Mektebgushesi

Emin Əmrullayev: Xocalıda yerləşən məktəbdə son tamamlanma işləri aparılır

Xocalıda yerləşən məktəbdə son tamamlanma işləri aparılır. Mektebgushesi.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, yeni tədris ilində məktəbdə tədris prosesinin başlaması nəzərdə tutulur: “Məktəbdə təxminən 150-ə yaxın şagirdin təhsil alacağı gözlənilir. Ayrıca idman və akt zalı olacaq. Əhalinin köç prosesi müddətində yerli əhalinin sayına uyğun məktəbdə […]

Xocalı soyqırımından 32 il ötür

Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımından 32 il ötür. Mektebgushesi.az -ın məlumatına görə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə – azərbaycanlılara qarşı soyqırımı törədib. Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli […]

“Dövlət İmtahan Mərkəzinin qoyduğu şərtlər yaxın qonşu ölkələrin heç birində yoxdur” – AÇIQLAMA

Rəsmi statistikaya əsasən Azərbaycan əhalisinin cəmi 19 faizi ali təhsillidir. Rusiyada bu göstərici 56 faiz, Gürcüstanda 31, Ermənistanda isə 28 faizdir. Bu isə o deməkdir ki, Azərbaycan ali təhsillilərin sayına görə qonşu ölkələrdən belə xeyli geri qalır.  Mövzu ilə bağlı Valyuta.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirir ki, Azərbaycanda əhalinin cəmi 19 faizinin ali təhsilli olmasının başlıca […]

Əməkdar müəllim tanınmış pedaqoq Rüfət Əliyev dünyasını dəyişib

Əməkdar müəllim, tanınmış pedaqoq Rüfət Əliyev dünyasını dəyişib. Mektebgushesi.az xəbər verir ki, bu barədə Elm və Təhsil naziri Emin Əmrullayev rəsmi feysbuk səhifəsində paylaşım edib: Onunla nazirliyin Təhsilin inkişafı proqramları şöbəsində çoxsaylı layihələrin icrasında birlikdə çalışmışıq. Rüfət müəllimin vəfatından kədərləndiyimi bildirir, ailəsinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!

RFO-nun respublika mərhələsinin yarımfinal turu keçirilib

24 fevral 2024-cü il tarixində Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçirilib. Bu barədə Mektebgushesi.az-a Təhsil İnstitundan xəbər verilib. Bildirilib ki, Respublika Fənn Olimpiadalarının yarımfinal turu riyaziyyat, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix fənni daxil olmaqla 7 fənn üzrə keçirilib. Ümumilikdə 10997 şagird yarımfinal turunda iştirak etmək hüququ qazanıb. Respublika […]

İş və istirahət günlərinin yerləri dəyişdirilib

Ramazan bayramı ilə əlaqədar iş və istirahət günlərinin yerləri dəyişdirilib. Mektebgushesi.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 12 aprel iş günü ilə 6 aprel istirahət gününün yerləri dəyişdirilib. Qeyd edək ki, 10, 11 aprel Azərbaycanda Ramazan bayramıdır. Aprelin 12-si həftənin cümə […]

Doktoranturalar yaradılan elmi müəssisə və təşkilatların siyahısında dəyişiklik edilib

“Doktoranturalar (adyunkturalar) yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edilib. APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib. Dəyişikliklər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yaradılması ilə əlaqədardır. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti üzrə fəlsəfə və elmlər doktorları hazırlayan Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutu (AzETSPİ) və “Azərbaycan […]

Elm və təhsil naziri Beyləqanda vətəndaşları qəbul edib

Fevralın 23-də elm və təhsil naziri Emin Əmrullayev Beyləqan rayonunda vətəndaş qəbulu keçirib. Qəbulda Beyləqan, İmişli, Saatlı, Sabirabad və Xocavənd sakinləri iştirak ediblər. Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Vətəndaşlar müəllimlərin işə qəbulu və yerdəyişməsi, həmçinin ümumi təhsilə dair digər məsələlərlə bağlı müraciətlər ediblər. Elm və təhsil naziri […]

Erol Özvar: Türkiyə-Azərbaycan Universiteti üçün məşhur tarixi binalarından biri ayrılıb

Türkiyə-Azərbaycan Universitetinin kampusu üçün Bakının ən məşhur tarixi binalarından biri ayrılıb. Mektebgushesi.az xəbər verir ki, bunu Türkiyə Ali Təhsil Şurasının (Yüksək Öyrətim Kurulu) sədri Erol Özvar “Milliyet” qəzetinə müsahibəsində bildirib. O əmindir ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılması dünya ali təhsilində mühüm mərhələlərdən biri olacaq: “Əgər təhsil müəssisəsinin fəaliyyəti yaxşı şəkildə təşkil olunar və düzgün idarə edilərsə, qısa […]

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Nərminə Hüseynovaya həvalə olunub

Fevralın 23-də elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nərminə Hüseynovaya həvalə olunub. Nərminə Hüseynovanı kollektivə elm və təhsil nazirinin müavini Həsən Həsənli təqdim edib. Tədbirdə Bakı şəhəri üzrə təhsil müəssisələrində monitorinq və nəzarətin gücləndirilməsi, şagird […]

III Bakı Elm Olimpiadası keçiriləcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında III Bakı Elm Olimpiadası keçiriləcək. BŞTİ və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən olimpiadanın əsas məqsədi şagirdlərin təbiət elmlərinə (fizika, kimya, biologiya) olan marağını daha da artırmaq, bu sahədə nəzəri-təcrübi biliklərini təkmilləşdirmək, onların praktik və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaratmaq, istedadlı […]

Xocavəndli şagird riyaziyyat olimpiadasında yüksək nəticə qazanıb

Xocavəndli şagird “Copernicus olympiad” Kopernik riyaziyyat olimpiadasının 1-ci mərhələsində yüksək nəticə qazanıb. Mektebgushesi.az xəbər verir ki, bu barədə Xocavənd Rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, Xocavənd Rayon Muğanlı kənd sakini Eyvaz Babək oğlu Hüseynli “Copernicus olympiad” Kopernik riyaziyyat olimpiadasında 1-ci mərhələdə 1635 iştirakçı arasında gümüş medala sahib olub.

Şagirdlərin sosial şəbəkə asılılığı: Nəzarət, yoxsa qadağan etmək?

Övladını məktəbə yolan salan hər valideyn onun üçün narahat olur. Bəs bu narahatlığı aradan qaldırmaq üçün uşaqlara mobil telefonlar, o cümlədən smartfonlar vermək şərtdirmi? Uşağa sən məktəbə niyə gedirsən? Məktəb ümumiyyətlə nə üçündür? Bu smartfonu sənə niyə vermişik? kimi mövzularda onlarla heç olmazsa, bir dəfə söhbət aparmışıqmı? Yetkinlik yaşına çatan uşaq təbii ki, yanıla, səhv […]

Qarabağ Universitetinin fəaliyyət istiqamətləri və hədəflər müzakirə edilib

  STEAM İnnovasiya Mərkəzində Qarabağ Universiteti ilə bağlı görüş keçirilib. Elm və Təhsil Nazirliyindən bildirilib ki, görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, ali təhsil müəssisələrinin rektorları, xaricdə yaşayan azərbaycanlı alimlər və digər qonaqlar iştirak ediblər. Görüşdə Qarabağ Universitetinin fəaliyyət istiqamətləri, ixtisaslar […]