Mektebgushesi

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində yeni təyinat olub 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində yeni kadr təyinatı olub. Mektebgushesi.az -ın n məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb. Müvafiq əmrlə İlahə Rəsulova Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri təyin olunub.

Müəllimlərin sertifikasiyasını, direktorların və müəllimlərin işə qəbulunu Dövlət Agentliyi həyata keçirəcək – RƏSMİ

  Bağça və ümumtəhsil məktəblərinə inzibati və pedaqoji heyətin – direktorların və müəllimlərin qəbulu və yerdəyişməsi, o cümlədən müəllimlərin sertifikasiyasını Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi həyata keçirəcək. Bu barədə  agentliyin direktoru Eşqi Bağırov məlumat verib. O bildirib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi müvafiq sahələrdə Elm […]

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturu təsdiqlənib

  Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturu təsdiqlənib. Bu barədə AZƏRTAC-a müsahibəsində agentliyin direktoru Eşqi Bağırov məlumat verib. “Elm və təhsil nazirinin əmri ilə struktur artıq təsdiq edilib və tam fəaliyyətə başladığımızı deyə bilərik. Müvafiq sahələrdə işlərin funksional istiqamətdə qurulması və təkmilləşdirilməsi aparılır ki, bunlar da yaxın zamanda tamamlanacaq”, […]

Sertifikasiyadan keçmiş müəllimlərə elektron sertifikat veriləcək

Sertifikatlaşdırmadan keçmiş təhsilverənlərə “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq elektron sənəd formasında yaradılan sertifikat veriləcək. Mektebgushesi.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nda etdiyi dəyişiklikdə əksini tapıb. Sertifikat sertifikatlaşdırmanın nəticələri […]

Universitetlər paytaxtdan köçürülür? – VİDEO

  Paytaxtda yerləşən 30 yaxın ali məktəbin bölgələrə köçürülməsi labüddür. Əks halda tıxac yuvasına dönən bakıda vəziyyət daha da qəlizləşəcək. Mektebgushesi.az Xəzər TV-yə istinadən xəbər verir ki, bu təkliflə təhsil eksperti Kamran Əsədov çıxış edib. Ekspert deyir ki, hazırda ölkədə 44 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Onların yarısından çoxu paytaxt Bakıdadır. Təkcə Bakıda 120 minə […]

Nazir: Elm sahəsində genişmiqyaslı islahatlar keçiriləcək

  “Azərbaycan Prezidentinin müvafiq fərmanına uyğun olaraq elm sahəsində genişmiqyaslı islahatlar həyata keçiriləcək”. APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında büdcə zərfinin ikinci oxunuşda müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib. Nazir deyib ki, deputatlar çıxışında elmin maliyyələşdirilməsində yeni modelin tətbiq edilməsini təklif edib: “Bununla bağlı əməkhaqqı üzrə fərqləndirmələrin tətbiq edilməsi […]

35 illik “tənəffüs” bitir: Xankəndi müəlliminə artıq zəng gəlib – MÜSAHİBƏ + FOTO

  Ermənilərin azərbaycanlılara qarşı etdiyi vəhşiliklər təkcə tarixin səhifələrində deyil, illərlə baxımsız, kimsəsiz qalan mədəni-maarif ocaqlarının divarlarında da həkk olunub. Bunlardan biri də 1988-ci il hadisələri başlayanda erməni müəllim, professor və tələbə heyətinin azərbaycanlı təhsil işçiləri, məktəbli və tələbələrinə qarşı işgəncəsinə, vandalizminə şahid olan Xankəndi Pedaqoji İnstitutudur. Arayış: Xankəndi Pedaqoji İnstitutu 1969-cu ildə Azərbaycan SSR-in […]

Direktor müavinlərinin işə qəbulu üzrə test imtahanı başa çatıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə direktor müavinlərinin işə qəbulu üzrə test imtahanı başa çatıb. Mektebgushesi.az xəbər verir ki, üç gün ərzində keçirilən təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, təsərrüfat işləri üzrə direktor müavini/təsərrüfat müdiri vəzifələrinə işə qəbul üzrə test imtahanlarında iştirak etmək üçün 2 506 namizəd dəvət edilib. […]

Ümumi təhsil müəssisələrində payız tətili başa çatıb

  Ümumi təhsil müəssisələrində beşgünlük payız tətili yekunlaşıb. Bu barədə Mektebgushesi.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Payız tətili ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil olunub. Xatırladaq ki, payız tətili “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib.

Azərbaycanda repetitor xidməti göstərən müəllimlər cərimələnir? – FOTO

Azərbaycanda polisin repetitor xidməti göstərən müəllimi 3000 manat cərimələdiyi iddia olunur. Panarama.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdən birində paylaşım edilib. Bildirilib ki, cərimələnməyə səbəb vətəndaşın VÖEN-i olmadan repetitor xidməti göstərməsi olub. Maraqlısı budur ki, ölkədə yüzlərlə repetitor var və onların bugünədək vergiyə cəlb edilməsi ilə bağlı ciddi addımlar atılmayıb.   Nəzərinizə […]

Agentlik: 2024-cü ildə ibtidai sinif müəllimliyi ixtisası üzrə proqram akkreditasiyası həyata keçiriləcək

  Təhsildə Keyfiyyət Təminatı Agentliyinin yarandığı ilk günlərdən Elm və Təhsil Nazirliyi tərəfindən qarşımıza qoyulan ən vacib tapşırıqlardan biri ümumi təhsildə keyfiyyət üzrə monitorinq və qiymətləndirmə aparılması, ümumi təhsildə keyfiyyət əsaslı dəyişikliklərə töhfə verilməsi olub. Mektebgushesi.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədr müavini, sədrin səlahiyyətlərini müvəqqəti icra edən Kamran Rəsulov “Ümumi […]

BSU-nun sabiq şöbə müdirinə hökm oxundu

  Bakı Slavyan Universitetinin (BSU) Əlavə və Qiyabi Təhsil Şöbəsinin sabiq müdiri Dürdanə Əliyevaya hökm oxunub. Mektebgushesi.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub. Hökmə əsasən, BSU-nun sabiq şöbə müdirinə altı il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, ötən prosesdə prokuror D.Əliyevanın səkkiz […]

Bu gün Ağdam Şəhəri Günüdür

Bu gün – noyabrın 20-si Ağdam Şəhəri Günüdür. Mektebgushesi.az xəbər verir ki, Azərbaycanda Ağdam Şəhəri Günü ilk dəfədir qeyd olunur. Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək. Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə […]

Məktəblərdə beşgünlük payız tətilinin son günüdür

  Noyabrın 20-si ümumi təhsil müəssisələrində beşgünlük payız tətilinin son günüdür. Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az-a bildirilib ki, payız tətili ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir. Xatırladaq ki, payız tətili “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən […]

Ali Attestasiya Komissiyası plagiatlığa görə 26 nəfərə elmi dərəcə verilməsindən imtina edib

  Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası plagiatlığa görə 26 nəfərə elmi dərəcə verilməsindən imtina edib. Mektebgushesi.az xəbər verir ki, bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Komissiyadan məlumat verilib. Belə ki, cari ilin əvvəlindən indiyədək elmi işlərdə müəllifinə və mənbəyinə istinad edilmədən digər müəlliflərin materiallarından istifadə edildiyinin aşkar olunması səbəbindən 26 nəfərə elmi dərəcələrin […]