Mektebgushesi

Nazir məktəblərdə məişət zorakılığı ilə bağlı ayrıca fənnin tədrisini doğru saymır

Elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə məişət zorakılığı ilə bağlı ayrıca fənnin tədrisini doğru saymır. Mektebgushesi.az xəbər verir ki, o, bunu dekabrın 6-da Bakıda keçirilən “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib. Nazir bildirib ki, məişət zorakılığının qarşısının alınması üçün qabaqlayıcı tədbirlər olduqca vacibdir: “Ancaq bunun məktəbdə ayrıca fənn […]

Bakıda sığınacaqda uşaqlar kütləvi qızılcaya yoluxub

Azərbaycan Uşaqları İctimai Birliyinin Bakıda yerləşən sığınıcağında qalan 40 uşaq qızılcaya yoluxub. Bunu mətbuata  açıqlamasında təşkilatın sədri Kəmalə Ağazadə deyib. O qeyd edib ki, həmin uşaqlardan 20-si xəstəxanaya yerləşdirilib.

Bağça müəllimlərinin işə qəbulu üzrə imtahan nəticələri açıqlanıb

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib. Bu barədə Mektebgushesi.az -a Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib. Xatırladaq ki, noyabrın 16-da tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı keçirilib.

Direktor: Məktəb-liseyidə 11 nəfərin qızılcaya yoluxması barədə məlumatlar doğru deyil

  A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyi bir sinifdə 10 şagird və bir müəllim qızılcaya yoluxması barədə yayılan xəbərlərə münasibət bildirib. Liseydən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar doğru deyil: “Bir sinifdə 10 şagirdin qızılcaya yoluxması haqqında məlumat həqiqətə uyğun deyil. Ümumiyyətlə, məktəb üzrə indiyədək doqquz şagird və bir müəllimin qızılcaya yoluxması (müxtəlif vaxtlarda və […]

TKTA: Xaricdə təhsil alan 73 nəfərin diplomu tanınmayıb

  Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı noyabr ayı üzrə 360 müraciətçinin 287-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 73 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə Mektebgushesi.az -a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) məlumat verilib. Bildirilib ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə […]

Elm və təhsil nazirindən yüksək vəzifəyə təyinat

  Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Tural Əhmədov Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri təyin olunub. Bu barədə  Mektebgushesi.az -a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib. Bildirilib ki, Tural Əhmədov bundan öncə Elm və Təhsil Nazirliyində Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri kimi fəaliyyət göstərib.

Nazir: Pandemiya təhlükəsi görmürük ayrı-ayrı məktəblərdə müəyyən problemlər var

Qızılca ilə əlaqədar artıq məktəblərdə şagirdlərin temperaturu ölçülür. Mektebgushesi.az xəbər verir ki bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Nazir deyib ki, hazırki rəqəmlər iki şeyi deyir: “Birincisi, pandemiya təhlükəsi görmürük. Sadəcə ayrı-ayrı məktəblərdə müəyyən problemlər var. İkincisi, valideyinlər tərəfindən uşaqlar peyvəndə cəlb olunarsa, belə problemlərin də həcmi az olar”. Məktəblərin qızılcaya görə […]

SAF 2023 həyəcanı başlayır – VİDEO

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən SAF 2023 – Beynəlxalq STEAM Azərbaycan Festivalı başlayır.  Mektebgushesi.az xəbər verir ki, beynəlxalq səviyyədə təşkil olunan SAF 2023 “Robokids”, “Engineers of Future” – “Gələcəyin mühəndisləri”, “First LEGO League Explore”, “VidX”, “First LEGO League Challenge”, “VEX Robotix Competition” – “VEX Robototexnika müsabiqəsi”, “Innovativ Exhibition” – “İnnovativ […]

Elm və təhsil naziri: Yeni tədris planında STEAM elementləri texnologiya fənninə əlavə olunacaq

  SAF 2023 – Beynəlxalq STEAM Azərbaycan Festivalı Azərbaycanın bütün bölgələrini əhatə edir. Həmçinin festivala xarici ölkələrdən iştirakçılar qatılıb. Mektebgushesi.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev SAF 2023 – Beynəlxalq STEAM Azərbaycan Festivalının açılış mərasimində söyləyib. O bildirib ki, Elm və Təhsil Nazirliyi dörd il ərzində yüz mindən artıq şagirdi festivala cəlb […]

DİM xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirir

Dekabrın 3-də Dövlət İmtahan Mərkəzi (DİM) xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirir. İmtahan DİM-in Nəsimi rayonu, Ə. Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında (metronun “8 Noyabr” stansiyasının yanı) təşkil ediləcək. İştirakçılar imtahana şəxsiyyəti təsdiq edən sənədin əsli ilə birlikdə gəlməlidirlər. DİM-dən Mektebgushesi.az-a bildirilib ki, imtahanda iştirakçılara 30 test tapşırığı […]

Qarabağ Universiteti niyə vacib idi? – Xankəndiyə bütün qapıları açacaq

Məlum olduğu kimi, noyabrın 28-də Prezident İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması ilə bağlı sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılır. […]

Elm və Təhsil Nazirliyinin aparatının saxlanması xərcləri 15 milyon manat azaldılacaq

“Ali Təhsil və Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliklərinə vəsait yönəldiləcək”. Mektebgushesi.az xəbər verir ki, bunu Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Maliyyə naziri Samir Şərifov bildirib. “Bu xərclər Elm və Təhsil Nazirliyinin aparatının saxlanması xərclərinin 15 milyon manat azaldılması hesabına ayrılacaq. Aparatın xərcləri azaldılacaq və nazirliyin tabeliyində olan agentliyə bu vəsait yönəldiləcək. […]

Bu məktəbin ibtidai sinifləri distant tədrisə keçib

Paytaxtdakı 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində distant tədris tətbiq olunub. Şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində dərslər 14 gün müddətinə distant formada keçiriləcək. Qeyd edək ki, anoloji vəziyyət başqa heç bir məktəbdə müşahidə edilmir. Bakı Şəhəri üzrə […]

DİM xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirəcək

  Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 3-də xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçirəcək. Bu barədə  DİM-dən məlumat verilib. Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm […]

Nazir gələn il sertifikasiyadan keçirilməsi nəzərdə tutulan müəllimlərdən danışıb

“Gələn il 31 min müəllimin sertifikasiyadan keçirilməsi nəzərdə tutulur”. Mektebgushesi.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirdiyi brifinqdə deyib. Nazir bildirib ki, riyaziyyat, Azərbaycan dili (dövlət dili kimi), ingilis dili, rus dili (Azərbaycan bölməsi), rus dili və ədəbiyyat (Rus bölməsi), alman dili, fransız dili fənləri üzrə müəllimlər imtahana cəlb […]