov Qarabağ müharibəsində iştirak etmiş tələbə və məzunlarımıza göstərdikləri şücaətə görə təşəkkür edib və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Bundan sonra kollec əməkdaşları tərəfindən “Fiziki tərbiyə […]

DİM Kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına imtahanlar keçirəcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “ Orta ixtisas təhsili üzrə ixtisasların təsnifatı”na (təsnifat linkdə verilib) əsasən Dövlət İmtahan Mərkəzi 2021/2022-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə aşağıdakı xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları keçirəcək: Fiziki tərbiyə müəllimliyi; Rəqs müəllimliyi; Aktyor sənəti; Aşıq sənəti; Bədii […]

Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün başa çatır

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olunan abituriyentlərin oktyabrın 21-dən başlanan qeydiyyatı oktyabrın 27-də başa çatır. Dövlət İmtahan Mərkəzindən Mektebgushesi.az -a bildirilib ki, abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı onlayn qaydada bu gün saat 17:00-dək aparılacaq. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və […]

Kolleclərə qəbul olunan abituriyentlərin bu gündən qeydiyyatı başlanır

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olunan abituriyentlər oktyabrın 21-dən 26-dək qeydiyyatdan keçməlidirlər. Dövlət İmtahan Mərkəzindən Mektebgushesi.az –a bildirilib ki, abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı onlayn qaydada həyata keçiriləcək. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə […]

Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri açıqlanıb

Abituriyentlər müsabiqənin nəticələri barədə məlumatı DİM-in internet saytından və iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Mərkəzdən Mektebgushesi.az-a verilən məlumata görə, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 5934 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində 1292 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Tam […]

Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi davam edir

2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə oktyabrın 16-dan başlanan ixtisas seçimi davam edir. Dövlət İmtahan Mərkəzindən Mektebgushesi.az-a bildirilib ki, orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili […]

Kolleclərin boş qalan yerlərinə qəbul olunanların qeydiyyatı aparılır

2020-2021-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə qəbul olanların qeydiyyatı aparılır. Abituriyentlər oktyabrın 12-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Təhsil müəssisələrində qeydiyyat onlayn qaydada həyata keçirilir. Bu barədə Mektebgushesi.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, abituriyentlər təhsil müəssisələrinin […]

Kolleclərin boş qalan plan yerlərinə qəbul nəticələri elan olunub

Qəbul olunan abituriyentlər oktyabrın 12-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Dövlət İmtahan Mərkəzi 2020/2021-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib. Abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar […]