Mektebgushesi

Ölümün acığına…

  Jurnalistlik fəaliyyətimlə bağlı çox şəhid ailələrində olmuş, yazılar, videomateriallar hazırlamışam. Onların arasında Əfqanıstan müharibəsinin günahsız qurbanları da var, Birinci və İkinci Qarabağ müharibəsində doğma vətən torpağı uğrunda şəhid olanlar da. Bu ailələrin hamısının ağrısı demək olar ki, birdir-ata-oğul-həyat yoldaşı-qardaş-bir sözlə- doğma insan itkisi. Amma hər şəhidin şəhadətə gedən yolu fərqlidir, özünəməxsusdur.Bu günə qədər ailəsində […]

Sənsiz yaşamağa öyrəşmək çətin…

Nəzarətimizdən kənar olan, bizə dərindən təsir edən hadisələrdən biri və bəlkə də birincisidir ölüm. Çoxumuz ölümdən qorxar, onu düşünməkdən çəkinər, özümüzün və sevdiklərimizin sonsuzadək yaşayacağını zənn edərik. Ancaq gec və ya tez ölüm həyatımıza girər və sevdiklərimizi əlimizdən alar. Sizə ölümün sevdiklərinin əlindən almış Arzudan danışmaq istəyirəm; gənc yaşında dünyaya gözlərini əbədi yuman, arzuları yarımçıq […]

Deputat Ceyhun Məmmədov – Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri var

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanata əsasən Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil verilməsi barədə razılıq əldə edildi.. Ermənistanın Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadıldı. Nəhayət 25 noyabr 2020-ci il tarixinda Kəlbəcər rayonu işğaldan azad edildi, Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona […]

Bakı Slavyan Universitetinin tələbəsi yazır – Vətənim İsmayıllı

  Böyük Qafqaz dağlarının cənubunda yerləşən, füsunkar təbiətə malik olan rayonlarımızdan biri də İsmayıllı rayonudur. İndiki İsmayıllı rayonunun ərazisi Albaniya dövlətinin tərkibində olmuşdur. Tarixi faktlara, əsasən, Cavanşirin mənsub olduğu Mehranilər sülaləsi Girdiman knyazlığını İsmayıllı ərazisində yaratmışdılar. Digər sübut kimi rayonun Talistan kəndinin 4 km şimalında yerləşən Ağçayın sahilində Cavanşirin adı ilə bağlı olan qalanı göstərmək […]

İlham Əhmədov – Onlayn təhsil:  müsbət və mənfi  cəhətləri

  Bu gün pandemiya ilə əlaqədar  bütün dünya distant təhsil sisteminə keçmişdir. Əksər ölkələr on illərcə əvvəldən artıq distant təhsil sistem  qurmuşlar, ona görə bu ölkələrdə distant təhsilə keçid problemsiz oldu. Amma, baxmayaraq ki, bizim ölkədə son 15 ildə distant təhsilin yaradılması ilə əlaqədar bir sıra  dövlət proqramları qəbul edilmişdi, təəssüf ki, bu proqramlar yaxşı  […]

Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbəsi türk dünyasında birliyin və həmrəyliyin daha da gücləndirilməsində mühüm rol oynayıb

Noyabrın 12-də Türkiyənin İstanbul şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirilib. Türk dünyasının tarixinə yazılan bu görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə “Türk Dünyasının Ali Ordeni”ni təqdim edib. Dövlət başçısının bu ali mükafatla təltif olunması İkinci Qarabağ müharibəsində tarixi Qələbəmizə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin beynəlxalq aləmdə […]

Nadir İsrafilov: “Repetitor dəstəyinə yönəlmə, ali məktəb sevdası ilə bilavasitə əlaqədardır.”

  “Repetitorluq məktəb mühitinin deqredasiyasının təkanverici amilidir. Repetitor dəstəyinə yönəlmə, ali məktəb sevdası ilə bilavasitə əlaqədardır. Distant təhsilə keçidlə əlaqədar repetitorluğun daha da aktuallaşması prosesi geniş miqyas alarsa, istənilən halda, ürəkaçan mənzərə olmayacaq. Bu baxımdan, pandemiya səngiyəndən sonra məktəblərdə təmayülləşmə prosesi ciddiləşdirilməli, dərs saatı hesabına repetitor yanına “gediş-gəlişə” nəzarət gücləndirilməlidir”. Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, […]

İlham Əhmədov – Cənubi Koreya möcüzəsi: qüvvət elm və təhsildədir

  Bu gün Cənubi Koreya  dünyanın ən inkişaf etmiş ölkələri sırasındadır.  Və bütün bunlar – neft, qaz və qiymətli metallar olmayan,  əhəmiyyətsiz bir ərazidə  mümkün olmuşdur. Və bütün bunlar – sözün əsl mənasında bir nəslin həyatı ərzində,    ən qısa zamanda, aclıq və müharibənin dağıntıları üzərində qurmaq mümkün olmuşdur. Koreya bütün bunları  isə öz adət-ənənələrini, dillərini, […]

Elşən Qafarov: Sinif otaqlarının soyuq olması təhsil müəssələrində ciddi fəsadlar yaradır

Sinif otaqlarının soyuq olması məktəb heyətinin infeksion xəstəliklərə yoluxmasına şərait yaradır. Mektebgushesi.az xəbər verir ki, bu sözləri təhsil eksperti Elşən Qafarov sosial şəbəkədəki hesabından bildirib: “Bildiyimiz kimi Azərbaycan Respublikasında istilik sistemi ilə bağlı qış mövsümü hər il 16 noyabrdan başlayaraq 15 apreldə bitir və 5 ay davam edir. Ölkə ərasizində soyuq havalar sentyabr ayının sonundan […]

BSU -nun tələbəsi yazır – Xarıbülbül…

Qədim yaşayış məskəni, zəngin təbii sərvətli, təbiəti al-əlvan, başı dumanlı Qarabağ. Qarabağ deyəndə ağlımıza ağrılı-acılı günlər, Vətən həsrəti gəlir. Erməni daşnakları 1992-cı ildə bizi yurd-yuvamızdan ayrı saldı. Minlərlə ailə qaçqın düşdü. Bu illər ərzində torpağımıza qovuşmaq ümidi ilə yaşadıq. Mənfur qonşularımız Ötən ilin 26 sentyabrında atəşkəs rejimini pozub Azərbaycana hücum etdi və ordumuz əsk-hücum əməliyyatına […]

Kamran İmanov kitablar aləmində

Azərbaycan Neft və Kimya İnstitutu beynəlxalq arenada yaxşı tanındığı üçün hər zaman qonaqlı-qaralı olurdu. Dövlət rəsmiləri, tanınmış  elm və mədəniyyət xadimləri ilə bu ali təhsil ocağında mütəmadi görüşlərin keçirilməsi bir ənənə halını almışdı. Tələbəlik illərində institutun ictimai həyatında fəal olduğum üçün imkan olanda belə görüşlərdə məmnuniyyətlə iştirak edirdim. Həmin görüşlərin əksəriyyəti bu gün də yadımdadır. İnstitutda […]

Vasif Quliyevin: Şuşada dini və şəxsi məktəblər

  XIX əsrin ikinci yarısına qədər Azərbaycanda tədris müəssisələri mollaxana və mədrəsələrdən ibarət idi. Mollaxanalar ibtidai, mədrəsələr isə ali ruhani məktəbi sayılırdı, başqa sözlə desək, mollaxana aşağı, mədrəsə isə yuxarı dərəcəli hesab olunurdu. Mollaxana mədrəsəyə girmək üçün bir növ hazırlıq rolunu oynayırdı. Həmin təhsil ocaqları, əsasən, məscidin nəzdində olurdu və onda asılı şəkildə fəaliyyət göstərirdi. […]

Zəfər şəhidləri, Zəfər şahidləri…

  27 sentyabr 2020-ci ildə başlanan , 10 noyabrda böyük qələbəmizlə bitən azadlıq savaşı Azərbaycan xalqı üçün olum və ya ölüm məsələsi idi. 44 günlük Vətən müharibəsində Azərbaycan dövləti və ordusu elə bir tarix yazdı, elə bir hünər göstərdi ki, bu günlər bütöv bir millətin ləyaqət rəmzi, milli qeyrət nümunəsi kimi Vətən tariximizə əbədi qızıl […]

“Müəllim, pis qiymət yazmayın, atam döyür…”

  Avtobusda qarşımda ana-bala oturmuşdu. Təqribən 11-12 yaşlarında olan qız sinif yoldaşından danışırdı. “Ana o gün pis qiymət aldığı üçün müəlliməyə gündəliyini vermək istəməyən qız var idi ha… Deyirdi ki, evdə bilsələr, məni döyəcəklər. Bax o, bu gün sinfə gələndə ağlamışdı. Soruşdum nə olub? Dedi ki, atam pis qiymət aldığımı öyrəndi və məni döydü…” Növbəti dayanacaqda onlar […]

Ceyhun Məmmədov: Yataqxanaların yaradılması tələbələrin çətinliklərinin aradan qaldırılmasına ciddi təsir göstərəcək

Ölkəmizdə sosial yataqxanaların yaradılması tələbələrin bu çətinliklərinin aradan qaldırılmasına ciddi təsir göstərəcək. Mektebgushesi.az xəbər verir ki , bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov  Xəzər TV-ə müsahibəsində bildirib. “Ali Təhsil haqqında” Qanunda əksini tapan vacib məsələlərdən biri də sosial yataqxanaların yaradılması məsələsidir. Ali məktəblərə qəbul olunan tələbələrin ən çox üzləşdiyi çətinliklərdən biri bununla bağlıdır. Hər il […]