153 nömrəli tam orta məktəbin kitabxanasının elektrik yuvasında qısaqapanma səbəbindən tüstülənmə baş verib.

Mektebgushesi.az  bildirir ki, bu barədə Oxu.Az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Bildirilib ki, məktəbin işçiləri tərəfindən operativ şəkildə ilkin qabaqlayıcı tədbirlər görülüb:

“Şagirdlər təxliyə olunub, xəsarət alan yoxdur. Hadisə ilə əlaqədar aidiyyəti qurumlara məlumat verilib. Müvafiq mütəxəssislər tərəfindən məktəbə baxış keçirilərək problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülüb”.

Bənzər yazılar