Mektebgushesi

Praktik mütəxəssis olmaq istəyənlər ADPK – yə müraciət edə bilərlər

Qloballaşan dünyada yüksək rəqabətli əmək bazarının tələblərinə cavab verən səriştəli və savadlı praktik mütəxəssis olmaq istəyənlər ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə müraciət edə bilərlər. Azərbaycan Dövlət Pedaqoji Kollecində ixtisaslar üzrə kadr hazırlığı keyfiyyətin yüksəldilməsi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, şəffaflığın təmin edilməsi və digər müvafiq istiqamətlər üzrə həyata keçirilir. Kollecimizdə tələbələrin təhsil […]

Onlayn təhsil: “Görülən işlər və əldə olunan nəticələr” adlı vebinar keçiriləcək

Bu gün məsafədən təhsilin səmərəli təşkili hər bir təhsil işçisinin qarşısında duran preoritet məsələlərdən biridir. Növbəti vebinarımızda bu prosesin iştirakçıları olan müəllimlər və tələbələr “online” tədrisin təşkilində yeni tətbiqlər və onların nəticələri haqqında fikirlərini bizimlə bölüşəcəklər. Vebinar Məktəb güşəsi saytının (https://www.facebook.com/mektebgushesi.az) informasiya dəstəyi ilə Bakı Biznes və Kooperasiya kollecinin və Eduscience təhsil mərkəzinin təşkilatçılığı ilə […]

Pedaqoji Kollecin direktorunun Ramazan bayramı münasibətilə təbriki

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, dos. İsrayıl İsgəndərovun Ramazan bayramı münasibətilə təbriki: “Hörmətli həmkarlar və tələbələr, Bu il ölkəmiz və xalqımız üçün Ramazan bayramı bir başqa məna kəsb edir. Çünki 30 il düşmən tapdağı altında qalan müqəddəs dədə-baba torpaqlarımız Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən azad edilmişdir. […]

“Bələdçi”-nin növbəti qonağı riyaziyyat üzrə fəlsəfə doktoru Fatimə Quliyevadır

Növbəti “Bələdçi”miz Bakı Biznes ve Kooperasiya Kollecinin direktoru Fatimə Quliyevadır. Fatimə Quliyeva ilə “Məsafədən tədrisin təşkili” mövzusu ətrafında fikir mübadiləsi aparılacaq. Mektebgushesi.az  xəbər verir ki, “Bələdçi”nin qeyd edilən buraxılışını 10 may saat 20.00-da T-network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının “Facebook” səhifəsindən izləyə bilərsiniz. Xatırladaq ki, “Bələdçi” T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və […]

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində onlayn tədbir keçirilib

7 May 2021-ci il tarixində Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində Ümummilli lider Heydər Əliyevin 98 -ci ildönümü münasibətilə onlayn tədbir keçirildi. Tədbirdə kollecin rəhbər heyəti ,müəllim və tələbələri iştirak etdilər. Tədbiri giriş sözü ilə açan kollecin direktoru Filologiya elmləri üzrə Fəlsəfə doktoru Barxudar Barxudarov Ulu Öndər Heydər Əliyevin həyat yolu haqqında məlumat verdi. Dövlə […]

Sosial-İqtisadi Kollecində onlayn tədbir kecirilib

  UNEC-in nəzdində Sosial-İqtisadi Kollecində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümümü ilə bağlı onlayn tədbir kecirilmişdir. Tədbirdə Kollecin rəhbər heyəti ilə yanaşı müəllim və tələbələr də iştirak etmişdilər. Tədbiri giriş sözü ilə açan kollecin direktoru, pedaqogika üzrə elmlər doktoru Vidadi Orucov cıxışında Ulu Öndərin keçdiyi şərəfli ömür yolundan, titanik fəaliyyətindən, onun layiqli davamçısı, […]

Bakı Biznes və Kooperasiya kolleci “Distant təhsildə keyfiyyət sertifikasiyası” adlı vebinara dəvət edir

Bakı Biznes və Kooperasiya kolleci, Eduscience təhsil mərkəzi və Online Education Skills Institute – OESI “DISTANT TƏHSİLDƏ KEYFİYYƏT SERTİFİKASİYASI” adlı vebinarına dəvət edir. OESI təhsil müəssisələrinin sertifikasiyası üzrə ixtisaslaşmış beynəlxalq təşkilatdır. Vebinarda online təhsil istiqamətində OESI təlimlərin keçirilməsindən və bu təlimlərdən təhsilalanların və müəllimlərin necə yararlana biləcəyindən danışılacaq. Elektron tədris vəsaitlərinin düzgün hazırlanması; Təlimlərin, təcrübə […]

Pedaqoji kollecdə sorğunun nəticəsinə dair tədbir keçirildi

  İsrayıl İsgəndərov: “İnsan beyni azad düşünəndə onun məhsuldarlığı daha çox olur” “Azərbaycan Dövlət Pedaqoji kolleci böyük tarixi olan bir təhsil ocağıdır. 101 yaş sizlərə balaca rəqəm kimi görünməsin” – Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, fizika elmləri doktoru, professor Şahlar Əsgərov Mektebgushesi.az internet portalının keçirdiyi “mövcud durumda hansı kollec distant təhsil sınağından […]

Bakı Biznes və Kooperasiya kollecində təqdimat mərasimi keçirilib

  Fatimə Quliyeva: “Onlayn təhsil həyatımızın əsas atributuna çevrilib” “Mövcud durumda hansı kollec distant təhsil sınağından uğurla çıxır” sorğusunun qaliblərinin mükafatlandırılması tədbirlərini işıqlandırmaqla onlardakı distant təhsilin durumu və ümumiyyətlə bu kolleclərin müasir təhsil prizmasından atdığı addımları geniş ictimaiyyətim təqdimatına çevirəcəyimizi vəd etmişdik. İlk təqdimat-tədbirimiz II yerin qalibi Bakı Biznes və Kooperasiya kollecində baş tutdu. Dəhlizlərinə […]

“Bələdçi” T-Network platformasının növbəti qonağı dosent İsrayıl İsgəndərovdur

“Bələdçi” T-Network platformasının növbəti qonağı ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, dosent İsrayıl İsgəndərovdur. İsrayıl İsgəndərov ilə “Orta ixtisas təhsili müəssisələrində səmərəli idarəetmə” mövzusu ətrafında fikir mübadiləsi aparılacaq. “Bələdçi”nin qeyd edilən buraxılışını 3 may saat 20.00-da T-network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının “Facebook” səhifəsindən izləyə bilərsiniz. Canlı yayımın keçiriləcəyi səhifə: https://m.facebook.com/…/a.13970821…/245581144019318/…

Azərbaycan Dövlət Pedaqoji kolleci “Distant təhsil sınağı” sorğusunun qalibi oldu

Mektebgushesi.az -ın keçirdiyi virtual sorğu başa çatıb.  Mövcud durumda hansı kollec distant təhsil sınağından uğurla çıxır? – Mektebgushesi.az internet portalının təhsilin modernləşməsinə, islahatların gedişiatına hesablanan növbəti sorğusunun bu mövzunu əhatə etməsi heç də təsadüfi deyildi. İstəsək də, istəməsək də koronovirus pandemiyası səbəbindən yaşamağa məhkum olunduğumuz karantin şəraitində distant təhsilin ön plana keçməsinin təhsil sahəsində müəyyən […]

ADPU-nun nəzdində Azərbaycan Dövlət Kollecində Məsafədən tədrisin mövcud vəziyyəti ilə bağlı son məlumat

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində (ADPK) məsafədən tədrisin mövcud vəziyyəti ilə bağlı son məlumatı təqdim edirik. 2019/2020-ci tədris ilinin yaz semestrindən COVID-19 pandemiyası ilə əlaqədar olaraq kollecdə tədrisin onlayn təşkilinə başlanılmışdır. Artıq bu gün tələbələrin 96%-i, müəllimlərin isə 100%-i onlayn tədris prosesinə qoşulub. ADPK-da internet resurslarından istifadəni təmin etmək məqsədilə […]

Kollecdə “Tədrisin keyfiyyətinin artırılmasında sosial-psixoloji tövsiyyələr” adlı onlayn tədbir keçirilib

  14 aprel 2021–ci il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə onlayn formatda keçirilən tədbiri giriş sözü ilə Kollecin direktoru, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Ruslan Həmidov açaraq bildirdi ki, “İnsan fəaliyətinin elə bir sahəsi yoxdur ki, orada sosial-psixoloji biliklərin zəruriliyi hiss edilməsin. Hazırkı dövrdə bütün dünyada hər cür fəaliyətin və insan […]

Kollecdə maarifləndirici tədbir: Bərk məişət tullantıları və sağlam həyat tərzi

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Maliyyə-İqtisad Kollecində “Bərk məişət tullantıları və sağlam həyat tərzi” mövzusunda onlayn tədbir keçirilib. Bu barədə Mektebgushesi.az-a UNEC-dən məlumat verilib. Kollecin direktoru dosent Oruc Məmmədov tədbirin “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya”nın həyata keçirilməsi üzrə tədbirlər planına müvafiq olaraq təşkil edildiyini diqqətə […]

Vəfa Yaqublu: “Kolleclər əyani tədrisə keçməyib və dərslər distant formada keçirilir

Təhsil Nazirliyi kolleclərdə dərslərin hansı formada keçiriləcəyinə aydınlıq gətirib Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu orta ixtisas təhsili müəssisələrində dərslərin əyani, yoxsa distant formada keçiriləcəyi məsələsini şərh edib. Şöbə müdiri jurnalistlərə açıqlamasında bildirib ki, Təhsil Nazirliyinin bugünkü qərarı yalnız ümumtəhsil müəssisələrinə aiddir: “Kolleclər əyani tədrisə keçməyib və dərslər distant formada keçirilir”.