Mektebgushesi

Gənc müəllimlərlə adaptasiya proqramına start verilir

Oktyabrın 15-dən Elm və Təhsil Nazirliyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə işə yeni qəbul olunmuş gənc müəllimlərlə adaptasiya proqramına start verilir. Adaptasiya proqramının məqsədi işə yeni başlayan müəllimlərin iş mühiti və tədris prosesinə rahat uyğunlaşdırılmasına nail olmaqdır. Proqramın müddəti 2 ay nəzərdə tutulub və 2 mərhələdən ibarət olacaq. Birinci mərhələdə “MS Teams” platforması […]

Elm və təhsil naziri İmişlidə vətəndaşları qəbul edib

Sentyabrın 29-da elm və təhsil naziri Emin Əmrullayev İmişli rayonunda vətəndaşları qəbul edib. Nazirlikdən Mektebgushesi.az -a bildirilib ki, qəbulda İmişli, Beyləqan, Saatlı, Sabirabad və Xocavənd rayonlarının sakinləri iştirak ediblər. Qəbuldan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Qəbulda vətəndaşlar, əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, iş yerinin daimiləşməsi, tələbələrin köçürülməsi, […]

Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadılıb

  “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulunun müddəti oktyabrın 10-u saat 23:59-dək uzadılıb. Bu barədə  Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı, elana dair ətraflı məlumat və qeydiyyat […]

“Düşünən şagird” müsabiqəsinə start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Düşünən şagird” müsabiqəsinə start verilib. Müsabiqə təhsilalanların mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu, yazı və təxəyyül bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycan və  dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə məlumatlılıq səviyyəsinin artırılması, istedadlı və mütaliəyə marağı olan şagirdlərin vaxtında üzə çıxarılması və onlara dəstək göstərilməsi məqsədilə keçirilir. Müsabiqədə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin Vlll-Xl […]

Gələn il ali məktəblərə qəbul imtahanının II mərhələsi üçün proqramlar açıqlanıb

Dövlət İmtahan Mərkəzi gələn il üçün ali məktəblərə qəbul proqramlarını açıqlayıb. DİM-dən verilən məlumata görə, 2024-cü ildə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün proqramlarla (Azərbaycan və rus dillərində) aşağıda qeyd olunan keçidlərdən istifadə etməklə tanış olmaq mümkündür. 1. Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün proqramlar (Azərbaycan bölməsi) 2. Ali təhsil müəssisələrinə qəbul imtahanının […]

Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib

  Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilib. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, orta ixtisas təhsili müəssisə­lərinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas se­çiminə ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı […]

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi aparılacaq

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 11-ci nömrəsini nəşr edib. DİM-dən verilən xəbərə görə, jurnalın bu nömrəsində 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul aparılan ixtisasların siyahısı, […]

2024–2025-ci tədris ili üzrə “Qlobal Koreya” təqaüd proqramı

Koreya Respublikası 2024–2025-ci tədris ili üzrə “Qlobal Koreya” təqaüd proqramını elan edir. Bakalavriat təhsil səviyyəsi üzrə elan olunan proqrama 25 yaşadək Azərbaycan vətəndaşları müraciət edə bilərlər. Proqramda iştirak üçün sənədlər 6 oktyabr 2023-cü il tarixinədək  Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim olunmalıdır. Təqaüd proqramı barədə ətraflı məlumatIa elan vasitəsilə tanış ola bilərsiniz.      

Bilal Ərdoğan Bakıda lisey və institutu ziyarət edib

Elm Yayma Vəqfi və Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyini və Azərbaycan İlahiyyat İnstitutunu ziyarət edib. Qonaq hər iki təhsil müəssisəsində şagird və tələbələr tərəfindən coşqu ilə qarşılanıb.   Türkiyənin Azərbaycandakı səfirliyindən  verilən məlumata görə, qonaq əvvəlcə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində olub. Liseyin konfrans zalında 27 Sentyabr- […]

Məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlər açıqlanıb

Paytaxt üzrə məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə uşaqların qəbulu ilə bağlı məlumat açıqlanıb. Belə ki, valideynlər övladlarının məktəbəqədər təhsil müəssisələrinə qəbul olunması üçün  qeyd olunan yaş qrupları üzrə www.bq.edu.az saytı vasitəsilə növbəyə yazıla bilərlər. Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə elektron qaydada müraciət edərkən 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Müraciətlərin sorğuya […]

Təhsil İnstitutuna yeni direktor təyin edildi 

Təhsil İnstitutuna yeni direktor təyin edilib. Mektebgushesi.az xəbər verir ki, Təhsil İnstitutunun direktoru vəzifəsi Elnur Əliyevə həvalə edilib.  Qeyd edək ki, Elnur Əliyev bu təyinata qədər Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri vəzifəsində çalışıb.

Lokal antiterror tədbirləri zamanı Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçuların sayı açıqlanıb – SİYAHI

Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunmuşdur. Lokal antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olmuşdur. Şəhid olmuş hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər […]

11 nəfər şagirdin zəhərlənməsinin səbəbi aydın olub – VİDEO

Sabirabad rayonu Axtaçı Muğan kənd orta məktəbində 11 nəfər şagird və bir nəfər müəllim olmaqla, cəmi 12 nəfər şəxsin zəhərlənməsinin təfərrüatı məlum olub. Belə ki, üçüncü sinif şagirdlərindən birinin ad gününü qeyd edən uşaqların tortdan zəhərləndikləri ehtimal edilir. Halı pisləşən 11 şagird və bir müəllim xəstəxanaya yerləşdiriliblər. Həkim İkram Allahverdiyevin sözlərinə görə, azyaşlılar bütün zəruri tədbirlər görüldükdən […]

Gündəm olan məktəbli: “Həm dərsimi edirəm, həm də qoyunlara baxıram” – VİDEO

“Qoyunların səsi gələndə dərslərimi həvəslə oxuyuram”. Bunu sosial şəbəkələrdə məşhurlaşan məktəbli, Samux sakini Arzu Qədimov Baku TV-yə açıqlaması zamanı deyib. O qeyd edib ki, heyvanlara marağı var: “Dərslərim olan zaman, həm qoyunlara qulluq edirəm, həm də kitablarımı gətirərək burada oxuyuram. Böyüyəndə polis olmaq istəyirəm”. Ətraflı süjetdə:

Anım Günü – Vətən müharibəsinin başlamasından üç il keçir

  Bu gün Vətən müharibəsinin başlamasından üç il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Üç il öncə Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Beləliklə, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə qüdrətli ordumuz torpaqlarımızın azadlığı uğrunda mübarizəyə başlayıb. Rəşadətli Azərbaycan Ordusu 30 il […]