Mektebgushesi

Ağdamda yeni məktəbin təməli qoyuldu – FOTO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər. Bu barədə Mektebgushesi.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər.

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) paytaxtdakı ümumi təhsil müəssisələrində apardığı monitorinqlər nəticəsində məktəb idarəetməsi, təlim-tərbiyə işinin təşkili, tədris-pedaqoji və təsərrüfat fəaliyyəti istiqamətində nöqsanlar aşkar olunmuş təhsil müəssisələri ilə bağlı müvafiq qərarlar verilib. BŞTİ-dən bildirilib ki, MÜTDA-nın əmri ilə Bakı şəhəri 39, 153 və 182 nömrəli tam […]

Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb

Aprelin 24-də Qırğız Respublikasının Prezidenti Sadır Japarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Qırğız Respublikasının təhsil və elm naziri Doqdurkul Kendirbayeva ilə görüşüb. Nazirlikdən Mektebgushesi.az-a verilən məlumata görə, görüş zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında təhsil və elm sahəsində əməkdaşlıq haqqında Saziş”dən irəli gələn […]

Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan–Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Mərasim zamanı Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev və Qırğız Respublikasının təhsil və elm naziri Doqdurkul Kendirbayeva “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında təhsil və elm sahəsində əməkdaşlıq haqqında Saziş”i […]

Bakıda 153 nömrəli tam orta məktəbdə baş verən yanğınla bağlı RƏSMİ AÇIQLAMA

153 nömrəli tam orta məktəbin kitabxanasının elektrik yuvasında qısaqapanma səbəbindən tüstülənmə baş verib. Mektebgushesi.az  bildirir ki, bu barədə Oxu.Az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, məktəbin işçiləri tərəfindən operativ şəkildə ilkin qabaqlayıcı tədbirlər görülüb: “Şagirdlər təxliyə olunub, xəsarət alan yoxdur. Hadisə ilə əlaqədar aidiyyəti qurumlara məlumat verilib. Müvafiq mütəxəssislər tərəfindən məktəbə […]

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahan (ikinci cəhd) keçirəcək. Qəbul imtahanı mərkəzləşdirilmiş qaydada bir mərhələdə keçirilir və imtahanda bakalavrların məntiqi təfəkkürü, informatika və xarici dil üzrə bilikləri yoxlanılır. Dövlət İmtahan Mərkəzindən  bildirilib ki, 2024-cü ildən etibarən magistraturaya qəbul imtahanında iştirak etmək istəyən bakalavrlar xarici dil imtahanında çoxpilləli təhsil […]

Müəllimlərin istənilən rayona mümkün yerdəyişmələri barədə RƏSMİ CAVAB

İş yerini dəyişdirmək istəyən müəllimlər üçün növbəti vakansiya seçimi başladı. Bakı, Sumqayıt və Abşerona yerdəyişmə mümkün olmayacaq. Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə bu gün saat 11:00-da start verilib. Proseslə bağlı “Xəzər Xəbər”ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Qeyd edilib ki, yerdəyişmə prosesində son işlədiyi təhsil müəssisəsində üç […]

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan verəcəklər

  Mayın 4-də xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçiriləcək. Dövlət İmtahan Mərkəzindən Mektebgushesi.az -a bildirilib ki, saat 10:00-da başlanacaq imtahan kompüterlər vasitəsilə keçiriləcək. İştirakçılar imtahanın başlanma vaxtına ən az bir saat qalmış şəxsiyyəti təsdiq edən sənədin əsli ilə birlikdə imtahan binasının önündə olmalıdırlar. İmtahanda iştirakçılara 30 test tapşırığı […]

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi başladı

  Bu gündən dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir. Bu barədə Mektebgushesi.az-a İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, müsabiqə üzrə vakansiya seçimi 29 aprel saat 11:00-dək davam edəcək. Qeyd edək ki, müəllimlər qeyd olunan tarixədək vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər.

23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

  Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. Bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş konfransında qəbul edilib. 1996-cı ildən etibarən isə bu əlamətdar gün bütün dünyada qeyd olunur. Mektebgushesi.az xəbər verir ki, Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün qeyd olunmasında məqsəd kitabların geniş əhatə dairəsini – keçmiş və gələcək, nəsillər və mədəniyyətlər arasında […]

Məktəblilərimiz Avropada 10 medal qazandılar – FOTO

16–21 aprel tarixlərində Bolqarıstanın Şumen şəhərində informatika fənni üzrə keçirilən beynəlxalq turnirdə şagirdlərimiz uğurla çıxış ediblər. Bu barədə Mektebgushesi.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Belə ki, onlar 5 gümüş və 5 bürünc olmaqla ümumilikdə 10 medal qazanıblar.  

Şagirdlər daha ev tapşırığı etməyəcəklər? – VİDEO

Əksər valideynlər, elə şagirdlər də ev tapşırıqlarının çoxluğundan şikayət edirlər. Deyirlər ki, həm məktəbdə dərs oxumaq, həm də evə qayıtdıqdan sonra uzun müddət ev tapşırıqlarını etmək şagirdləri yorur. Onların demək olar ki, boş vaxtları qalmır. Bəs əslində, bu necə tənzimlənməlidir? Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyindən bildirilib ki, ev tapşırıqları zamanı şagirdlərin onları hansı […]

Prioritet tətbiq olunacaq məktəblər bəlli olub – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb. İdarədən Mektebgushesi.az-a verilən məlumata görə, məktəblərə şagird qəbulu sərbəst formada və prioritetə (üstünlük hüququ) əsasən aparılacaq. Sərbəst formada şagird qəbulu aparılan məktəblərə valideynlər şəxsi kabinet vasitəsilə məktəb və müəllim seçimini birbaşa edəcəklər. Prioritet (valideyn və ya uşağın […]

İş yerinin dəyişdirən müəllimlər üçün vakansiya seçimi başlayır

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir. Bu barədə Mektebgushesi.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Agentlikdən bildirilib ki, müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə 23 aprel saat 11:00-da start veriləcək. Qeyd olunan tarixdə keçiriləcək vakansiya seçimində müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul […]

Elm və təhsil nazirliyində yeni TƏYİNAT – FOTO

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə nazirliyin Təhsilin iqtisadiyyatı şöbəsinə müdir təyin edilib. Mektebgushesi.az xəbər verir ki, bu vəzifəyə İlqar Bayramlı təyinat alıb. Qeyd edilib ki, o, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini fərqlənmə ilə bitirib. Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda iqtisadi-riyazi üsullar ixtisası üzrə aspirantura təhsili alıb. İlqar Bayramlı […]