Mektebgushesi

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifədən ayrılıb

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev vəzifədən ayrılıb. Mektebgushesi.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında açıqlama yayıb. “Əziz dostlar, Dəyərli təhsil işçiləri, Ölkəmizdə son onillikdə həyata keçirilən təhsil islahatlarının həyata keçirilməsi prosesində daim nazirliyimizin və siz əziz həmkarlarımın dəstəyi üzərimdə olub. Bu illər ərzində daim nazirliyimizin prinsiplərinə uyğun addım atmışam. Bütün qazandığımız […]

Elm və təhsil naziri Şəki məktəblərində olub – FOTO

Noyabrın 27-də elm və təhsil naziri Emin Əmrullayev şimal-qərb bölgəsinə səfəri çərçivəsində Şəki rayonunun bir sıra məktəblərində olub.  Mektebgushesi.az xəbər verir ki, Şəki şəhəri 11 nömrəli və Baltalı kənd tam orta məktəblərinin şagird-müəllim kollektivi ilə görüşən elm və təhsil naziri tədris prosesini izləyib, məktəbdə yaradılmış şəraitlə tanış olub. Valideynlərlə də görüşən nazir onların təkliflərini dinləyib.

BŞTİ: “Bakıda qızılcaya görə heç bir məktəb bağlanmayıb”

Qızılca ilə bağlı Bakı məktəblərindən heç biri bağlanmayıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhər Təhsil İdarəsindən (BŞTİ) bildirilib. Qeyd olunub ki, ümumi təhsil müəssisələrində qızılca xəstəliyinin kütləvi yayılması ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) məlumat daxil olmayıb: “Tək-tək belə halların müşahidə olunması ilə bağlı məlumat daxil olduğu halda ümumi təhsil müəssisələrində müvafiq […]

Emin Əmrullayev dekabr ayının 22-si vətəndaş qəbulu həyata keçirəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2023-cü ilin dekabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb. Mektebgushesi.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dekabr ayının 22-si vətəndaş qəbulu həyata keçirəcək. Müəyyən edilmiş görüş Ağdamda (Quzanlı qəsəbəsi) həyata keçiriləcək. Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Tərtər, Xocalı, Xocavənd, Şuşa rayonalarını da əhatə edəcək. Qeyd edək […]

TƏBİB uşaqlara tibbi xidmət göstərən poliklinikalara peyvəndlə bağlı göstəriş verdi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan və uşaqlara tibbi xidmət göstərən 48 tibb müəssisəsində vaksinlərin düzgün qaydada saxlanılması üçün yeni avadanlıqlar alınaraq “soyuq zəncir” sistemi tam qurulub. Bu barədə Mektebgushesi.az-a TƏBİB-dən bildirilib. Qeyd olunub ki, bu avadanlıqlarla işləmək üçün mütəxəssislər də xüsusi təlimlərə cəlb olunub. […]

“Kəndli oğlanlar”ın böyük uğuru – FOTO

  Panamada Dünya Robot Olimpiadası keçirilib. Yarışda beş qitədən 84 ölkənin 450 komandası iştirak edib. Azərbaycandan isə bu yarışa səkkiz komanda qatılıb. Yarışa Gənclər və İdman Nazirliyinin dəstəyi ilə qatılan Zaqatala və Balakən məktəblilərindən ibarət komandamız olimpiadada ikinci yeri qazanıb. “Village Boys” (“Kəndli oğlanlar”) komandası bu uğuru “Future İnnovators-Junior” kateqoriyası üzrə əldə edib. “Village Boys” komandasının üzvləri – […]

Bakıda şagirdin məktəbdə xəsarət alması ilə bağlı – RƏSMİ AÇIQLAMA

  Paytaxtın Sabunçu rayonunda 90 saylı tam orta məktəb şagirdinin göz nahiyəsindən xəsarət alması ilə bağlı polisə daxil olan məlumat araşdırılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, araşdırmalarla şagirdin göz nahiyəsində xəsarət faktında qəsd müəyyən olunmayıb. Müəyyən edilib ki, hadisə məktəbin akt zalında digər şagirdin ona dəyməsi nəticəsində baş verib. Bütün sorğular və […]

Dünyada ən çox universitet hansı ölkələrdədir?

2023-cü ilin oktyabr ayına olan məlumata əsasən, dünyada ən çox universitet Hindistandadır. təxminən 5350 universitet var. İndoneziya təxminən 3300 ali məktəb sayı ilə dünyada ikicidir. Daha sonra siyahıda təxminən 3200 universitetlə ABŞ gəlir. 1. Hindistan 5349 2. İndoneziya 3300 3. ABŞ 3200 4. Çin 2945 5. Braziliya 1264 6. Meksika 1139 7. Rusiya 1010 8. […]

Şagirdlərin sağlamlığına ziyan vuran ağır çantalar: Problem necə həll olunmalıdır? – VİDEO

  Məktəbli çantalarının ağırlığı ilə bağlı müzakirələr yeni deyil. Hər il aktual mövzu kimi gündəmə gətirilsə də, dəyişən tək şey uşaqların çiynindəki yükdür. İbtidai sinif şagirdlərinin gün ərzində 4-5 dərsi olur. Birinci sinif üçün beş kitab var, onların ümumilikdə çəkisi təxminən iki kiloqramdan çoxdur. İş dəftərlərilə birlikdə 4-5 kiloqrama yaxındır. Əlavə qələm və digər məktəb ləvazimatları […]

Bu gün peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi (qanunvericilik üzrә) keçirəcək. DİM-dən verilən məlumata görə, imtahana qeydiyyat Mərkəzin internet səhifəsi vasitəsilə aparılıb və imtahanda iştirak etmək üçün 1 616 nəfər müraciət edib. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq. Saat 10:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmırlar. Namizəd imtahan […]

Bu gün Kəlbəcər Şəhəri Günüdür

  Bu gün – noyabrın 25-i Kəlbəcər Şəhəri Günüdür. Mektebgushesi.az xəbər verir ki, Azərbaycanda Kəlbəcər Şəhəri Günü ilk dəfədir qeyd olunur. Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 25-də Kəlbəcər Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək. Bu gün Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən üç il ötür. Kəlbəcərin […]

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edib – FOTO

Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 24-də Naxçıvan şəhərində vətəndaşları qəbul edib. Qəbulda Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur sakinləri iştirak ediblər. Nazirlikdən mektebgushesi.az-a verilən məlumata görə, qəbulda vətəndaşlar əsasən işə qəbul, ümumi təhsil, tələbələrin köçürülməsi və digər məsələlərlə bağlı müraciətlər ediblər. Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, hər […]

Təhsil Menecmenti Zirvəsi öz işini yekunlaşdırdı – FOTO

“Roof Academic Training” və “Facemark” şirkətlərinin birgə təşkilatçılığı, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi, “Başkent” restoranlar şəbəkəsinin dəstəyilə keçirilən Təhsil Menecmenti Zirvəsi uğurla yekunlaşıb. Tədbirdə “Gələcək İndi” konsept mesajı ilə “Təhsildə strateji idarəetmə”, “Təhsildə rəqəmsallaşma və innovasiyalar” və  “Yeni nəsil, yeni istəklər” panelləri üzrə 3 moderator, 15 spiker bir araya gələrək […]

Magistratura səviyyəsinə qəbul imtahanında yenilik

Dövlət İmtahan Mərkəzi magistraturaya hazırlaşan bakalavrlara müraciət edib 2024-cü ildə magistraturaya qəbul imtahanında əvvəlki illərdə olduğu kimi, bakalavrlara qapalı və açıq tipli olmaqla məntiqi təfəkkürün yoxlanılması üzrə 50, informatika üzrə 25 test tapşırığı təqdim olunacaq. 21 sentyabr 2023-cü il tarixində paylaşılan məlumatda da qeyd edildiyi kimi, növbəti ildən etibarən magistraturaya qəbul imtahanında iştirak etmək istəyən bakalavrlar xarici […]

DİM-də növbəti GRE imtahanı keçiriləcək

  Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service) kompüter əsaslı növbəti “GRE: General Test” imtahanı noyabrın 25-də Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, Ə. Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq. DİM-dən  bildirilib ki, imtahan verəcək şəxslər saat 08:15-dən gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar. İmtahan saat […]