Mektebgushesi

700 bal toplayan şagird Azərbaycan universitetlərindən imtina etdi

Bu il  IV ixtisas qrupu üzrə ən yüksək – 700 balı toplayan Nigar Ağazadə Azərbaycan universitetlərindən imtina edib. Bu barədə “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb. Bildirilib ki, Nigar burs qazanaraq Ankara Universitetinin Tibb fakültəsinə qəbul olunub. Qeyd edək ki, Nigar Ağazadə 125 nömrəli tam orta məktəbin məzunudur. O, qəbul imtahanının I mərhələsində 300 bal, ikinci […]

Peşə məktəblərinə elektron tələbə qəbulunun II mərhələsi keçiriləcək

2022/2023-cü tədris ili üçün peşə təhsili müəssisələrinə elektron tələbə qəbulunun II mərhələsinə avqustun 30-da start veriləcək. Bu barədə Mektebgushesi.az -a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, II mərhələ sentyabrın 5-dək davam edəcək. Xatırladaq ki, 2022/2023-cü tədris ili üzrə elektron tələbə qəbulunun I mərhələsi avqustun 1-dən 12-dək davam edib. Qəbul 66 peşə məktəbində […]

Abituriyentlərin birincilik MÜBARİZƏSİ – Təhsil tarixində İLK + FOTO

II qrup qəbul imtahanlarında nəticələri açıqlandıqdan sonra maraqlı hadisə yaşanıb. Mektebgushesi.az Oxu.Az -a istinadən  xəbər verir ki, ilk imtahanda bu qrup üzrə ən yüksək nəticəni 678 balla Aydan Eyvazova göstərib. Lakin o, ikinci dəfə imtahana girməyi seçib və bu yolla nəticəsini daha üç bal artırıb. Yekun olaraq 681 balla ölkə birincisi adını qazanıb. Lakin həmin […]

Elm və təhsil naziri Şamaxıda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev avqustun 24-də Şamaxı şəhərində Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarında qeydiyyatda olan sakinləri qəbul edəcək. Qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Bu barədə Mektebgushesi.az –a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qeyd olunan şəhər və rayonların sakinləri avqustun 15-dək nazirliyin Çağrı […]

Məleykə Abbaszadə abitituriyentlərin suallarına cavab verəcək

Ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi 16-28 avqust tarixlərində internet vasitəsilə aparılacaq. Bunu nəzərə alan Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə 16 avqust saat 15:00-da abitituriyentlərin suallarına cavab verəcək. Bu barədə Mektebgushesi.az-a DİM-dən bildirilib. Qeyd edilib ki, M.Abbaszadə DİM-in Facebook, Youtube və Telegram səhifələri vasitəsilə ixtisas seçimi edəcək abituriyentlərə diqqət yetirməli olduqları […]

2022-ci ilin yanvar-iyun aylarında təhsil xərcləri açıqlanıb

  2022-ci ilin yanvar-iyun aylarında təhsil xərcləri 1916,9 milyon manat olub. Bu barədə Mektebgushesi.az –a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, bu, ümumi büdcə vəsaitlərinin 14,82 faizini təşkil edir. Ümumi daxili məhsulda payı isə 3,02 faizdir.

Azərbaycanda abortların sayı rekord həddə çatdı: Siyahıda məktəbyaşlı qızlar da var

Son bir ildə Azərbaycanda abort etdirən qadınların sayı kəskin artıb. Yeniavaz.com-un açıqlanan sonuncu rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, abort etdirən qadınların sayı 2020-ci illə müqayisədə ötən il 35% və ya 12 158 nəfər artaraq 46 877-ə yüksəlib. Bu, indiyə kimi Azərbaycanda qeydə alınan ən yüksək göstərici olub. Məlumat üçün bildirək ki, abort etdirənlərin […]

III ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün

  2022/2023-cü tədris ili üçün respublika ali təhsil müəssisələrinin III ixtisas qrupuna Azərbaycan və rus bölmələri, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı və dövlət sifarişi üzrə yerlərin sayı təqdim edilib. Mektebgushesi.az  xəbər verir ki, bu barədə məlumat III ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə […]

Məktəbli formalarının satışa çıxarılacağı vaxt açıqlanıb

Yeni dərs ilinin başlanmasına təxminən bir ay qalıb. Artıq valideynlər məktəbə gedəcək övladları üçün yeni məktəbli formaları almağa hazırlaşırlar. Əvvəlki illərdən fərqli olaraq isə bu il üçün yeni formaların satışı həyata keçiriləcək. Çünki hələ bir müddət Nazirlər Kabineti yeni məktəbli formaları ilə bağlı qərar imzalayıb. Bu sənədin isə geyim formalarının şagirdlərin sağlamlığına xidmət edən qərar […]

Magistraturalara ixtisaslaşma seçimi davam edir

2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün ixtisaslaşma seçimi davam edir. Mektebgushesi.az Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, bu gün saat 09:55-ə olan məlumata görə, 1310 nəfər (Azərbaycan bölməsi – 1248, rus bölməsi – 62) ərizəsini təsdiq edib. Boş […]

BŞTİ-nin sektor müdiri işdən ÇIXARILDI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İnsan resursları sektorunun müdiri Fuad Əsgərov vəzifəsindən azad edilib. BŞTİ-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, Əsgərov Fuad Cavanşir oğlu ilə bağlanmış əmək müqaviləsinə 29 iyul 2022-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilib. […]

Beynəlxalq və respublika fənn olimpiadaları qaliblərinin nəzərinə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarına uyğun olaraq, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Dövlət İmtahan Mərkəzindən (DİM)  bildirilib ki, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri dedikdə, aşağıdakı şəxslər nəzərdə tutulur: – Beynəlxalq fənn olimpiadasının qızıl, […]

Təhsil müəssisələrinə məktəbli formalarının seçimi ilə bağlı göstəriş verilib – FOTO

Elm və Təhsil Nazirliyi tərəfindən orta təhsil müəssisələrinə məktəbli formalarının seçimi ilə bağlı göstəriş verilib. Mektebgushesi.az xəbər verir ki, direktorlar bu barədə sinif rəhbərlərinə məlumat veriblər. Bildirilib ki, məktəbli formaları üçün bir neçə rəng seçimi olsa da, ağ və göy, açıq və tünd xaki rənglərindəki geyimlərə üstünlük verilib. Göstərişdə birinci sinif şagirdləri üçün yeni məktəbli formalarından istifadənin mütləq olduğu diqqətə çatdırılıb. […]

Qeyri-Azərbaycan dilli tədris bölmələri üzrə məktəb seçiminə start verilir

Bu gündən tədrisi qeyri-Azərbaycan dilində aparılan bölmələr üzrə məktəb seçimi prosesinə start verilir. Bu barədə Mektebgushesi.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Qeyd edək ki, Azərbaycan bölməsi üzrə məktəbəhazırlıq qrupları üçün məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesinə avqustun 8-də başlanılıb. 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına onlayn […]