Mektebgushesi

Ötən il bağçalara 300-ə yaxın müəllim işə qəbul olub

  2023-cü ildən bu günədək imtahanda uğur qazanan 300-ə yaxın tərbiyəçi-müəllim uşaq bağçalarında işlə təmin olunub. Mektebgushesi.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova deyib. O bildirib ki, 2022-ci ildə bu göstərici 200-ə yaxın olub. Şöbə müdiri həmçinin Agentliyin qarşıdakı […]

BŞTİ tabeliyində fəaliyyət göstərən 20 bağça müdiri təcrübə mübadiləsində iştirak ediblər

Bakı şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 20 məktəbəqədər təhsil müəssisəsinin rəhbəri Estoniya və Finlandiyada təcrübə mübadiləsində iştirak edib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Mektebgushesi.az-a bildirilib ki, təcrübə mübadiləsi müddətində “Ailə ilə əməkdaşlıq”, “Yaşıl məktəb layihələri”, “Robotika və təhsilin rəqəmsallaşdırılması” , “Effektiv ünsiyyət” kimi təlimlərdə iştirak ediblər. Bununla yanaşı, Estoniya və Finlandiyanın məktəbəqədər təhsil təcrübəsi, […]

Elşən Qafarov: Bağçalarda 6 minə yaxın təhsilsiz tərbiyəçi-müəllim fəaliyyət göstərir

2024-cü ildə Azərbaycan orta ümumtəhsil məktəblərində çalışan 31 min müəllim sertfikatlaşdırma prosesinə cəlb olunacaq. Gələn ildən isə həm də tərbiyəçi-müəllimlərin sertifikatlaşdırılması başlanacaq. Tərbiyəçi- müəllimlərin sertifikatlaşdırılmasında onların hansı bacarıqları yoxlanılmalıdır? Mektebgushesi.az xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil ekserti Elşən Qafarov bildirib ki, məktəbəqədər təhsil müəssisələrində 6 minə yaxın təhsilsiz tərbiyəçi-müəllim fəaliyyət göstərir: “Tərbiyəçi […]

Bağça müəllimlərinin vakant yerlər üzrə qeydiyyatı başlayır

  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsindən sonra boş qalan və yeni yaranan vakant yerlər üzrə qeydiyyat başlayır. Mektebgushesi.az xəbər verir ki,  fevralın 15-dən başlayan qeydiyyat prosesi fevralın 26-sı saat 23:59-da başa çatacaq. Vakant yerlər üzrə qeydiyyatda 2022-2023-cü və 2023-2024-cü illərdə keçirilən tərbiyəçi-müəllimlərin işə qəbul […]

Bağçalara işə qəbul müsabiqəsinin müsahibə mərhələsi başlayıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi başlayıb. 31 oktyabr-2 noyabr və 6-7 noyabr tarixlərində keçiriləcək müsahibələrdə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 96 namizəd iştirak etmək hüququ qazanıb. Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə […]

Bağçalara tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqə keçiriləcək

Noyabrın 4-də məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başlayacaq. Bu barədə  İnsan Resursları Mərkəzindən məlumat verilib. Ümumilikdə ölkə üzrə 17 imtahan mərkəzində təşkil olunacaq test imtahanlarına 5 038 nəfər namizəd dəvət edilib. Namizəd şəxsi səhifəsində qeyd olunan tarix və məkanda imtahanda iştirak etməlidir. Qeydiyyat prosesinə gecikən namizədlər imtahan binasına buraxılmayacaq. […]

Tovuzda qəzalı vəziyyətdə olan bağça uşaqlar üçün təhlükə yaradır – VİDEO

  Tovuz rayonunda uşaq bağçası qəzalı vəziyyətdədir. Belə ki, rayonun Aşağı Öysüzlü kənd 1 saylı körpələr evi-uşaq bağçasının pəncərələri qırıq, döşəməsi çürük, damı isə köhnədir. Görünür, 1971-ci ildən fəaliyyət göstərən bağça artıq istismar müddətini başa vurub. Burada çalışan müəllimlər hər an təşviş içərisində olduqlarını bildiriblər. Valideynlərin sözlərinə görə, yağış yağarkən su bağçanın içərisinə dolur. Nəticədə uşaqlar […]

Məktəbəqədər təhsil müəssisələrinin rəhbər və metodistləri üçün təlimlər davam edir

“Məktəbəqədər təhsil müəssisəsində təhlükəsiz öyrənmə mühitinin təmin olunmasında pedaqoji heyətin rolu” mövzusunda təlimlər davam edir. Məktəbəqədər təhsil müəssisələrinin rəhbər və metodistləri üçün keçirilən növbəti təlim Nərimanov rayonu üzrə körpələr evi və uşaq bağçalarını əhatə edib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində Təlimə Dəstək Mərkəzinin (TDM) bölmə rəhbəri Fərqanə Seyidli və TDM-in psixoloqu Heyran Səfərova məktəbəqədər təhsil […]

Bağçalarda çalışan pedaqoji işçilərin neçə faizi ali təhsillidir? – statistika

  Azərbaycanda fəaliyyət göstərən 1844 dövlət və qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 2023-cü ilin əvvəlinə uşaqların sayı 118 min 71 nəfər olub. 2006-cı ildə isə 1764 məktəbəqədər təhsil müəssisəsinə 111 min 17 uşaq cəlb olunub. Mektebgushesi.az xəbər verir ki,  bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət-2023” adlı rəsmi statistik məcmuəsində əks olunub. Məcmuədə […]

82 saylı körpələr evi-uşaq bağçasından PROBLEM

  82 saylı körpələr evi-uşaq bağçasından narazılıq var. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Valideynlərdən biri bildirilib ki, aprel ayından bu yana bağça onların şikayətlərini ciddiyə almır: “Hər dəfə direktorla görüşmək istəsəsək də, direktorun gah işdə olmadığını, gah da məzuniyyətdə olduğunu əsas gətirirlər. Bağça dövlətindir, amma buna baxmayaraq, bağçanı sahiblənib, uşaqları bağçaya qəbul etmək üçün […]

Məktəbəqədər təhsil müəssisələrinin heyəti üçün təlimlər davam edir

Bakıda yerləşən məktəbəqədər təhsil müəssisələrinin müdir, tərbiyəçi-müəllim və metodistləri üçün təlimlər keçirilir. Təlimlərin keçirilməsində məqsəd məktəbəqədər təhsil müəssisələri heyətinin peşəkarlığının artırılması, onları məktəbəqədər təhsil və idarəetmədə olan yeniliklər, yanaşma və strategiyalarla tanış etməkdir.  Təlimlər məşğələlərin təşkili, yaş psixologiyası, valideynlərlə əməkdaşlıq, inklüziv təhsil, ilkin tibbi yardım, guşələrlə iş və digər mövzuları əhatə edir. Qeyd edək ki, […]

Bağçalara vakant tərbiyəçi-müəllim yerləri – SİYAHI

Xəbər verdiyimiz kimi, bu gündən məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılır. Mektebgushesi.az xəbər verir ki, Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi tərəfindən məktəbəqədər təhsil müəssisələrində mövcud olan tərbiyəçi-müəllim vəzifəsi üzrə vakant yerlərin siyahısı açıqlanıb. Qeyd edək ki, yerli təhsili idarəetmə orqanları tərəfindən məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsi üzrə test və […]

Sabahdan bağçalara tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır

Sabahdan məktəbəqədər təhsil müəssisələrinə (bağça) tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılır. Mektebgushesi.az  xəbər verir ki, elektron sənəd qəbulu mərhələsi 5-12 oktyabr tarixlərini əhatə edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər 5 oktyabr saat 11:00-dan 12 oktyabr saat 11:00-dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin […]

6 yeni məktəbəqədər təhsil müəssisəsi fəaliyyətə başlayıb

2023-cü il ərzində 6 yeni inşa edilmiş məktəbəqədər təhsil müəssisəsi fəaliyyətə başlayıb. Bu məktəbəqədər təhsil müəssisələri Bakı şəhəri Hövsan qəsəbəsində yerləşən 100 yerlik 13 və 14 nömrəli uşaq bağçası, Laçın rayonunda 140 yerlik 6 nömrəli körpələr evi-uşaq bağçası, Ağalı kəndində 60 yerlik uşaq bağçası, Talış kəndində 15 yerlik uşaq bağçası, İsmayıllı şəhərində 100 yerlik 4 […]

Peşə məktəblərində “Dayə” ixtisası tədris olunacaq

  Peşə təhsili müəssisələrində “Dayə” ixtisası tədris olunacaq. Mektebgushesi.az xəbərinə görə, bu, Nazirlər Kabineti “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda etdiyi dəyişiklikdə əksini tapıb. Beləliklə, “İqtisadiyyat, xidmət, avtomatika və idarəetmə” peşə istiqaməti üzrə “Kommersiya” ixtisas qrupuna “Dayə” istisası əlavə edilib. Nazirlər Kabineti Elm və Təhsil Nazirliyinin təklifinə əsasən belə qərar qəbul edib.