Mektebgushesi

Bağçalara müdir vəzifəsinə sənəd qəbulu davam edir

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi davam edir.  Mektebgushesi.az  xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən namizədlər 26 dekabr saat 11:00-dək https://miq.edu.az/direktorlar/ linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak […]

Uşaqlara qarşı cinsi istismara görə məhkum olunmuş şəxslər müəllim ola bilməyəcək

Uşaqlara qarşı cinsi istismara görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcək. Mektebgushesi.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Bu il Bakı məktəblərinə 2000-dən çox müəllim işə qəbul olunub

2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2 743 vakansiya təqdim olunub. Bu barədə Mektebgushesi.az -a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Qeyd olunub ki, müsabiqələr nəticəsində il ərzində 2 258 nəfər işə qəbul olunub. Bunlardan 1 188 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə […]

Riyaziyyat və xarici dil müəllimləri  sertifikasiyaya necə hazırlaşmalıdır? 

Xəbər verdiyimiz kimi, 2024-cü ilin iyun ayında 31 min müəllim sertifikasiya imtahanı verəcək.  Belə ki, növbəti ildə riyaziyyat, ingilis, rus, alman, fransız dili müəllimləri, eyni zamanda tədrisi digər dildə olan şagirdlərə dərs deyən Azərbaycan dili müəllimləri sertifikasiya müsabiqəsinə cəlb olunacaq. Bəs həmin müəllimlər gələn il təşkil olunacaq sertifikasiya prosesinə necə hazırlaşmalıdır? Yüksək nəticə əldə etmək istəyən […]

Bayramda işə çıxanların maaşı necə hesablanacaq? – VİDEO

  Qarşıda ölkə əhalisini yeddi günlük bayram həftəsi gözləyir. Belə ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə iş və istirahət günlərinin ardıcıllığı təmin edilib. Lakin müəyyən sahələr var ki, oradakı əməkdaşları ənənəvi olaraq bayram günlərində də iş başında görürük. Bəs onların qeyri-iş günlərində çalışmaları qanunvericiliyə görə necə tənzimlənir? Hüquqşünas Sahib Məmmədov deyib ki, istirahət, səsvermə, iş günü hesab […]

Bağça müdiri olmaq istəyənlər üçün elektron sənəd qəbulunun müddəti uzadılıb

  Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinin müddəti uzadılıb. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Müsabiqədə iştirak etmək istəyən namizədlər 26 dekabr saat 11:00-dək https://miq.edu.az/direktorlar/ linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az […]

İbtidai sinif müəllimlərinin Naxçıvan Forumu keçirilib

Naxçıvan şəhərində dekabrın 21-də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan ibtidai sinif müəllimlərinin Naxçıvan Forumu keçirilib. “Report”un yerli bürosu xəbər verir ki, forumda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxış edərək vurğulayıb ki, hazırda muxtar respublikada təhsil islahatlarının əhatə dairəsi genişləndirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü […]

Azərbaycana qış fəsli gəlir

Mektebgushesi.az xəbər verir ki, qış günəşduruşu dekabrın 22-si saat 07:27-də olacaq. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san, gecənin uzunluğu isə […]

Mehriban Vəliyeva: Təhsilə ali səviyyədə göstərilən diqqət və qayğı müəllimlərin məsuliyyətini daha da artırır

Ulu Öndərin 100 illik yubileyinə həsr olunan Azərbaycan müəllimlərinin XVI qurultayı ilə bağlı təəssüratlar olduqca zəngindir. Qurultayın qarşımıza qoyduğu mühüm öhdəlik və vəzifələrin uğurla yerinə yetirilməsi üçün hər birimizdən əzm və yaradıcı yanaşma tələb olunur. Azərbaycan müəllimlərinin qurultayı həm də təhsil işçilərinə sonsuz sevinc və qürur hissi yaşatdı. Çünki müəllimlərin bu qurultayı 30 illik işğaldan […]

Elm və təhsil nazirinin müavini Siyəzən rayonuna səfər edib

  Dekabrın 21-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Siyəzən rayonuna səfər edib. Bu barədə Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az-a məlumat verilib. Bildirilib ki, əvvəlcə ulu öndər Heydər Əliyevin rayon mərkəzində yerləşən abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Daha sonra Siyəzən şəhəri Mikayıl Müşfiq adına 2 nömrəli tam orta məktəbdə gənc müəllimlərlə görüş […]

Çexiyanın Karlov Universitetində atışma olub – 20-yə yaxın şəxs həlak olub

Çexiyanın paytaxtı Praqada Karlov Universitetində atışma olub. Mektebgushesi.az xəbər verir ki,  silahlı şəxs insanları atəşə tutub. Hadisə Praqanın Yan Palaç meydanında yerləşən təhsil ocağında baş verib. “Hazırda bütün bina boşaldılır və hadisə yerində onlarla ölü və yaralı var”, – polis bildirib. Məlumata görə, atışma zamanı 20-yə yaxın şəxs həlak olub, 30-a yaxın yaralı var. Polis […]

Həsən Həsənli: “Əmək bazarı üçün hazır kadr yetişdirə bilməməyimiz böyük problemdir”

Elm və təhsil nazirinin müavini Həsən Həsənli əmək bazarı üçün hazır kadr yetişdirilməməsinin böyük problem olduğunu bildirib. Mektebgushesi.az  xəbər verir ki, o, “Peşə təmayüllü siniflər” layihəsinin gələcəkdə şagirdlərin əmək bazarında hazır kadr kimi yetişməsinə şərait yaratdığını söyləyib. Bildirilib ki, bu layihə 2019-2020-ci ildən fəaliyyətə başlayıb. Şagirdlərimiz əmək bazarının iştirakçıları ilə işlədikləri proyektlərinə üstündə işləməyi, komanda […]

Gələn il bəzi məktəblər birləşdiriləcək – RƏSMİ

2024-cü ilin fəaliyyət planında məktəblərin optimallaşdırılması nəzərdə tutulub. Mektebgushesi.az xəbər verir ki, bunu APA-ya açıqlamasınsa Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırov deyib. O bildirib ki, bura bəzi məktəblərin birləşdirilməsi, bəzilərinin ləğvi, bəzilərinin ümumi ortadan tam ortaya keçidi nəzərdə tutulur: “Bu il də bənzər addımlar atılıb. Bir neçə məktəbə ibtidai sinifdən qəbulu dayandırmışıq. […]

Azərbaycanlı gənc Harvard Universitetinə qəbul oldu

Azərbaycanlı gənc Şəms Polad ABŞ-ın Harvard Universitetinə qəbul olub. Mektebgushesi.az xəbər verir ki, bu barədə atası Əlövsət Müslümov sosial şəbəkədə paylaşım edib. O qeyd edir: “Şəms Harvard Universitetinə qəbul aldı. Erkən müraciət dönəmində Harvard Universitetinə ABŞ xaricindəki ölkələrdən qəbul alan 127 tələbədən biri oldu. “Robert College”dən Harvard Universitetinə keçən yol çox zəhmətli idi, indi sevincimizin […]

Tələbələr arasında keçirilən intellektual müsabiqənin finalçıları məlum olub – FOTO

Dekabrın 17-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Prezident İlham Əliyevin doğum gününə həsr edilən tələbələr arasında “Dəmir yumruq” hüquq sahəsində intellektual müsabiqənin yarımfinal mərhələsi keçirilib. Bu barədə Vəkillər Kollegiyasından məlumat verilib. Bildirilib ki, ikinci mərhələdə Milli Aviasiya Akademiyası, Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyası, Dövlət […]