Mektebgushesi

Qarabağ Universitetinin fəaliyyət istiqamətləri və hədəflər müzakirə edilib

  STEAM İnnovasiya Mərkəzində Qarabağ Universiteti ilə bağlı görüş keçirilib. Elm və Təhsil Nazirliyindən bildirilib ki, görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, ali təhsil müəssisələrinin rektorları, xaricdə yaşayan azərbaycanlı alimlər və digər qonaqlar iştirak ediblər. Görüşdə Qarabağ Universitetinin fəaliyyət istiqamətləri, ixtisaslar […]

Azərbaycan alimi yüksək mükafata ayiq görülüb

  Azərbaycanlı kulturoloq, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, tarix elmləri doktoru, Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının professoru Fuad Məmmədov sivilizasiyalararası dialoqun inkişafına verdiyi böyük töhfəyə görə Birləşmiş Millətlər Təşkilatının əsas iqtisadi-sosial orqanı olan ECOSOC-un məşvərət statusuna malik Pitirim Sorokin-Nikolay Kondratyev Beynəlxalq İnstitutunun Qızıl medalına layiq görülüb. Mektebgushesi.az xəbər verir ki, professor Fuad […]

TƏBİB-dən AÇIQLAMA: Uşaqlara bir neçə peyvənd eyni vaxtda vurula bilər?

  Uşaqlara bir neçə peyvəndin eyni vaxtda vurulması məsələsinə aydınlıq gətirilib. Bu barədə TƏBİB məlumat yayıb. Bildirilib ki, eyni vaxtda bir neçə peyvəndin tətbiq edilməsi uşağın immun sistemini pozmur: “Uşağınızı təhlükəli xəstəliklərdən qorumaq üçün tələb olunan səviyyədə immunitetin yaranmasını təmin etmək vacibdir. Bunun üçün peyvəndin bütün dozaları profilaktik peyvənd təqviminə uyğun vaxtında vurulmalıdır”.

Martın 3-də buraxılış imtahanı keçiriləcək

Məlum olduğu kimi, 2024-cü il martın 3-də Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal rayonlarında, Abşeron, Gəncə – 1, Goranboy, Göygöl, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Ucar, İsmayıllı, Kürdəmir, Ağsu, Zərdab, Lənkəran, Cəlilabad, Astara, Bərdə, Tərtər, Yevlax, Ağdərə (Talış kənd tam orta məktəbi), Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən və Şabranda Dövlət İmtahan Mərkəzi […]

Dövlət imtahanından azad olunan tələbələrin diplom alma qaydası açıqlanıb

Yekun dövlət attestasiyasından (dövlət imtahanı) azad olunan tələbələrin təhsil proqramları sonuncu semestrdə təcrübə ilə yekunlaşacaq. Bu barədə  Elm və Təhsil Nazirliyindən bildirilib. Qeyd olunub ki, ali təhsilin bakalavriat səviyyəsində müvafiq ixtisas üzrə yekun dövlət attestasiyasının keçirilib-keçirilməməsi həmin ixtisasın təhsil proqramı ilə müəyyən olunur. “2020-ci ildə bakalavriat səviyyəsi üçün qəbul edilən yeni məzmunlu təhsil proqramlarının bir qismi […]

Nicat Məmmədli: 2024-2025-ci tədris ilindən etibarən Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulu aparılacaq

  2024-2025-ci tədris ilindən etibarən Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulu aparılacaq. Mektebgushesi.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli söyləyib. O bildirib ki, Universitetin tədris binasının Bakıda olması planlaşdırılır. “Türkiyə-Azərbaycan Universitetində ilkin olaraq mühəndislik, texniki-texnoloji sahələr üzrə ixtisaslar tədris olunacaq. Növbəti illərdən partnyorlar çoxaldıqca ixtisasların sayının artırılması planlaşdırılır. Türkiyə tərəfi universitetə […]

İndiyədək 28 min 353 tələbə təhsil krediti alıb

  Bu günə qədər təhsil tələbə krediti almaq üçün müraciət edənlərin statistikası açıqlanıb. Təhsil Tələbə Krediti Fondundan bildirilib ki, indiyədək 38 min 693 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 491 nəfərin müraciəti natamam olub, 761 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 8738 nəfərin müraciətinə imtina cavabı verilib, 350 nəfərin müraciəti isə banka yönləndirilib. Bu günə qədər […]

21 Fevral-Beynəlxalq Ana Dili Günüdür

Fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində […]

Türkiyə-Azərbaycan Universiteti yaradılır

Kembric Universitetinin professoru Qərib Mürşüdov: “Bu addımı ancaq alqışlamaq olar” Məlum olduğu kimi, fevralın 19-da Ankarada Türkiyə Respublikası Ali Təhsil Şurası ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəd Türkiyə Ali Təhsil Şurasının sədri professor Erol Özvar və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev tərəfindən imzalanıb. […]

Azərbaycanda diplomları ən az tanınan ölkələr məlum olub

Hazırda Türkiyədə 37 min azərbaycanlı tələbə təhsil alır. Bu o deməkdir ki, yaxın gələcək üçün məhz həmin ölkə üçün diplom tanınması üzrə müraciətlər çoxluq təşkil edəcək. Mektebgushesi.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov fevralın 20-də keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, tanınma ilə əlaqəli verilən mənfi rəylər adətən […]

Mehriban Vəliyeva 156 nömrəli tam orta məktəbin kollektivi ilə görüşüb

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva şagirdləri qeyri-etik davranışlara yol verən məktəbə gedib. Qeyd olunub ki, paytaxtdakı 156 nömrəli tam orta məktəbin XI sinif şagirdi olan qızın (müvafiq səbəblərə görə adı qeyd olunmur) […]

Şagirdlər arasında baş verən hadisəyə həmin məktəbin direktoru münasibət bildirib

Xəzər rayonu 156 nömrəli tam orta məktəbin şagirdləri arasında baş verən hadisəyə həmin məktəbin direktoru münasibət bildirib. Məktəbin direktoru Gülər İsmayılovanın sözlərinə görə hadisə yanvarın 17-də baş verib: “Hadisə yanvarın 17-si məktəbdən kənar vaxtda, təqribən saat 3-dən sonra baş verib. Onu qeyd edim ki,maksimum 7 dərs saatı 2-yə qalmış bitir. Videoda görünən 2 nəfərdən yalnız […]

II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesinə başlanılır

  Bu gün saat 11:00-dan etibarən 2023-2024-cü tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesinə başlanılır. Bu barədə Mektebgushesi.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, bu gündən XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq IX siniflər üzrə yerdəyişmə prosesi […]

Məktəbli qızın qeyri-etik davranışına dair görüntülər araşdırılır – RƏSMI

  Sosial mediada 156 nömrəli məktəbin XI sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair görüntülər yayılıb. Mektebgushesi.az xəbər verir ki, məktəb rəhbərliyi və psixoloq tərəfindən şagird və valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb: “Valideyn tərəfindən hüquq-mühafizə […]

Azərbaycan-Türkiyə təhsilə dair sənədləri imzalanıb

Fevralın 19-da Ankarada Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub. “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu”nu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar imzaladılar. “Azərbaycan […]