Mektebgushesi

Qanunsuz fəaliyyət göstərən hazırlıq kursu ilə bağlı cinayət işi açıldı

Bakıda işçilərin iş saatını az göstərən hazırlıq kursu ilə bağlı cinayət işi başlanılıb. Mektebgushesi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, vətəndaşların əmək hüquqlarının pozulmasına dair daxil olmuş müraciətlər üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırmalar aparılıb. Araşdırmalar zamanı “Xəzinə” hazırlıq kurslarının vəzifəli şəxsi tərəfindən əmək […]

Uşaq peyvəndləri ölkəmizə Hindistandan gətirilir? – RƏSMİ AÇIQLAMA

  Səhiyyə Nazirliyi dövlət xəstəxanalarında uşaqlara vurulan peyvəndlərin Hindistandan gətirilməsi, tərkibinin keyfiyyətsiz olması, bu səbəbdən valideynlərin özəl xəstəxanalara üstünlük vermələri barədə iddialara münasibət bildirib. Nazirlikdən bildirilib ki, respublikanın həm dövlət, həm də özəl tibb müəssisələrində peyvəndlər milli peyvənd təqviminə əsasən 6 yaşınadək uşaqlara vurulur: “2014-cü ildən vaksin preparatları Azərbaycana UNICEF xətti ilə gətirilir. İstehsalçı ölkədən asılı […]

Bakıda qızılcaya yoluxan şagird vəfat etdi

  Bakıda şagird qızılca xəstəliyindən vəfat edib. Mektebgushesi.az xəbər verir ki, bu barədə məktəbin direktoru Laçın Hüseynli sosial şəbəkə hesabında məlumat yayıb. O bildirilib ki, 195 saylı tam orta məktəbdə qızılcaya yoluxan bir şagird dünyasını dəyişib: “Artıq bir övladımızı qızılca xəstəliyinə görə itirdik. Çox təəssüf. Allah valideynlərinə səbir versin. Ölkədə tibb sahəsində kadr çatışmamazlığı varmı? […]

300 min manat pul alaraq dələduzluq edən sabiq məktəb direktorunun məhkəməsi keçirilib

Bakıda vətəndaşa qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Abşeron rayonunda sabiq məktəb direktoru Samirə Əkbərovanın cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib. “Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahid Esmira Mustafayeva ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxs onun bacısının qızıdır: “Zərərçəkmişi çoxdan tanıyıram. Samirə mənim bacım […]

Elm və təhsil naziri İctimai Şuranın üzvləri ilə görüşüb

  Noyabrın 29-da elm və təhsil naziri Emin Əmrullayev nazirlik yanında İctimai Şuranın hazırkı tərkibdə fəaliyyətinin başa çatması ilə əlaqədar şura üzvləri ilə görüşüb. Mektebgushesi.az xəbər verir ki, nazirlik tərəfindən aparılan genişmiqyaslı islahatlar prosesində ictimai iştirakçılığın təmin olunmasına xüsusi önəm verildiyini qeyd edən Emin Əmrullayev bu məqsədlə İctimai Şura ilə fəal əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. Nazir […]

Rüşvətalmada təqsirləndirilən məktəb direktoru məhkəmə zalında həbs olunub

  Dövlət ittihamçısının kassasiya protesti əsasında rüşvətalmada təqsirləndirilən Kəlbəcər rayonu 3 saylı tam orta məktəbinin keçmiş direktoru Bəylər Bəylərov həbs olunub. Mektebgushesi.az  xəbər verir ki, onunla bağlı kassasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsində baxılıb. Hökmə əsasən, sabiq məktəb direktoru 1 il 6 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan […]

Emin Əmrullayev: “Elmi fəaliyyəti ölçə bilən mexanizm qurulmalıdır”

“Elm ictimaiyyətinin nə qədər yeni bilik yarada bilməsi əsas sualdır. Elmi fəaliyyətin nəticəsində yaranan məhsul nə qədər lazımdır, buna cavab tapmaq mütləqdir. Yəni əsas məsələ elmi məhsulu ortaya qoymaqdır”. Mektebgushesi.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bu gün keçirilən ümumi yığıncağında çıxışı zamanı deyib. Nazir bildirib ki, […]

AMEA-nın ümumi yığıncağı keçirilir

AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağı keçirilir. Mektebgushesi.az xəbər verir ki, iclasda Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Nigar Hacıyeva, elm və təhsil naziri Emin Əmrullayev, AMEA-nın Rəyasət Heyətinin üzvləri, dövlət və hökumət rəsmiləri, ali təhsil müəssisələrinin rektorları və digər qonaqlar iştirak edirlər. Əvvəlcə Ulu Öndər […]

Xankəndi Pedaqoji İnstitutunun kafedra müdiri: “Ermənistanda təhsil üçün şərait yaradılmırdı” – VİDEO

  “Xankəndi Pedaqoji İnstitutunda kafedra müdiri olduğum dövrdə həm Azərbaycanlı, həm də erməni tələbələrə eyni yanaşılıb. Hətta erməniəsilli tələbələr elmi dərəcə almaq üçün Bakıya göndərilib, çünki Ermənistanda onların təhsili üçün şərait yaradılmırdı”. Bunu Azərbaycan Televiziyasına (AzTV) müsahibə zamanı Xankəndi Pedaqoji İnstitutunun keçmiş müəllimi Həmdulla Aslanov deyib. 10 il ali təhsil ocağında dərs deyən müəllim bildirib ki, Xankəndidə […]

Respublika fənn olimpiadalarında iştirak etmək istəyənlərin nəzərinə

  Respublika fənn olimpiadalarında (RFO) iştirak üçün qeydiyyatdan keçmiş şagirdlər https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsinə daxil olaraq buraxılış vərəqələrini yükləyə və çap edə bilərlər. Elm və Təhsil Nazirliyindən mektebgushesi.az -a  bildirilib ki, RFO-nun rayon (şəhər) mərhələsi informatika fənni üzrə dekabrın 16-da (8-9-cu siniflər) və 17-də (10-11-ci siniflər), digər fənlər üzrə isə dekabrın 24-də əvvəlcədən müəyyənləşdirilmiş […]

Azərbaycanda 10 ali təhsil müəssisəsi akkreditasiyadan keçib

“Bu il 10 ali təhsil müəssisəsinin akkreditasiyası yekunlaşıb”. Mektebgushesi.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət təminatı üzrə Dövlət Agentliyinin sədr müavini, sədrin vəzifəsinin müvəqqəti icraçısı Kamran Rəsulov “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda deyib. Onun sözlərinə görə, 3 universitet isə hazırda qərarvermə mərhələsindədir: “Bura Bakı Mühəndislik Universiteti, ADA və Azərbaycan Tibb Universiteti daxildir. Ümumilikdə bu il üçün […]

Arzu Nağıyev: “Qarabağ Universiteti gələcəkdə perspektivli ali təhsil müəssisələri sırasında olacaq”

“Qarabağ Universiteti gələcəkdə perspektivli ali təhsil müəssisələri sırasında olacaq”. Mektebgushesi.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində qazanılmış böyük qələbədən sonra əsas məsələ işğaldan azad edilmiş ərazilərə böyük qayıdışın təmin olunmasıdır: “Məlumdur ki, “Böyük Qayıdış” dövlət proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə qayıdacaq […]

Agentliyinin direktoru: Şagird yerdəyişmələri ilə bağlı bir neçə məktəb direktoru cəzalandırılıb

  “Şagird yerdəyişmələri ilə bağlı sistem mövcuddur, monitorinq aparılır və buna uyğun addım atılır. Şagird yerdəyişməsinin kütləvi xarakter daşıyan yerlərlə bağlı ciddi addım atılır”. Mektebgushesi.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov yuxarı siniflərdə davamiyyətin aşağı olması və şagirdlərin hazırlıqla bağlı məktəbini kəndə dəyişməsinə cavab […]

Gələn ay hansı fənn müəllimlərinin sertifikasiya cəlb olunacaq?- AÇIQLAMA

“Təkrar sertifikasiyadan kəsilən 743 şəxslə əlaqəli yaradılan komissiya hər biri əlaqə saxlayıb və onlara təkliflər verilib. Həssas qrupdan olan və bizə iş üçün müraciət edən 130 nəfər təhsil müəssisələrində müxtəlif işlərlə təmin olunub”. Mektebgushesi.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov “Effektiv kommunikasiya” mövzusunda […]

Xankəndidə Qarabağ Universiteti yaradılır – SƏRƏNCAM

Xankəndi şəhərində Qarabağ Universiteti yaradılır. Mektebgushesi.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamda qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, dayanıqlı […]