Mektebgushesi

Magistraturaya qəbul imtahanında iştirak edəcək bakalavrların nəzərinə!

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər Məlum olduğu kimi, Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (II cəhd) 28 aprel 2024-cü il tarixində keçiriləcək. Bakalavrlar “İmtahana buraxılış vərəqəsi”ni çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=145 linkinə daxil olmalıdırlar. Qeyd edək ki, bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və […]

Alimlər: Yeni virus pandemiyaya səbəb ola bilər

  Qrip virusu yeni pandemiyaya səbəb ola bilər. Bu barədə beynəlxalq araşdırmaya istinadən məlumat yayılıb. Sorğuda dünyanın müxtəlif ölkələrindən 187 alim iştirak edib. Onların 57 faizi qrip virusunun başqa bir ştammına görə yeni pandemiyanın baş verəcəyini qeyd edib. Respondentlərin daha 21 faizi “Virus X”in bütün dünya üçün təhlükəyə çevriləcəyinə əmindir. Bundan əlavə, sorğuda iştirak edən […]

“Yüksəliş”in “Ümumi biliklər imtahanı” keçirilib

“Yüksəliş” müsabiqəsi iştirakçılarının gözlədiyi onlayn mərhələnin “Ümumi biliklər imtahanı” start götürüb. Mektebgushesi.az xəbər verir ki, imtahan hər blok üzrə 25 sual olmaqla “Azərbaycan bloku”, “Dünya bloku”, “İdarəetmənin əsasları”, “Müasir trendlər” üzrə aparılıb. İştirakçıların onlayn formada qatıldıqları imtahanda 9 784 nəfər namizəd iştirak edib. Qeyd edək ki, bu sayda iştirakçının eyni anda vahid sistemə daxil olaraq imtahandan […]

Tanınmış riyaziyyatçı alim dünyasını dəyişib

  Görkəmli riyaziyyatçı alim, ETN Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” şöbəsinin müdiri, fizika riyaziyyat elmləri doktoru, professor Əkbər Əliyev dünyasını dəyişib. Mektebgushesi.az xəbər verir ki,, o, bu gün vəfat edib. Ə.Əliyev 170-dən çox elmi əsərin, 2 dərs vəsaitinin müəllifidir. 10-dan çox fəlsəfə doktoruna rəhbərlik edib. Allah rəhmət eləsin!

Bu gün 46 mindən çox şagird imtahan verəcək

Aprelin 21-də Dövlət İmtahan Mərkəzi (DİM) Bakı şəhərinin Xəzər, (II zona), Nizami və Pirallahı rayonlarında, Naxçıvan Muxtar Respublikasında, Sumqayıtda (II zona), Naftalan, Abşeron (II zona), Göygöl, Goranboy, Şəmkir (II zona), Gədəbəy, Qax, Balakən, Zaqatala, Cəlilabad (II zona), Masallı (II zona), Lerik, Bərdə, Tərtər, Yevlax, Göyçay, Ağdaş, Qobustan, Saatlı, Salyan, Xaçmaz (II zona) və Quba (II […]

IX siniflərin buraxılış imtahanında 6 şagird maksimal bal toplayıb – SİYAHI

Martın 17-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında 6 şagird maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. “Azərbaycan müəllimi” sözügedən şagirdlərin siyahısını təqdim edir: 1. Tağıyev Hüseyn Vüqar oğlu, Bakı şəhəri, Bakı Türk liseyi, Türkiyə Dəyanət Vəqfi 2. Əliyev Emil Ceyhun oğlu, Gəncə şəhəri, Şəhər fizika-riyaziyyat və informatika təmayüllü […]

IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib

Aprelin 20-də IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib. Bakı Dövlət Universitetində (BDU) və Naxçıvan şəhərində STEAM Təlim-Tədris Mərkəzində keçirilən müsabiqədə olimpiadanın respublika turunu keçən 100-ə yaxın şagird iştirak edib. Bu barədə Mektebgushesi.az-a BDU-dan məlumat verib. Olimpiadanın təşkilatçıları BDU, Təhsil İnstitutu, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Həvəskar Astronomiya Cəmiyyəti” İctimai […]

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi

  Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi. Mektebgushesi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında” Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Texniki Universiteti Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Texniki Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edilib və […]

Dövlət qulluğu test imtahanına qeydiyyat davam edir

  İmtahanda iştirak etmək istəyən dövlət qulluqçuları DİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilib) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi” xidməti vasitəsilə qeydiyyatdan […]

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

Aprelin 18-də Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsinin fəaliyyəti ilə bağlı tədbir keçirilib. Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, millət vəkilləri, həmçinin media qurumlarının rəhbər heyəti və digər qonaqlar iştirak ediblər. Giriş nitqi ilə çıxış edən elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev layihə barədə məlumat verib. Bildirilib ki, “Məktəblinin dostu” layihəsi 2016-cı […]

Azərbaycanda bağçaların sayının artırılmasına dair yeni mexanizmlər hazırlanıb

Bağçaların sayının artırılması üçün özəl sektorla əməkdaşlığa dair mexanizmlər hazırlanıb. Mektebgushesi.az xəbər verir ki,bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. Onun sözlərinə görə, məktəbəqədər təhsildə əhatəliliyin artırılması üçün özəl sektorla əməkdaşlıq ediləcək: “Artıq bununla bağlı mexanizmlər hazırlanıb və növbəti həftələrdə ictimaiyyətə geniş məlumat veriləcək”.

Emin Əmrullayev: “Uşaq və azyaşlılarla iş görən komissiyaların fəaliyyətinin keyfiyyətini artırmaq lazımdır”

Məktəblərdə hadisə qurbanı və mahiyyəti kənarda qalıb emosional davranış əsas götürülürsə bu, yaxşı deyil. Mektebgushesi.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair keçirilən tədbirdə çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, hər il məktəblərdə xoşagəlməz hadisə baş verir: “Belə hallar bu gün də var, sonra da olacaq. Bütün dünyada […]

Eşqi Bağırov: 345 məktəbdə yoxlama aparılıb, 55 nəfər işdən çıxarılıb

  Bu ilin üç ayında 345 məktəbdə yoxlama aparılıb, 55 nəfər işdən çıxarılıb. Mektebgushesi.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. Onun sözlərinə görə, həmin müddətdə 89 nəfərə xəbərdarlıq, töhmət və şiddətli töhmət verilib.

Naxçıvanda ilk dəfə sertifikasiya imtahanı keçiriləcək

  Bu ilin iyun ayında Naxçıvan Muxtar Respublikasında da ilk dəfə təhsilverənlərin sertifikatlaşdırma imtahanı keçiriləcək. Mektebgushesi.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. Onun sözlərinə görə, dəqiq tarix məlum olmasa da, Bakıda baş tutacaq imtahanla bir-iki gün fərqi ilə də olsa, baş […]

Müəllimlərin sertifikatlaşdırılmasının vaxtı açıqlanıb

Bu il üçün təhsilverənlərin sertifikatlaşdırılmasının vaxtı açıqlanıb. Mektebgushesi.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirdiyi mətbuat konfransında məlumat verib. O bildirib ki, sertifikatlaşdırma iyun ayında keçiriləcək. “Bu il sertifikatlaşdırmaya 31 035 müəllim cəlb olunacaq”, – E.Bağırov deyib.