Mektebgushesi

Bu qəbul imtahanının nəticələrinə dəyişiklik edildi

Dövlət qulluğuna qəbul üzrə müsabiqənin B növü üzrə 13 avqust 2023-cü ildə keçirilmiş test imtahanı ilə bağlı namizədlərin Dövlət İmtahan Mərkəzinə daxil olan müraciətləri araşdırılıb və onların imtahan nəticələrinə təsir göstərə bilən hallar təkrar təhlil olunub. DİM-dən Mektebgushesi.az -a verilən məlumata görə, aparılan araşdırmalar zamanı Qanunvericilik proqramına (BA vəzifə qrupu üzrə) aid olan bir açıq tipli […]

Kolleclərə qəbul olunanların qeydiyyatı başlayır

  Sentyabrın 8-də saat 11:00-dan ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək. Bu barədə Mektebgushesi.az-a Elm və Təhsil Nazirliyindən bildirilib. Qəbul olunmuş şəxslər https://portal.edu.az/ sistemində qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə […]

Sertifikatlaşdırmanın müsahibə mərhələsinə başlanılır

  Sentyabrın 8-dən sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə start veriləcək. Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az -a bildirilib ki, müsahibə mərhələsinə dair Azərbaycan və rus bölmələri üzrə mövzular avqustun 18-də müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Müəllimlər miq.edu.az saytı və ya portal.edu.az platforması vasitəsilə hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər. Qeyd edək ki, müsahibə mərhələsi […]

Bu il dövlət hesabına ali təhsil alan tələbələrin sayı 50 %-dən çoxdur

Bu il dövlət hesabına ali təhsil alan tələbələrin sayı 50 %-dən çoxdur. Mektebgushesi.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib. Nazirin sözlərinə görə, bu il ümumilikdə 67 mindən çox şəxs bakalavr və magistr səviyyəsində təhsil alacaq. O bildirib ki, 10 ali təhsil müəssisəsi üzrə akkreditasiya qiymətləndirilməsinin yeni tədris ilində […]

Emin Əmrullayev: “Azad olunmuş ərazilərdə 6 ümumi təhsil müəssisəsində 780 şagird təhsil alacaq”

Yeni tədris ilində işğaldan azad olunmuş ərazilərdə 6 ümumi təhsil müəssisəsində 780 şagird təhsil alacaq, 94 müəllim tədris verəcək. Mektebgushesi.az  xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib. Nazirin sözlərinə görə, açılışı nəzərdə tutulan məktəblərdə təhsil alacaq şagirdlərin sayında artımlar mütəmadi olacaq, çünki köç prosesi davam edir.

Texnologiyanın inkişafında inqilab edən azərbaycanlı alimin anım günüdür

  Bu gün dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin anım günüdür. 1921-ci il fevralın 4-də Bakıda anadan olan Lütfi Rəhim oğlu Ələsgərzadə ibtidai təhsilini 16 nömrəli orta məktəbdə alıb. 1932-ci ildə Ələsgərzadələr ailəsi İrana köçüb. Burada orta təhsilini başa vuran Lütfi Zadə Tehran Universitetinin elektrik […]

Respublikamızın ümumtəhsil müəssisələrində 133 min 475 müəllim çalışır

  MİQ imtahanından keçərək məktəblərdə işlə təmin olunacaq müəllimlər hələ tam şəkildə sistemə inteqrasiya olunmayıb. Bununla belə, bu gün ümumtəhsil müəssisələrində çalışan pedaqoji heyətin sayı (sadəcə müəllimlər) 133 min 475 nəfərdir (özəl və digər müəssisələrə tabeləri çıxmaqla). Bu barədə Mektebgushesi.az -ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Sentyabrın 15-dək ölkə üzrə 40 təhsil müəssisəsinin açılışı nəzərdə tutulur

  2023-cü il sentyabrın 15-dək Elm və Təhsil Nazirliyi tərəfindən 23, Heydər Əliyev Fondu tərəfindən 17 təhsil müəssisəsinin, ilin sonunadək isə nazirlik tərəfindən 8 təhsil müəssisəsinin açılışı nəzərdə tutulur. Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2023-cü ilin sonunadək Elm və Təhsil Nazirliyi tərəfindən 14 təhsil müəssisəsinin layihə-smeta sənədlərinin […]

Tələbələrin köçürülməsi üzrə nəticələr açıqlanıb

  Tələbələrin ölkə daxilində yerləşən orta ixtisas və ali təhsil müəssisələrindən köçürülməsi, ixtisasını, eləcə də təhsil formasını dəyişməsi prosesi başa çatıb. Belə ki, transfer.edu.az portalı vasitəsilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ümumilikdə 4 316 müraciət qeydə alınıb. Bu barədə  Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müraciətçilərdən 456 nəfəri orta ixtisas təhsili müəssisəsindən, […]

Müddətli müqavilə ilə vakansiya seçimi edəcək müəllimlərin nəzərinə

  Sentyabrın 5-i saat 12:00-dan müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimi mərhələsinə başlanılacaq. Vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər. Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az -a  bildirilib ki, namizədlər 4 vakant yer seçə bilərlər. Namizədlər sentyabrın 7-si saat 12:00-dək şəxsi səhifələrinə […]

Həsən Həsənli: Əmək müqaviləsinə xitam verilən müəllimlərin yeri ehtiyat kadrlar hesabına doldurulacaq

Əmək müqaviləsinə xitam verilən müəllimlərin yeri tədris ili başlayana qədər ehtiyat kadrlar hesabına doldurulacaq. Mektebgushesi.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli təkrar sertifikatlaşdırmadan keçməyən müəllimlərlə bağlı brifinqdə deyib. O bildirib ki, qısa müddətdə təhsil müəssisələri yerli təhsil idarələri ilə birgə təhsildə davamlılığın təmin edilməsi üçün müvafiq addımlar atacaq: “Bu il müəllimlərin […]

Bağça müəllimləri üçün sertifikasiya qaydaları hazırlanır

  Məktəbəqədər təhsil üzrə sertifikatlaşdırma aparılması üçün hazırda qaydalar hazırlanır. Mektebgushesi.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli təkrar sertifikatlaşdırmadan keçməyən müəllimlərlə bağlı brifinqdə deyib. Onun sözlərinə görə, dövrün sonuna qədər 17 min müəllimin sertifikasiyada iştirakı gözlənilir.

Məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında uğur qazanıblar

28 avqust – 4 sentyabr tarixlərində Macarıstanın Seged şəhərində keçirilən 35-ci Beynəlxalq İnformatika Olimpiadasında məktəblilərimiz uğurla çıxış ediblər. Ölkəmizi təmsil edən şagirdlər yarışı 1 bürünc medal və 2 həvəsləndirici mükafatla başa vurublar. Olimpiadada Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Fuad Qarayev bürünc medal, Bakı şəhəri 245 nömrəli tam orta məktəbin […]

Bakı məktəblərinin 51 sinfi qəbul imtahanlarında 100 % nəticə göstərib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 51 sinfi ali məktəbələrə qəbul imtahanlarında yüz faizlik nəticə göstərərək, məzunların hamısı tələbə adını qazanıblar. Bu barədə Mektebgushesi.az İdarədən məlumat verilib. Belə ki, paytaxtdakı 287 nömrəli “Zəkalar” liseyinin 5 sinfi, 20, 83 nömrəli məktəb-liseylərin və Texniki Humanitar Liseyin 4 sinfi, 60 nömrəli tam orta məktəbin 3 sinfi, […]

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq

Bu gündən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq. Mektebgushesi.az xəbər verir ki, proses sentyabrın 9-dək davam edəcək. Qeyd edək ki, builki qəbulun nəticələrinə əsasən 51 941 nəfər (o cümlədən 6592 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 24 594 (o cümlədən 1389 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 27 347 (o cümlədən 5203 subbakalavr) […]