Mektebgushesi

Füzulidə uşaq bağçasının inşası üçün 2,4 hektar torpaq sahəsi ayrılıb

Prezident İlham Əliyevin oktyabrın 16-da Füzuli şəhərində təməlini qoyduğu 240 yerlik uşaq bağçasının inşası üçün 2,4 hektar torpaq sahəsi ayrılıb. Mektebgushesi.az  xəbər verir ki, bunu şəhərə təşkil olunmuş mediaturda Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidov bildirib. O qeyd edib ki, layihəyə əsasən, uşaq […]

Elm və Təhsil Nazirliyinə yeni şöbə müdiri təyinatı olub – FOTO

  Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinə yeni müdir təyin edilib. Mektebgushesi.az xəbər verir ki, bununla bağlı nazir Emin Əmrullayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov sözügedən vəzifəyə təyinat alıb.

Azərbaycanın müstəqilliyini bərpa etməsindən 32 il ötür

Bu gün Azərbaycanın müstəqilliyini bərpa etməsindən 32 il keçir. Mektebgushesi.az  xəbər verir ki, Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və […]

Tələbələrə geyim və davamiyyətlə bağlı sərbəstlik verilməlidir ! – ETİRAZ

  Son zamanlar sosial şəbəkələrdə bəzi ali təhsil müəssisələrində tələbələrin geyimləri ilə bağlı məhdudiyyətlərin tətbiq olunması ilə qarşılaşırıq. Tələbələrə universitet rəhbərliyi tərəfindən geyimləri ilə bağlı dəyişiklik etmələri tapşırılır. Bəs universitetlərdə geyim qadağası olmalıdırmı? Bu nə dərəcə də düzgündür? Mektebgushesi.az xəbər verir ki, mövzu ilə əlaqədar təhsil eksperti Məzahir Məmmədli AzEdu.az-a açıqlamasında  bildirib ki, ali təhsil […]

Müharibə veteranlarının təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək

Müharibə veteranlarının dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə onların təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Mektebgushesi.az xəbər verir ki, bu məsələ Milli Məclisin oktyabrın 17-də keçirilən plenar iclasının gündəliyinə daxil edilən “Peşə təhsili haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanun layihəsinə əsasən, dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə […]

Xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul ediləcək şəxslərlə müqavilə bağlanılacaq

Müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı ali təhsil müəssisəsinin bakalavriat səviyyəsinə qəbul ediləcək şəxslərlə daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilə bağlanılacaq. Mektebgushesi.az xəbər verir ki, bu məsələ parlamentin oktyabrın 17-də keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsi […]

14 yaşlı azərbaycanlının qətlində təqsirləndirilənlər günahlarını etiraf ediblər – FOTO

  Gürcüstanda oktyabrın 5-də 27 yaşlı Alim Sadıqov tərəfindən evlənmək məqsədilə qaçırılan 14 yaşlı azərbaycanlı Aytac Şahmarovanın qətli işi üzrə istintaq davam edir. Media.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, kişi Aytacı növbəti dəfə onun evindən qaçmağa cəhd edərkən öldürüb. Araşdırma zamanı məlum olub ki, Alim qızı valideynləri ilə razılaşaraq […]

Şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilir

  23 oktyabr saat 15:00-dan 2-11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə start veriləcək. Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək. Bu barədə Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az-a məlumat verilib. Bildirilib ki, müxtəlif səbəblərdən 10-cu  siniflərə qeydiyyat üçün gecikən şagirdlər 23 – 31 oktyabr tarixləri arasında ümumi təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər. Qeyd edək ki, 10-cu siniflərə şagirdlərin […]

Azərbaycanda məktəbəqədər təhsil xərcləri 50 milyon manata yaxın artırılır

  2024-cü il Azərbaycanda dövlət büdcəsində məktəbəqədər təhsil xərcləri artırılır. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Layihəyə əsasən, gələn il məktəbəqədər təhsil xərcləri 453 018 349 manat təşkil edəcək. Bu göstərici 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 11,9% və ya 48 182 248 manat çoxdur. Qeyd edək ki, 2023-cü ilin təsdiq edilmiş dövlət büdcəsində məktəbəqədər […]

Xadimə işlədi, ali məktəbi qırmızı diplomla bitirdi – həyat HEKAYƏSİ

O, həyatında inqilab edən xanımlardandır. 25 yaşında, 15 yaşından etibarən ara verdiyi təhsilinə davam edib. Xadimə, uşaq baxıcısı, dükanda gecə növbətçisi, evlərdə təmizlikçi işləyə-işləyə həm ailəsinə dəstək olub, həm də arzuladığı qırmızı diploma sahib olub. Müsahibimiz öz həyat hekayəsi, mübarizliyi ilə təhsil almaq istəyən, “Daha gecdir” deyən hər kəsə, xüsusilə də xanımlara örnək olan Aynurə […]

Müəllimlərin sertifikatlaşdırılması prosesi bitib, nəticələr yaxın günlərdə açıqlanacaq

Müəllimlərin sertifikatlaşdırılması prosesi bitib, nəticələr yaxın günlərdə açıqlanacaq. Bu barədə  Elm və Təhsil Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, 8 sentyabr-14 oktyabrda təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi keçirilib. Müsahibə nəticələri ilə bağlı məlumat yaxın günlərdə təhsilverənlərin şəxsi kabinetlərinə göndəriləcək. Qeyd edək ki, “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində təhsil müəssisələrinin […]

Təhsil krediti almaq üçün müraciət edənlərin statistikası açıqlanıb

  Bu günə qədər təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb. Təhsil Tələbə Krediti Fondundan  bildirilib ki, indiyədək 33 min 958 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 24 min 637 nəfərin müraciəti rəsmiləşdirilib. Müraciət edənlərin 19 min 51 nəfəri qadın, 14 min 907 nəfəri kişidir. Ümumilikdə 14 min 332 qadın, 10 […]

14 yaşlı məktəblinin öldürülməsinə görə daha iki nəfər həbs edilib

  Gürcüstanda 14 yaşlı azərbaycanlı Aytac Şahmarovanın qətlə yetirilməsi ilə əlaqədar daha 2 nəfər həbs edilib. APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) yayıb. Bildirilib ki, DİN-in Kaxeti Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində Saqareco bələdiyyəsinin Ləmbəli kəndində Aytac Şahmarovanı qətlə yetirməkdə təqsirli bilinən “əri” Alim Sadiqovun əmisi […]

Azərbaycan və Meksikanın təhsil müəssisələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib

  Oktyabrın 13-də Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Mariya Viktoriya Romero Kabalyero ilə görüşüb. Bu barədə Mektebgushesi.az -a nazirlikdən məlumat verilib. Bildirilib ki, görüş zamanı Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində ispan dilinin tədrisi imkanları, iki ölkənin ümumi təhsil müəssisələri arasında “Qardaşlaşmış məktəblər” layihəsinin həyata keçirilməsi, habelə universitetlər arasında […]

NASA Günəş sistemindəki ən bahalı asteroidə kosmik gəmi göndərir – FOTO

“Psixeya” (“Psyche”) adlı kosmik gəminin orbitə buraxılması əvvəlcə 12 oktyabr cümə axşamı günü üçün nəzərdə tutulmuşdu, lakin hava şəraiti ilə əlaqədar 13 oktyabr cümə gününə təxirə salınıb. Alimlər hesab edirlər ki, dəmir və nikeldən təşkil olunan “16-Psixeya” asteroidi bir çox başqa qiymətli metalları da ehtiva edir. Onların ümumi dəyəri 10 000 kvintilyon dollar təşkil edir. […]