Mektebgushesi

Sabahdan ali təhsil müəssisələrinə ixtisas seçimi başlanır

Avqustun 16-dan 28-dək I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi keçiriləcək. Bu barədə Mektebgushesi.az -a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, DİM tərəfindən müvafiq qruplar üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr olunub. Kitabçalarda müsabiqədə […]

Avqustun 18-dən müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsinə start veriləcək

Avqustun 18-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsinə start veriləcək. Bu barədə Mektebgushesi.az -a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, müsahibələr Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə təşkil olunacaq. Fənlər üzrə müsahibə tarixləri aşağıda qeyd edilib: 18 avqust – biologiya (Azərbaycan və rus bölməsi), informatika, Azərbaycan dili və ədəbiyyat, musiqi; […]

9 illik təhsil bazasında kolleclərə ixtisas seçimi davam edir

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir. Mektebgushesi.az Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, bu gün saat 17:50-yə olan məlumata görə, 12 min 148 nəfər (Azərbaycan bölməsi -11 min 847, rus bölməsi – 301) qeydiyyatdan keçib. İxtisas seçimi avqustun […]

Magistraturaların boş yerlərinə ixtisaslaşma seçimi başa çatır

2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün ixtisaslaşma seçimi bu gün başa çatır. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, bu gün saat 16:35-ə olan məlumata görə, 1 741 nəfər (Azərbaycan bölməsi – 1 663, rus bölməsi – 78) […]

ARTI sertifikasiyada iştirak edəcək ibtidai sinif müəllimləri üçün sual nümunələrini hazırlayıb

Suallar təhsilverənlərin sertifikatlaşdırılmasına dair qiymətləndirmə çərçivəsindəki bütün mövzuları əhatə edir və mürəkkəblik dərəcəsi gözlənilməklə hazırlanmışdır. Təhsil İnstitutundan Mektebgushesi.az-a verilən məlumata görə, suallar nümunə xarakteri daşıdığı üçün hər fənn üzrə məzmun sahələrinə görə sual sayılarının bölgüsündən artıq tərtib olunmuş və bütün mövzuların əhatə olunmasına diqqət yetirilmişdir. İbtidai sinif müəllimləri üçün ixtisas üzrə nümunə sualları təqdim edirik: […]

NASA-dan xəbərdarlıq: Təhlükəli asteroid yerə yaxınlaşır

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) təxmini diametri 13-28 metr olan asteroidin avqustun 13-də Yerə ən yaxın məsafədən keçəcəyini açıqlayıb. Məlumata görə, saatda 33 min kilometrdən çox sürətlə hərəkət edən 2015 FF asteroidi potensial təhlükəli göy cismləri kateqoriyasına daxil edilib. Qeyd edək ki, NASA Yerdən 193 milyon kilometr məsafədə olan istənilən göy cismini […]

Ümumi balı 200-dən az olmayan 6039 abituriyent II ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanıb

Qəbul imtahanlarının nəticələrinə əsasən ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 6039 abituriyent ikinci ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ əldə edib. Mektebgushesi.az xəbər verir ki, bu barədə məlumat II ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçada yer alıb. […]

Alimlər ayın qədim Yerin bir hissəsi olduğuna dair yeni sübutlar tapıblar

Sürix Universitetinin geofizikləri Ayın vaxtilə Yerin bir hissəsi olduğuna dair yeni sübutlar tapıblar. Ayın mənşəyi ilə bağlı bəzi fərziyyələrə görə, o, bu və ya digər səbəbdən – məsələn, təxminən 4,5 milyard il əvvəl Mars ölçüsündə olan obyektlə toqquşmadan sonra gənc Yerdən ayrılan maddədən əmələ gəlib. Bu versiyanı sınaqdan keçirmək üçün alimlər Antarktida buzundan çıxarılmış altı Ay […]

Azərbaycanda məşğul əhalinin 19,2 faizi təhsil sahəsində işləyir

2022-ci il avqustun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5342,1 min nəfər olub, onlardan 5034,3 min nəfərini məşğul əhali təşkil edib. Məşğul əhalinin isə 19,2 faizi təhsil sahəsində işləyib. Bu barədə Mektebgushesi.az -a Dövlət Statistika Komitəsindən məlumat verilib.

700 bal toplayan şagird Azərbaycan universitetlərindən imtina etdi

Bu il  IV ixtisas qrupu üzrə ən yüksək – 700 balı toplayan Nigar Ağazadə Azərbaycan universitetlərindən imtina edib. Bu barədə “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb. Bildirilib ki, Nigar burs qazanaraq Ankara Universitetinin Tibb fakültəsinə qəbul olunub. Qeyd edək ki, Nigar Ağazadə 125 nömrəli tam orta məktəbin məzunudur. O, qəbul imtahanının I mərhələsində 300 bal, ikinci […]

Peşə məktəblərinə elektron tələbə qəbulunun II mərhələsi keçiriləcək

2022/2023-cü tədris ili üçün peşə təhsili müəssisələrinə elektron tələbə qəbulunun II mərhələsinə avqustun 30-da start veriləcək. Bu barədə Mektebgushesi.az -a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, II mərhələ sentyabrın 5-dək davam edəcək. Xatırladaq ki, 2022/2023-cü tədris ili üzrə elektron tələbə qəbulunun I mərhələsi avqustun 1-dən 12-dək davam edib. Qəbul 66 peşə məktəbində […]

Abituriyentlərin birincilik MÜBARİZƏSİ – Təhsil tarixində İLK + FOTO

II qrup qəbul imtahanlarında nəticələri açıqlandıqdan sonra maraqlı hadisə yaşanıb. Mektebgushesi.az Oxu.Az -a istinadən  xəbər verir ki, ilk imtahanda bu qrup üzrə ən yüksək nəticəni 678 balla Aydan Eyvazova göstərib. Lakin o, ikinci dəfə imtahana girməyi seçib və bu yolla nəticəsini daha üç bal artırıb. Yekun olaraq 681 balla ölkə birincisi adını qazanıb. Lakin həmin […]

Elm və təhsil naziri Şamaxıda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev avqustun 24-də Şamaxı şəhərində Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarında qeydiyyatda olan sakinləri qəbul edəcək. Qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Bu barədə Mektebgushesi.az –a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qeyd olunan şəhər və rayonların sakinləri avqustun 15-dək nazirliyin Çağrı […]

Məleykə Abbaszadə abitituriyentlərin suallarına cavab verəcək

Ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi 16-28 avqust tarixlərində internet vasitəsilə aparılacaq. Bunu nəzərə alan Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə 16 avqust saat 15:00-da abitituriyentlərin suallarına cavab verəcək. Bu barədə Mektebgushesi.az-a DİM-dən bildirilib. Qeyd edilib ki, M.Abbaszadə DİM-in Facebook, Youtube və Telegram səhifələri vasitəsilə ixtisas seçimi edəcək abituriyentlərə diqqət yetirməli olduqları […]

2022-ci ilin yanvar-iyun aylarında təhsil xərcləri açıqlanıb

  2022-ci ilin yanvar-iyun aylarında təhsil xərcləri 1916,9 milyon manat olub. Bu barədə Mektebgushesi.az –a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, bu, ümumi büdcə vəsaitlərinin 14,82 faizini təşkil edir. Ümumi daxili məhsulda payı isə 3,02 faizdir.