Mektebgushesi

Təhsil krediti almaq üçün müraciət edənlərin statistikası açıqlanıb

  Bu günə qədər təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb. Təhsil Tələbə Krediti Fondundan  bildirilib ki, indiyədək 33 min 958 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 24 min 637 nəfərin müraciəti rəsmiləşdirilib. Müraciət edənlərin 19 min 51 nəfəri qadın, 14 min 907 nəfəri kişidir. Ümumilikdə 14 min 332 qadın, 10 […]

14 yaşlı məktəblinin öldürülməsinə görə daha iki nəfər həbs edilib

  Gürcüstanda 14 yaşlı azərbaycanlı Aytac Şahmarovanın qətlə yetirilməsi ilə əlaqədar daha 2 nəfər həbs edilib. APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) yayıb. Bildirilib ki, DİN-in Kaxeti Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində Saqareco bələdiyyəsinin Ləmbəli kəndində Aytac Şahmarovanı qətlə yetirməkdə təqsirli bilinən “əri” Alim Sadiqovun əmisi […]

Azərbaycan və Meksikanın təhsil müəssisələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib

  Oktyabrın 13-də Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Mariya Viktoriya Romero Kabalyero ilə görüşüb. Bu barədə Mektebgushesi.az -a nazirlikdən məlumat verilib. Bildirilib ki, görüş zamanı Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində ispan dilinin tədrisi imkanları, iki ölkənin ümumi təhsil müəssisələri arasında “Qardaşlaşmış məktəblər” layihəsinin həyata keçirilməsi, habelə universitetlər arasında […]

NASA Günəş sistemindəki ən bahalı asteroidə kosmik gəmi göndərir – FOTO

“Psixeya” (“Psyche”) adlı kosmik gəminin orbitə buraxılması əvvəlcə 12 oktyabr cümə axşamı günü üçün nəzərdə tutulmuşdu, lakin hava şəraiti ilə əlaqədar 13 oktyabr cümə gününə təxirə salınıb. Alimlər hesab edirlər ki, dəmir və nikeldən təşkil olunan “16-Psixeya” asteroidi bir çox başqa qiymətli metalları da ehtiva edir. Onların ümumi dəyəri 10 000 kvintilyon dollar təşkil edir. […]

XİN – ə qəbul nəticələri elan olunub

  Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 23 sentyabr 2023-cü il tarixində Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün xarici dil biliyinin “Dinləyib-anlama”, “Oxuyub-anlama”, həmçinin xarici dil və Azərbaycan dillərində analitik yazı bacarıqlarının yoxlanılması hissəsi, sentyabrın 24-də isə danışıq bloku üzrə imtahan keçirilib. Bu barədə DİM-dən Mektebgushesi.az-a məlumat verilib. İmtahan iştirakçıları nəticələr, cavab kartı […]

Elm və təhsil naziri Surinam Respublikasının təhsil, elm və mədəniyyət naziri ilə görüşüb

Oktyabrın 11-də elm və təhsil naziri Emin Əmrullayev Surinam Respublikasının təhsil, elm və mədəniyyət naziri Henri Orinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub. Qeyd edək ki, nümayəndə heyəti 10 – 15 oktyabr tarixlərində ölkəmizdə təcrübə səfərindədir. “Ümumi və peşə təhsilinə dəstək” layihəsi çərçivəsində həyata […]

Unudulmaz istiqlal şairi Əhməd Cavadın anım günüdür

  Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anım günüdür. XX əsrin otuzuncu illərinin sonunda günahsız yerə repressiya qurbanı olmuş Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Əhməd Cavadın öldürülməsindən 86 il ötsə də xalqımız öz şair oğlunu heç vaxt unutmayıb. Mektebgushesi.az xəbər verir ki, 2022-ci ildə ölkə başçısının müvafiq […]

Avropa Azərbaycan Məktəbi beynəlxalq olimpiadada növbəti uğurunu qazanıb – FOTO

Avropa Azərbaycan Məktəbi ( AAC) beynəlxalq olimpiadalarda növbəti uğurunu qazanıb. Mektebgushesi.az – ın məlumatına görə, məktəbin şagirdləri Abu-Dabidə keçirilmiş olimpiadadan rekord sayda medalla geri dönüblər. Olimpiadaya Avropa Azərbaycan Məktəbinin 23 şagirdi qatılıb. Onlar ümumilikdə 30-dan çox medal, sertifikat, eləcə də kubok qazanıblar. Məktəblilər olimpiada çərçivəsində 5 fənn üzrə müxtəlif test tapşırıqları ediblər. Onlar iştirak etdikləri […]

Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi oktyabrın 12-də başa çatacaq. Bu barədə Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib. Müsabiqədə iştirak etmək istəyən namizədlər oktyabrın 12-si saat 11:00-dək www.miq.edu.az-a daxil olaraq qeydiyyatdan keçə bilərlər. Qeyd edək ki, müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini məktəbəqədər təhsil üzrə bitirmiş şəxslər iştirak […]

Ölkəmizdə ilk dəfə “Təhsil Menecmenti Zirvəsi” keçiriləcək!

Təhsil Menecmenti Zirvəsi 23 noyabr 2023-cü il tarixində “Baku Marriott Hotel Boulevard”da “Roof Academic Training” və “Facemark” şirkətlərinin birgə təşkilatçılığı ilə keçiriləcək. Tədbirin keçirilməsində məqsəd təhsil sistemi və xidmətlərinin effektiv təşkili, kadrların idarə olunması, təhsildə informasiya texnologiyalarının tətbiqi və istifadəsi, keyfiyyətli təhsilin tədrisi , yeni dünyaya inteqrasiya istiqamətində doğru bildiyimiz yanlışları müəyyənləşdirmək, dövlət və özəl […]

Emin Əmrullayev: “Ümid edirəm ki, biz də daha çox adda təqaüd görəcəyik və təhsilə əlçatanlıq artacaq”

  “Azərbaycanda adlı tələbə təqaüdlərinin sayı azdır”. Mektebgushesi.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı-2023”ün təqdimat mərasimində deyib. Nazir nümunə olaraq bildirib ki, xaricdəki hər hansı universitetdə bir neçə yüz adda təqaüd var: “Ümid edirəm ki, biz də daha çox adda təqaüd […]

Özəl universitetlərdən qeyri-qanuni addım: Ekspert bilinməyən detalları AÇIQLADI – VİDEO

  “Birinci kursda oxuyan tələbə daha sonra fikrini dəyişib başqa universitetə transfer olmaq istəyirsə, qalan üç kursun təhsil haqqını da ödəməlidir. Bəzi özəl universitetlərdə bu şərtin də əks olunduğu müqavilə bağlanır”. Bu barədə təhsil üzrə ekspert Nadir İsrafilov məlumat verib. “Universitetlərin öz qayğıları və öz planları var. Ona görə də universitetlər əslində özünü sığortalamaq üçün […]

Məktəblinin öz sinif yoldaşına qarşı qəddarlığı Rusiya ictimaiyyətini silkələdi – VİDEO

  Rusiyada məktəblinin öz sinif yoldaşını qəddar şəkildə döyməsi ilə bağlı qorxunc kadrlar yayılıb. Video bu gün səhər valideyn çatlarının birində ortaya çıxıb. Valideynlər gördüklərindən şoka düşüb və prokurorluğa müraciət ediblər. Yerli sakinlərin dediyinə görə, bu, uşağın zorakılığa məruz qaldığı ilk hadisə deyil. Ehtimal edilir ki, ona qarşı belə münasibət bu yaxınlarda xərçəngdən dünyasını dəyişən […]

Rusiyada terror aktı törətməyə cəhd göstərən məktəbli saxlanılıb

Rusiyanın Krasnoyarsk şəhərində yerli bazarda terror aktı törətməyə hazırlaşan 16 yaşlı oğlan saxlanılıb. Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. Məktəblinin şəhərin Kirov rayonundakı bazarda təxribat törətməyi planlaşdırdığı vurğulanıb. “Onun terror fəaliyyətini həyata keçirmək üçün təlim keçməsindən şübhələnmək üçün də əsaslarımız var. O, internet vasitəsilə partlayıcı qurğuların toplanması imkanlarını fəal şəkildə araşdırıb, bunun üçün axtarış sistemlərindən […]