Mektebgushesi

Müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi yekunlaşır

  Müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi bu gün yekunlaşır. Mektebgushesi.az  xəbər verir ki, sertifikatlaşdırmanın keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrini və peşə yararlılıqlarını yoxlamaq, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir. Sertifikatlaşdırma prosesinə birinci mərhələdə ibtidai təhsil […]

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsi bu gün yekunlaşır

  Elm və Təhsil Nazirliyi sisteminə aid ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi bu gün yekunlaşır. Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən Mektebgushesi.az -a bildirilib ki, namizədlər sentyabrın 1-i saat 11:00-dək şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər. Vakansiya seçimi proqram təminatı tətbiq olunmaqla […]

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) 2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib. Mərkəzdən  bildirilib ki, abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. […]

Sertifikatlaşdırma imtahanında verilən test tapşırığı ilə bağlı müraciətlər araşdırılıb

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin birinci sessiyasında təqdim olunan 30 nömrəli sual ilə bağlı müraciətlər daxil olub və araşdırılıb. Mektebgushesi.az xəbər verir ki, bununla bağlı Təhsil İnstitutu İnsan Resursları Mərkəzi məlumat yayıb. Məlumatda bildirilib ki, avqustun 31-də ibtidai sinif müəllimləri üçün keçirilmiş sertifikatlaşdırma imtahanında təqdim olunan 30-cu test tapşırığının […]

“Rəqəmsal bacarıqlar” layihəsi 300 min şagirdi əhatə edəcək

Elm və Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq məktəbi ilə birgə reallaşdırılan “Rəqəmsal bacarıqlar” layihəsinin ölkə üzrə əhəmiyyətini, uğurlu tətbiqini, eləcə də ictimaiyyət tərəfindən müsbət qarşılanmasını nəzərə alınaraq, layihənin 2022-2023-cü tədris ilində həm coğrafi (48 şəhər və rayon), həm də müəllim-şagird sayı baxımından əhatəsi genişləndirilir. Belə ki, yeni tədris ilindən etibarən layihə respublika üzrə bütün şagirdlərin […]

Buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün əlavə imtahan keçiriləcək

İmtahanda iştirak edəcək şagirdlər  “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər Mektebgushesi.az xəbər verir ki, dövlət İmtahan Mərkəzi 2022-ci ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 4-də əlavə imtahan keçirəcək. Bundan əlavə, həmin gün bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak […]

Direktorların işə qəbulu imtahanları barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib

Sentyabrın 5-də şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi keçiriləcək. İmtahanın keçiriləcəyi vaxt və məkan barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydaları”na əsasən, müsabiqə yazılı imtahan və müsahibə mərhələsindən ibarət olacaq. Müsabiqənin yazılı imtahan mərhələsi test imtahanı və […]

Tam orta təhsil bazasında kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

  2022-2023-cü tədris ili üzrə tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi sentyabrın 2-dən 7-dək aparılacaq. Mektebgushesi.az  xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin (DİM) teleqram kanalında yer alıb. Xatirladaq ki, DİM “Abituriyent” jurnalının 5-ci nömrəsini və “Tam (11 illik) orta təhsil bazasında orta […]

117 müəllim sertifikasiyanın ilk gününə gəlməyib

Avqustun 30-dan etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb. Mektebgushesi.az xəbər verir ki, sertifikatlaşdırma prosesinə ilkin mərhələdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimləri cəlb edilib. Sertifikatlaşdırma prosesinin birinci […]

Növbəti tədris ilindən tətbiqinə başlanılacaq dərsliklər AÇIQLANDI

Növbəti tədris ilində bir sıra yeni dərsliklərin tətbiqinə başlanılacaq. Bunu APA-ya açıqlamasında Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib. O bildirib ki, bunlardan biri V siniflər üçün “Təbiət 5” dərsliyidir və bu ildən kütləvi istifadəyə veriləcək: “Əlavə olaraq III siniflərdə “Happy Campers” ingilis dili dərsliyi keçiləcək. Bu dərslik I-II siniflərdə tətbiq olunurdu. Həmçinin ötən illərdə pilot olaraq tədris […]

Emin Əmrullayev: “Sertifikasiya mərhələli bir prosesdir, gələcəkdə hər hansı cüzi düzəlişlər edilə bilər”

“Sertifikasiya mərhələli bir prosesdir və biz hələ ilk mərhələdən danışırıq. Təbii ki, proses əsnasında hər şeyi mükəmməl planlaşdırmaq qeyri-mümkündür. Bu baxımdan proseslə bağlı hər hansı cüzi düzəlişlər edilə bilər”. Mektebgushesi.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət Mərkəzi” proqramında qeyd edib. “Məsələn, biz əvvəldən 20 sualın metodika, 40 sualın fənn biliklərindən […]

Müəllimlərin müddətli müqavilə ilə vakansiya seçimlərinə start verilir

30 avqust – 1 sentyabr tarixlərində 2022-2023-cü tədris ili üzrə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsi həyata keçiriləcək. Bu barədə Mektebgushesi.az – a Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, 30 avqust saat 11:00-dan etibarən start veriləcək müddətli müqavilə ilə […]

Türkiyənin Zəfər Bayramı günüdür

Bu gün Türkiyədə Zəfər Bayramı qeyd edilir. 1922-ci ilin 26 avqustunda Mustafa Kamal Atatürkün baş komandanlığı ilə başlayan müharibənin 30 avqustda Dumlupınarda qələbə ilə nəticələnməsi bayram kimi qeyd olunur. Birinci Dünya Müharibəsindən məğlub çıxmış Osmanlı dövlətinin düşmən ölkələr tərəfindən parçalanmasının qarşısı bu qələbə ilə alınıb. 1919-1922-ci illərdə davam edən Qurtuluş Savaşının ən həlledici mərhələsi hesab […]

Bu gündən müəllimlərin sertifikasiyasına başlanılır

Bu gündən təhsilverənlərin sertifikatlaşdırılması prosesinə başlanılır. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, sertifikatlaşdırma 30 avqust-1 sentyabr tarixlərində keçiriləcək. İlkin olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Gəncə-Daşkəsən və Quba-Xaçmaz Regional İdarələrin tabeliyindəki məktəblərdə çalışan ümumilikdə 11 min ibtidai sinif müəllimi sertifikasiya imtahanı verəcək. Qeyd edək ki, hamilə və ya sosial məzuniyyətdə olan […]

Elm və təhsil naziri Sumqayıtda məktəb direktorları ilə görüşüb

Avqustun 29-da elm və təhsil naziri Emin Əmrullayev Sumqayıt şəhərində yerləşən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb. Mektebgushesi.az xəbər verir ki, görüşdə direktorların fəaliyyəti, valideyn-məktəb münasibəti və digər məsələlər ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb. Həmçinin təhsil sahəsinin mövcud problemləri və həlli istiqamətində fikirlər səsləndirilib, təhsilin keyfiyyətinin artırılması, bu istiqamətdə görülən işlər və gələcək planlar müzakirə olunub. Emin […]