Mektebgushesi

Nazir sertifikasiyadan keçə bilməyən müəllimlərin işlə təmin olunmasından danışıb

Təkrar sertifikasiya imtahanından keçə bilməyən şəxslərlə bağlı xüsusi komissiya gələn həftədən fəaliyyətə başlayacaq. Mektebgushesi.az  xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib. O bildirib ki, müvafiq siyahı hazırlanacaq və ilk növbədə sosial həssas qrupa aid olanların məsələsinin həllinə çalışılacaq: “Çünki həmin insanlar uzun müddət bizimlə […]

Emin Əmrullayev: “Əsas hədəfimiz mövcud problemlərin həllinə nail olmaqdır”

Təhsil yolu islahatını addım-addım həyata keçirməliyik. Problem olan yerdə islahatdan söhbət gedir. Əsas hədəfimiz də mövcud problemlərin həllinə nail olmaqdır. Mektebgushesi.az  xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev paytaxtdakı təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib. Nazir bildirib ki, təhsildə ən əhəmiyyətli dövr erkən yaş dövrüdür: “Təhsil sistemimiz sanki tərs qurulub. Qabaqcıl […]

Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilir

Paytaxtın təhsil işçilərinin sentyabr konfransı Sentyabrın 11-də Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib. Mektebgushesi.az xəbər verir ki, konfransda elm və təhsil naziri Emin Əmrullayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, millət vəkilləri, ali məktəb rektorları, nazirliyin və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, ictimaiyyət nümayəndələri, məktəb direktorları, müəllimlər və KİV nümayəndələri iştirak ediblər. […]

Mehriban Vəliyeva: Bütün tədris müəssisələri yeni tədris ilinə hazırdır

“Bütün tədris müəssisələri yeni tədris ilinə hazırdır”. Bunu jurnalistlərə Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva deyib. Onun sözlərinə görə, bu il 1 milyon 850 mindən artıq dərslik yerlərə çatdırılıb. Məktəblərdə dərsliklərlə bağlı problem yoxdur. BŞTİ müdiri qeyd edib ki, 50 məktəb və 30 bağçanın cari təmiri başa çatdırılıb: “1 məktəbdə və 5 bağçada […]

“Bahalı” müəllimlər: Repetitorlar da qiymətləri artırıblar?

Yeni tədris ili artıq başlamaq üzrədir. Tələbə adını qazanmaq istəyən şagirdlər ötən aydan repetitor yanına getməyə başlayıblar. Lakin valideynləri narahat edən nüanslar müşahidə olunur. Redaksiyamıza yeni tədris ilində repetitorların qiymətləri artırması ilə bağlı məlumatlar daxil olub. Bəs bu məlumatlar nə dərəcə doğrudur? Həqiqətən qiymətlərdə dəyişiklik varmı? Mektebgushesi.az xəbər verir ki, “Kaspi” qəzeti növbəti məqaləsində bu suallara […]

Yeni tədris ili, yoxsa yenidən tıxac problemi?

Paytaxt Bakının yol problemi bitmək bilmir. Elə ki yay mövsümü gəlir, insanlar istirahətə yollanırlar. Bakının də dərdi bir az azalır. Yeni mövsüm, yeni tədris ili yaxınlaşdıqca yenə paytaxt yollarında nəqliyyatın hərəkəti çətinləşir. Bakı kimi böyük şəhərlərdə yaşayan hər kəs, yəqin ki, tıxaca bir dəfə belə olsa, düşüb. Hazırda tıxac problemi əsas problemlərdən birinə çevrilib. İstər […]

1306 müəllim müddətli müqavilə ilə işə qəbul olunub

5-7 sentyabr tarixlərində keçirilən ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri şəxsi səhifələrə göndərilib. Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Vakansiya seçimi mərhələsində uğur qazanan 1 306 namizəd müddətli müqavilə ilə işləmək imkanı əldə edib. Namizədlər 12 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən […]

Yeni tədris ilində 1,6 milyon şagird təhsil alacaq

  2023-2024-cü tədris ilində 114 min 484 uşaq məktəbəqədər təhsilə (uşaq bağçası) cəlb olunacaq. Yeni tədris ilində 1,6 milyon şagird təhsil alacaq. Bu barədə Mektebgushesi.az -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, 135 000 uşaq birinci sinifdə təhsil alacaq, 80 min 273 uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq.  

Ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi sona yaxınlaşır

  Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi sentyabrın 9-u saat 23:59-dək davam edəcək. Dövlət İmtahan Mərkəzindən (DİM) Mektebgushesi.az-a bildirilib ki, ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur. […]

Ağdam rayonu Baharlı – 1 qəsəbə məktəbinin açılışı olub

Sentyabrın 7-də Ağdam rayonu Baharlı – 1 qəsəbə tam orta məktəb üçün yeni inşa olunan tədris binasının açılış mərasimi keçirilib. Açılış mərasimində Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov iştirak ediblər. Məlumat verilib […]

Kolleclərə əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilir

  Sentyabrın 8-dən ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilir. Elm və Təhsil Nazirliyindən bildirilib ki, qəbul olunmuş şəxslər https://portal.edu.az/ sistemində qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanın qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq […]

Bu gündən sertifikatlaşdırmanın müsahibə mərhələsinə başlanılır

  Sentyabrın 8-dən sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə başlanılır. Elm və Təhsil Nazirliyindən  bildirilib ki, müsahibə mərhələsinə dair Azərbaycan və rus bölmələri üzrə mövzular avqustun 18-də müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Müəllimlər miq.edu.az saytı və ya portal.edu.az platforması vasitəsilə hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər. Qeyd edək ki, müsahibə mərhələsi ilə bağlı məlumatlar müəllimlərin […]

Sentyabrın 8-i Beynəlxalq Savadlılıq Günüdür

  Sentyabrın 8-i Beynəlxalq Savadlılıq Günüdür. UNESCO tərəfindən 1967-ci ildən qeyd olunan bu əlamətdar günün məqsədi savadlılığın insanlar, icmalar və ümumilikdə cəmiyyət üçün faydasına diqqəti cəlb etməkdir. Mektebgushesi.az UNESCO-nun saytına istinadla xəbər verir ki, bu il Beynəlxalq Savadlılıq Günü “Keçid dövründə dünyada savadlılığın təşviqi: Dayanıqlı və sülhsevər cəmiyyətlər üçün təməlin qurulması” devizi altında qeyd olunur. […]

Müəllimlər də vahid formaya keçir ?

Son illər respublikamızda şagirdlərin vahid məktəbli formasına keçidi müvəffəqiyyətlə həyata keçirilib. Hazırda gündəmdə olan məsələlərdən biri isə müəllimlərin vahid formaya keçidi ilə bağlıdır. Qeyd edək ki, bir çox inkişaf etmiş ölkələrdə müəllimlərin xüsusi geyim forması var. Azərbaycanda da müəllimlərin vahid geyim formasına keçidi ilə bağlı tez-tez təkliflər səsləndirilir. Mektebgushesi.az  xəbər verir ki, mövzu ilə bağlı […]

DİM qabiliyyət imtahanından kəsilənlərə müraciət edib

Dövlət İmtahan Mərkəzi Təsviri incəsənət müəllimliyi və Musiqi müəllimliyi komissiyaları üzrə qabiliyyət imtahanlarından müsbət qiymət alan, lakin I mərhələdə ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərə müraciət edib. Dövlət İmtahan Mərkəzindən Mektebgushesi.az-a verilən məlumata görə, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə plan yerlərinin komplektləşdirilməsi məqsədilə Bakı şəhərində yerləşən qabiliyyət imtahanı komissiyaları üzrə məqbul qiymət alan abituriyentlərə […]