Mektebgushesi

Baş Nazir sertifikatlaşdırmanın nəticəsinə görə vəzifə maaşlarına aylıq əlavələri təsdiq edilib – CƏDVƏL

Müəllim, direktor və müavinlərinin vəzifə maaşlarına aylıq əlavələr təsdiqlənib – CƏDVƏL Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələr təsdiq edilib. Mektebgushesi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Bu […]

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir

Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir. Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən Mektebgushesi.az -a bildirilib ki, avqustun 23-də texnologiya, rus dili və ədəbiyyatı, təsviri incəsənət (rus bölməsi), coğrafiya (Azərbaycan və rus bölməsi), fiziki tərbiyə (Azərbaycan və rus bölməsi), kimya (rus bölməsi), riyaziyyat (rus bölməsi), ingilis dili, musiqi […]

Kolleclərə qəbul olanlar üçün qeydiyyat başlayıb

Bu gündən ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar üçün qeydiyyat prosesinə start verilib. Mektebgushesi.az  xəbər verir ki, müraciətçilər https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə […]

Gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb

2022/2023-cü tədris ili üçün 1 nömrəli Bakı Tibb Kollecinin “Müalicə masajı” ixtisasına gözdən əlil abituriyentlər üçün Azərbaycan bölməsi üzrə 20 plan yeri ayrılıb. Bu barədə  Mektebgushesi-az -a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Həmin yerlər üzrə müsabiqədə iştirak etmək arzusunda olan 1-ci və 2-ci dərəcəli gözdən əlil abituriyentlər aşağıda göstərilən sənədləri 2022-ci il avqustun 22-dən 26-dək […]

Magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə əlavə yerləşdirmə davam edir

Ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə əlavə yerləşdirmə davam edir. Bu barədə Mektebgushesi.az -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, namizədlər https://portal.edu.az/ elektron xidmətində qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, […]

Ukraynalı uşaqlar Bakıda reabilitasiya kursu keçəcək -FOTO

Heydər Əliyev Fondu və Azərbaycan Səhiyyə Nazirliyinin dəstəyi ilə ukraynalı uşaqlar Bakıda reabilitasiya kursu keçəcək. Mektebgushesi.az -ın xəbərinə görə, avqustun 21-də valideyn himayəsindən məhrum olmuş 7-17 yaşlı 28 uşaq və onları müşayiət edən 4 nəfər Bakıya gəlib. Uşaqlar hava limanında qarşılanaraq xüsusi ayrılmış avtobuslarla Səhiyyə Nazirliyinin sanatoriya-kurort reabilitasiya mərkəzinə aparılıb. Burada uşaqlara 21 gün ərzində […]

DİM: İmtahanların nəticəsi yaxın iki gün ərzində elan olunacaq

Avqustun 21-də Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi və dövlət qulluğunda inzibati icraçı vəzifələrə aid olan qruplar üzrə test imtahanı keçirib. Bu barədə Mektebgushesi.az -a Dövlət İmtahan Mərkəzidən məlumat verilib. Bildirilib ki, imtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb və imtahanın gedişi […]

Xaricdə magistratura təhsili üçün sənəd qəbulu avqustun 25-də yekunlaşacaq

  “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində magistratura səviyyəsi üzrə sənəd qəbulu davam edir. Bu barədə Mektebgushesi.az -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, sənəd qəbulu prosesi avqustun 25-də yekunlaşacaq.

Onuncu siniflər üçün şagird yerdəyişməsi prosesi sentyabrın 5-də başa çatır

  2022-2023-cü tədris ili üzrə X siniflər üçün şagird yerdəyişməsi prosesi davam edir. Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az -a bildirilib ki, valideynlər üçün sy.edu.az elektron sistemində ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 5 sentyabr saat 18:00-dək davam edəcək. Valideynlər 9 sentyabr saat 15:00-dək övladlarının sənədlərini yerdəyişmə etdiyi ümumi təhsil müəssisəsinə verməlidirlər.

“Birinciləri imtahana cəlb etmək ağılsızlıqdır” – FOTO

“Hər birimiz öz övladımızın təhsil almasında maraqlı olmalıyıq. Övladlarımızı imtahanla sınağa çəkməməliyik. İmtahanı yersiz hesab edirəm”. Bunu birinci sinfə qəbul olunacaq uşaqların repetitor yanına getməsi ilə bağlı Oxu.az-a açıqlama verən əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyib. Xatırladaq ki, məktəblərdə birinci siniflərə qəbul imtahanı keçirilir. İmtahandan keçə bilməyən şagird kənarda qalır. Valideyn də məcbur olub, uşağı repetitor yanına qoyur […]

Liseylərə qəbul ola bilməyənlərə ŞAD XƏBƏR

Mərkəzləşdirilmiş qaydada qəbulu həyata keçirilən lisey və gimnaziyalarda boş qalan yerlər üçün lisey seçimi mərhələsinə start verilir. Bu barədə Təhsil İnstitutu məlumat yayıb. Bildirilib ki, II mərhələ üçün ayrılan vaxt 19 – 22 avqust tarixlərini əhatə edəcək. Qeyd edək ki, proses 19 avqust 11:00-da başlayır və 22 avqust 17:00-da başa çatır.

AMEA yeni nizamnamənin formalaşdırılması istiqamətində işlərə başlayıb 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni nizamnaməsinin formalaşdırılması istiqamətində işlərə başlanılıb. Bunu Mektebgushesi.az açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib. “Prezident İlham Əliyevin Azərbaycanda elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında imzaladığı fərmanla artıq yeni tipli akademiyanın formalaşması istiqamətində vəzifələrin həyata keçirilməsi bizim qarşımıza əsas məsələ kimi […]

Direktor müavinlərinin işə qəbulu üzrə qeydiyyat davam edir

Ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqə davam edir. Bu barədə  Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən 1735 nəfər anket.edu.az portalı vasitəsilə qeydiyyatdan keçib. Qeydiyyat prosesi avqustun 22-si saat 18:00-da […]

Ali təhsil müəssisələrinə ixtisas seçimi davam edir: 23 minə yaxın ərizə təsdiqlənib

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak üçün ixtisas seçimi davam edir. DİM-dən bildirilib ki, ixtisas seçimi bütün qruplar üzrə avqustun 28-dək internet vasitəsilə aparılır. Bu gün saat 09:20-yə olan məlumata görə, 22 min 588 ərizə təsdiqlənib. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasların kodlarını eservices.dim.gov.az/erizebak/ixtisas1 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas […]

Müəllimlərin işə qəbulu üzrə müsahibənin ilk günündə 740 namizəd iştirak edib

Avqustun 18-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin biologiya (Azərbaycan və rus bölməsi), informatika, Azərbaycan dili və ədəbiyyat, musiqi fənləri üzrə müsahibələr təşkil olunub. Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən  bildirilib ki, müsahibələrin ilk gününə 786 nəfər dəvət olunub. Onlardan 740 namizəd müsahibə mərhələsində iştirak edib.