Mektebgushesi

Məktəblərdə işə qəbul üçün müsabiqənin vaxtı açıqlanıb

  Martın 1-də Mərkəzi Aran Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant olan laborant (fizika, kimya və biologiya fənləri üzrə) vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçiriləcək. Bu barədə Mektebgushesi.az-a Mərkəzi Aran Regional Təhsil İdarəsindən məlumat verilib. Qeyd edək ki, adıçəkilən vəzifəyə işə qəbul müsabiqəsinin sənəd qəbulu prosesində iştirak edən […]

DİN erkən nikahla bağlı 20 fakt üzrə cinayət işi başlayıb

Bu il DİN-ə erkən nikahla bağlı 50 müraciət daxil olub. 2023-ci il ərzində daxili işlər orqanlarına erkən nikahla bağlı 50 müraciət daxil olub. Mektebgushesi.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru Emin Nəsirli jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu müraciətlərdən 20 fakt üzrə cinayət işi başlanıb.

Elşən Qafarov: “Qüvvələrimizi birləşdirməyin vaxtı idi”

6 fevral tarixində “Təhsil Ekspertləri Mərkəzi” yaradılıb. Mərkəzin əsas məqsədi təhsillə bağlı yaranan problemlərin meydana çıxma səbəblərini araşdırmaq, onların aradan qaldırılması ilə bağlı təhlillər, təhqiqatlar aparmaq, həmin problemlərin həlli ilə bağlı təkliflərlə çıxış etməkdir. Belə ki, təşkilatın eskpertləri fevral ayının 23-ü sabiq təhsil naziri Misir Mərdanovla görüş keçirib. Mektebgushesi.az xəbər verir ki, “Təhsil Ekspertləri Mərkəzi”nin […]

Kəlbəcərdə ən müasir standartlara uyğun məktəb binası tikilir

Kəlbəcərdə ən müasir standartlara uyğun yeni məktəb binası tikilir. Bu barədə Mektebgushesi.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər işğaldan azad edilmiş tarixi torpaqlarımızda həyatı yenidən canlandırmağa imkan yaradıb. Hazırda Qarabağ və Şərqi Zəngəzur tikinti meydanına çevrilib, burada bütün sahələrdə geniş quruculuq işləri aparılır. İşğaldan azad olunmuş ərazilərin bərpası […]

Məktəblərdə monitorinqlərə başlanılıb

  Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi təhsil müəssisələrində monitorinqlərə başlayıb. Bu barədə Mektebgushesi.az-a Agentlikdən xəbər verilib. Məlumata görə, monitorinqlərin məqsədi təhsil müəssisələrində əmək fəaliyyətində yol verilən nöqsan, hüquqpozmaların aşkarlanması, qarşısının alınması və aradan qaldırılması ilə bağlı müvafiq tədbirlərin görülməsidir.

Novruz Bayramında qeyri iş günləri açıqlanıb

  Novruz Bayramında 7 gün iş olmayacaq. Mektebgushesi.az xəbər verir ki, Nazirlər Kabinetinin “2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2024-cü il 20, 21, 22, 23 və 24 mart Novruz bayramı müəyyən edilib. Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, […]

Yeni təyin olunan ədliyyə naziri kimdir – Təhsil yolu

Prezident İlham Əliyev Fərid Turab oğlu Əhmədovun Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı President.az məlumat yayıb.  DOSYE – 1979 cu ildə Bakı şəhərində anadan olmuşdur. Təhsil 2000: Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsilini bitirmişdir. 2002: Beynəlxalq hüquq üzrə magistr təhsilini bitirmişdir. 2003: “Chevening” təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi […]

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 1-ci nömrəsini nəşr edib

  Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 1-ci nömrəsini nəşr edib. Mərkəzdən Mektebgushesi.az – a bildirilib ki, jurnalın bu nömrəsində ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları, qəbul imtahanının ikinci mərhələsi üçün I, II, III və IV ixtisas qruplarına daxil olan fənlər üzrə qəbul imtahanı proqramları, ədəbiyyat siyahısı, tapşırıq nümunələri, balların hesablanma qaydası, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul […]

Bu gün ilk Novruz çərşənbəsidir

Bu gün Novruzun ilk çərşənbəsidir. Mektebgushesi.az xəbər verir ki, fevral ayının 27-si ilin ilk çərşənbəsi – Su çərşənbəsi qeyd olunur. Su çərşənbəsi ilə Novruz bayramı üçün hazırlıqlar başlayır. İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi su çərşənbəsi qeyd edilir. Bəzi mənbələrdə ona “əzəli çərşənbə”, “gül çərşənbə” də deyirlər. Bu çərşənbədə suyun dirilməsi […]

Bu institutlara yeni direktorlar təyin edildi (SİYAHI)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutlarında vəzifə dəyişiklikləri aparılıb. Bu barədə Mektebgushesi.az akademiyadan məlumat əldə edib. Bununla bağlı müvafiq qərarlar qəbul olunub. Qərara əsasən, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev Arxeologiya və Antropologiya İnstitutunun direktoru vəzifəsinə təsdiqlənib. O, 2023-cü ildən direktor vəzifəsini müvəqqəti olaraq icra edirdi. Bundan əlavə, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli Ədəbiyyat […]

Emin Əmrullayev: Xocalıda yerləşən məktəbdə son tamamlanma işləri aparılır

Xocalıda yerləşən məktəbdə son tamamlanma işləri aparılır. Mektebgushesi.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, yeni tədris ilində məktəbdə tədris prosesinin başlaması nəzərdə tutulur: “Məktəbdə təxminən 150-ə yaxın şagirdin təhsil alacağı gözlənilir. Ayrıca idman və akt zalı olacaq. Əhalinin köç prosesi müddətində yerli əhalinin sayına uyğun məktəbdə […]

Xocalı soyqırımından 32 il ötür

Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımından 32 il ötür. Mektebgushesi.az -ın məlumatına görə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə – azərbaycanlılara qarşı soyqırımı törədib. Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli […]

“Dövlət İmtahan Mərkəzinin qoyduğu şərtlər yaxın qonşu ölkələrin heç birində yoxdur” – AÇIQLAMA

Rəsmi statistikaya əsasən Azərbaycan əhalisinin cəmi 19 faizi ali təhsillidir. Rusiyada bu göstərici 56 faiz, Gürcüstanda 31, Ermənistanda isə 28 faizdir. Bu isə o deməkdir ki, Azərbaycan ali təhsillilərin sayına görə qonşu ölkələrdən belə xeyli geri qalır.  Mövzu ilə bağlı Valyuta.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirir ki, Azərbaycanda əhalinin cəmi 19 faizinin ali təhsilli olmasının başlıca […]

Əməkdar müəllim tanınmış pedaqoq Rüfət Əliyev dünyasını dəyişib

Əməkdar müəllim, tanınmış pedaqoq Rüfət Əliyev dünyasını dəyişib. Mektebgushesi.az xəbər verir ki, bu barədə Elm və Təhsil naziri Emin Əmrullayev rəsmi feysbuk səhifəsində paylaşım edib: Onunla nazirliyin Təhsilin inkişafı proqramları şöbəsində çoxsaylı layihələrin icrasında birlikdə çalışmışıq. Rüfət müəllimin vəfatından kədərləndiyimi bildirir, ailəsinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!