Mektebgushesi

Bütün məktəblərdə ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq-RƏSMİ

Bildiyimiz kimi, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən çoxsaylı hərbi qulluqçumuz şəhid olub. Mektebgushesi.az xəbər verir ki, nazirliyin məlumatına görə, bununla əlaqədar olaraq, ümumi təhsil müəssisələrində ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq.  

Məktəblərdə Bilik Günü qeyd edilməyəcək

Azərbaycanda fəaliyyət göstərən məktəblərdə Bilik Günü qeyd edilməyəcək. Mektebgushesi.az-ın məlumatına görə, artıq bu barədə məktəb rəhbərlərinə məlumat verilib. Buna səbəb Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində genişmiqyaslı təxribat törətməsidir. Belə ki, Bilik Günü ilə bağlı təhsil ocaqlarında tədbir zamanı Dövlət Himni səsləndiriləcək, şəhidlərimizin ruhu yad ediləcək. Eyni zamanda, xüsusi bəzəklərdən və musiqidən istifadə olunmayacaq. Qeyd edək ki, sentyabrın […]

I sinif və məktəbəhazırlıq qruplarına qeydiyyat yekunlaşır

  Sentyabr 14-də mektebeqebul.edu.az elektron sistemində 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin 1-ci siniflərinə və məktəbəhazırlıq qruplarına uşaqların qəbulu prosesi yekunlaşdırılacaq. Bu barədə  Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, elektron sistemdə qeydiyyat etməyən valideynlər göstərilən tarixədək övladlarının qeydiyyatını etməli və müvafiq ümumi təhsil müəssisəsinə sorğu yerləşdirməlidirlər.

13 yaşlı məktəbli qızın körpəsi uşaq evinə YERLƏŞDİRİLDİ

Bir həftə əvvəl Bakıda ana olan 13 yaşlı yeniyetmə hələ də xəstəxanadadır. Ev şəraitində ana olan yeniyetmə TƏBİB-in Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda müalicəsini davam etdirir. Bu barədə məlumatı Bizim.Media-ya Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirib. Onun sözlərinə görə, yeni doğulan körpənin Səhiyyə Nazirliyinin nəzdində yerləşən 1 saylı Körpələr Evinə yerləşdirilməsi ilə bağlı aktlaşdırılma aparılıb: “Xətai Rayonu […]

Müddətli müqavilə ilə MIQ üzrə müsabiqənin vakansiya seçiminin nəticələri açıqlanıb

Sentyabr 10-12-də keçirilən ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimlərinin nəticələri elan olunub. Bu barədə İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, vakansiya seçimlərində iştirak edən namizədlərdən 870 nəfər müddətli müqavilə ilə çalışmaq imkanı qazanıb. Uğur qazanan namizədlər sentyabrın 14-ü saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və […]

Nadir İsrafilov: Valideynləri məktəbli forması almağa məcbur edən direktorlar araşdırılıb tapılmalıdır

  “Hazırda valideynlər etirazlarında haqlıdırlar. Valideynləri məktəbli forması almağa məcbur edən direktorlar araşdırılıb tapılmalıdır”   Bu gün məktəbli forması almaq istəyən valideynlər Bakı Tikiş Evinin (BTE) qarşısında izdiham yaradıb. BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimov bu barədə  oxu.az-a açıqlama verib. Şöbə müdirinin sözlərinə görə, hazırkı  izdihamda əsas günahkarlar məktəb direktorlarıdır:    “Direktorlar valideynləri məcbur edirlər […]

Nazirlik xaricə oxumağa gedənlərə xəbərdarlıq edib

Elm və Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq edib. Mektebgushesi.az -ın məlumatına görə, mətndə deyilir: “Bəzi xaricdə təhsil şirkətlərinin xidmətlərindən istifadə edən vətəndaşlar üzləşdikləri çətinlik və mənfi hallarla bağlı Elm və Təhsil Nazirliyinə mütəmadi müraciət edirlər. Təəssüf ki, belə şikayətlər xüsusilə, Dövlət Proqramları, eyni zamanda Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində xaricdə təhsil müsabiqələrinin keçirildiyi dövrdə […]

Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsi başlayıb

Təhsilverənlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə start verilib. Təhsil Nazirliyindən Mektebgushesi.az-a verilən məlumata görə, müsahibələr 12-13-14-16-17-19 sentyabr tarixlərində, onlayn formatda təşkil olunacaq. Müsahibə linki təhsilverənlərin şəxsi kabinetlərinə göndərilib. Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə aid Azərbaycan və rus bölməsi üzrə mövzular miq.edu.az saytında və portal.edu.az platformasında mövcuddur.

Yeni tədris ilində 158 min 297 şagird birinci sinfə gedəcək

2022-2023-cü tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 milyon 616 min 214 şagird təhsil alacaq. Bu barədə Mektebgushesi.az -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ümumtəhsil məktəblərinin I sinfində 158 min 297, IX sinfində 147 min 29, XI sinfində isə 100 min 455 şagird təhsil alacaq.

Məktəbli formasına görə izdiham: Əraziyə polis çağırıldı – VİDEO

  Hazırda Bakı Tikiş Evinin (BTE) qarşısında izdiham yaşanır.  Mektebgushesi.az xəbər verir ki, Oxu.Az-ın əməkdaşının verdiyi məlumata görə, vətəndaşlar üç gündür BTE-nin qapılarının onların üzünə qapanmasından və heç yerdə məktəbli forması tapa bilməməsindən gileylənirlər. Onların sözlərinə görə, məktəblər isə ancaq BTE-nin emblemi olan formaların geyinilməsinə icazə verirlər. Üstəlik digər ticarət mərkəzlərində satılan formaların üçqat baha […]

Ali təhsilin bakalavr səviyyəsinə əlavə yerləşdirməyə start verilir

  Sentyabrın 12-də saat 12:00-da ali təhsil pilləsinin bakalavr səviyyəsinə boş qalan plan yerlərinə əlavə yerləşdirmə prosesinə start veriləcək. Bu barədə Mektebgushesi.az  Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müraciətçilər https://portal.edu.az/ elektron xidmətində qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə […]

Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün yekunlaşır

Ali təhsil müəssisələrinə qəbul olunan (I mərhələdən sonra) abituriyentlərin qeydiyyatı sentyabrın 2-dən başlanıb və sentyabrın 12-si saat 23:59-dək davam edəcək. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, ali təhsil müəssisələrinə qəbul olunan (I mərhələdən sonra) şəxslər portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta […]

MİQ üzrə vakansiya seçimi başa çatır

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi sentyabrın 12-si saat 11:00-da başa çatacaq. Bu barədə Mektebgushesi.az-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq 4 vakant yer seçimi edə bilərlər. Xatırladaq ki, bu gün saat 11:00-dan etibarən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya […]

Emin Əmrullayev: İlin sonunadək 70-dən artıq məktəbin bərpası planlaşdırılır

Saray qəsəbəsində yerləşən 2 saylı Azim Müzəffərov adına tam orta məktəb 1960-cı illərdə tikilib. Təhsil ocağı köhnə və istifadəyə yarasız olduğu üçün Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında yenidən inşa edilib. Məktəb minimum 2 min şagird üçün nəzərdə tutulub. Bu fikirləri mətbuata  müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev söyləyib. Saray qəsəbəsində əhalinin sayının artması […]