Mektebgushesi

Paytaxt üzrə 4 məktəbə direktor təyinatı olub

2023-2024-cü tədris ilində paytaxt üzrə 4 nəfər direktor, 7 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini və 2 nəfər uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı vəzifəsinə təyin olunub. Mektebgushesi.az xəbər verir ki, bu barədə BŞTİ-də məlumat verilib. 2023-2024-cü tədris ili üçün Bakı şəhəri üzrə məktəblərdə 1227 nəfər müəllim müddətsiz müqavilə ilə, 500 nəfər müəllim […]

Nazir: “Qarabağ Universitetinin böyük konsepti hazırlanır”

“Hazırda azad edilən ərazidə Qarabağ Universitetinin böyük konsepti hazırlanır”.  Mektebgushesi.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakıda ilk dəfə keçirilən tibb təhsili üzrə beynəlxalq konfransda çıxışı zamanı deyib. Nazir Ağdamda universitet binasının inşa ediləcəyini diqqətə çatdırıb: “İstərdik ki, orada tibb sahəsi tədris olunsun. Bu sahədə fəaliyyət istiqamətində əməkdaşlığa hazırıq”.

Tərbiyəçi-müəllim olmaq istəyənlər üçün sənəd qəbulu davam edir

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi davam edir. Sənəd qəbulu mərhələsi 12 oktyabrda başa çatacaq. Müsabiqədə iştirak etmək istəyən namizədlər 12 oktyabr saat 11:00-dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Qeyd edək ki, müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini məktəbəqədər təhsil üzrə bitirmiş şəxslər iştirak edə bilərlər.

DİM Baş Prokurorluq ilə birgə prokurorluq orqanlarında işləmək istəyən namizədlər üçün tеst imtаhаnı keçirəcək

  İmtahan oktyabrın 10-da iki növbədə DİM-in Abdulavahab Salamzadə, 28 ünvanında yerləşən binasında elektron qaydada təşkil olunacaq. Dövlət İmtahan Mərkəzi  Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə 10 oktyabr 2023-cü il tarixində prokurorluq orqanlarında işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. İmtahanda iştirak etmək üçün 329 nəfər qeydiyyatdan keçib. İmtahan kompüter vasitəsilə elektron qaydada […]

Məktəbəqədər və Ümumi Təhsil üzrə Agentliyə direktor müavinləri təyin edilib

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin edilib. Mektebgushesi.az xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmrlər imzalayıb. Belə ki, Nazirliyin Aparat rəhbərinin müavini Nərminə Hüseynova, Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva Məktəbəqədər və […]

DİM: İmtahan nəticələri yaxın 2 gündə elan olunacaq

  Oktyabrın 8-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə test imtahanı keçirilib. Mektebgushesi.az  xəbər verir ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 8 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 24 imtahan rəhbəri, 188 nəzarətçi müəllim, 30 buraxılış rejimi […]

Azərbaycan ilə Tacikistan arasında elm və təhsil sahələrində əməkdaşlıq perspektivləri müzakirə edilib

  Oktyabrın 6-da elm və təhsil naziri Emin Əmrullayev Tacikistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İlhom Abdurahmon ilə görüşüb. Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az -a bildirilib ki, görüşdə Azərbaycan və Tacikistan arasında elm və təhsil sahələrində əlaqələrin cari vəziyyəti, həmçinin gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.  

Mehriban Vəliyeva yeni yaranmış Agentliyiyə direktor müavini təyin olunub

  Məktəbəqədər və Ümumi Təhsil Agentliyinin direktor müavini vəzifəsində təyinat olub. Mektebgushesi.az-ın məlumatına görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva həmin vəzifəyə gətirilib. Qeyd edək ki, Mehriban Vəliyeva eyni zamanda, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edəcək.

Bir qrup təhsil işçisi təltif edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində çalışan bir qrup təhsil işçisi 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif edilib. Tədbirdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, BŞTİ-nin Həmkarlar İttifaqı Komitəsinin sədri, məktəb direktorları və müəllimlər iştirak ediblər. Tədbir iştirakçılarını salamlayan BŞTİ-nin müdiri Mehriban Vəliyeva cəmiyyətin aparıcı qüvvəsi olan, təhsildə əsas […]

“NEQSOL Holding” və Təhsilin İnkişafı Fondu tələbə qızlar üçün təqaüd proqramı elan edir – FOTO

Təhsilin İnkişafı Fondu və “NEQSOL Holding” arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və “NEQSOL Holding Azərbaycan” ofisinin rəhbəri İmran Əhmədzadə imzalayıb. Memorandumun məqsədi təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələr üzrə əməkdaşlığın qurulması, eləcə də tələbə qızlar üçün uzunmüddətli təqaüd proqramının təsis edilməsi və həyata keçirilməsidir. Elm və […]

Xankəndi məktəblərində dərs forması necə müəyyənləşdiriləcək? – Nazirlikdən AÇIQLAMA

  Bu gün Qarabağda yaşayan ermənilərin bir hissəsi artıq bu əraziləri tərk edir. Yevlaxda Azərbaycan nümayəndələri ilə Qarabağda yaşayan erməni nümayəndələri arasında keçirilən görüşdə də bildirildiyi kimi, Qarabağ erməniləri bu ərazilərdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında yaşaya bilərlər. Bununla yanaşı, həmçinin vaxtilə evlərindən didərgin düşmüş azərbaycanlılar 30 ildən sonra Xankəndi, Xocalı, Ağdərə, Əsgərana qayıdırlar. […]

İran hüquq müdafiəçisi Narges Mohammadi Nobel Sülh mükafatına layiq görüldü

  İran hüquq müdafiəçisi Narges Mohammadi 2023-cü il üzrə Nobel Sülh mükafatına layiq görülüb. Mektebgushesi.az  xəbər verir ki, Nobel Komitəsi oktyabrın 6-da İran hüquq müdafiəçisi Narges Mohammadinin Nobel Sülh mükafatına layiq görüldüyünü elan edib. O, “qadın əsarətinə qarşı mübarizəsinə”, eləcə də “hamı üçün insan hüquq və azadlığını təşviq etdiyinə” görə bu mükafata layiq görülüb.

UNESCO müəllimlərin vəziyyəti ilə bağlı hesabat yayıb

  UNESCO 2030-cu ilə qədər hər kəsin ibtidai və orta təhsilə cəlb edilməsi məqsədinə nail olmaq üçün hələ də 44 milyon müəllimə ehtiyac olduğunu göstərən yeni hesabat dərc edib. Təşkilat vurğulayıb ki, hazırda qlobal miqyasda əsas problem təkcə təhsilin maliyyələşməsi deyil, həm də bu peşənin cəlbedici olmamasıdır. UNESCO müəllimlərin statusunun yaxşılaşdırılması üçün üzv dövlətlərə 7 […]

Emin Əmrullayev İSESCO-nun baş direktoru ilə görüşüb

  Oktyabrın 4-də elm və təhsil naziri Emin Əmrullayev İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Mektebgushesi.az xəbər verir ki, görüş zamanı Elm və Təhsil Nazirliyi ilə İSESCO arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə edilib. Elm və təhsil naziri Emin Əmrullayev […]

Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların təsnifatında dəyişiklik edilib

“Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda dəyişiklik edilib. Mektebgushesi.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar qəbul edib. Dəyişiklikdə deyilir ki, sərhəd təhlükəsizliyi və idarəetmə (sahələr üzrə) ixtisasına aldıqları ixtisasdan asılı olmayaraq, Dövlət Sərhəd Xidmətində xidmət edən ali təhsilli zabitlər Dövlət Sərhəd Xidmətinin Akademiyasının qəbul şərtlərinə uyğun olaraq magistraturaya […]