Mektebgushesi

DİM: İmtahan materiallarının emalına başlanılacaq

İmtahan nəticələri 5 gün ərzində elan olunacaq Dövlət İmtahan Mərkəzi 2023-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 3-də əlavə imtahan keçirib. Bundan başqa, Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı veriblər. Dövlət […]

DİM 9-cu və 11-ci sinif şagirdləri üçün əlavə imtahan keçirəcək

Dövlət İmtahan Mərkəzi bu il keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verən 600-ə yaxın şagird üçün sentyabrın 3-də əlavə imtahan keçirəcək. Mektebgushesi.az xəbər verir ki, bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər. İmtahanlar […]

Bakı Şəhəri üzrə yüz faiz nəticə göstərən məktəblərin siyahısı açıqlanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki bir neçə məktəbdə bir sinfin bütün şagirdləri yüz faizlik nəticə göstərərək tələbə adını qazanıblar. BŞTİ-dən verilən məlumata görə, paytaxtdakı 13, 53, 85, 114, 300, 302, 307 nömrəli tam orta məktəblərin, və 220, 299 nömrəli məktəb-liseylərin hər birində bir sinfin bütün şagirdləri ali təhsil müəssisələrinə qəbul olublar. Bundan əlavə, 287 […]

Avqustun 31-də keçirilən sertifikatlaşdırma imtahanının nəticələri açıqlanıb

  Avqustun 31-də keçirilmiş sertifikatlaşdırılma prosesinin test imtahanı mərhələsinin nəticələri açıqlanıb. Mektebgushesi.az xəbər verir ki, nəticələr müəllimlərin şəxsi kabinetinə göndərilib. Həmin gün ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənni üzrə pedaqoji stajı üç il olan, həmçinin könüllü şəkildə iştirak etmək istəyən 60 və daha yuxarı yaşda olan təhsilverənlər üçün sertifikatlaşdırılma prosesinin test imtahanı mərhələsi təşkil olunub. […]

İmtahanda iştirak etməyən 138 müəllim sertifikatlaşdırmadan keçməmiş hesab olunub

Ötən il ilk dəfə təşkil olunan sertifikatlaşdırma prosesində 11 211 nəfər ibtidai sinif müəllimi iştirak edib və bu prosesdə 97 faiz davamiyyət qeydə alınıb. Elm və Təhsil Nazirliyindən  bildirilib ki, prosesi uğurla tamamlayaraq 51-60 bal toplamış 3 163 müəllimin vəzifə maaşına 35 faiz, 30-50 bal toplamış 5 624 müəllimin vəzifə maaşına isə 10 faiz əlavə […]

Emin Əmrullayev: Azərbaycanda şagirdlərin 90 faizi ana dilində təhsil almağı seçir

  Azərbaycanda uşaqların bir çox dillərdə təhsil almaq imkanı var. Lakin ölkədəki şagirdlərin 90 faizi ana dilində təhsil almağı seçir. Bu, olduqca sevindirici haldır. Mektebgushesi.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 1-də Azərbaycan Dili və Ədəbiyyatı Forumunun açılış mərasimində çıxışında deyib. Nazir qeyd edib ki, təhsil sisteminin əsas məqsədi şagirdlərə […]

Təkrar imtahanda iştirak edən müəllimlərdən 605 nəfəri müvafiq keçid balını toplaya bilməyib

Ötən il ilk dəfə təşkil olunan sertifikatlaşdırma prosesində 11 211 nəfər ibtidai sinif müəllimi iştirak edib və bu prosesdə 97 faiz davamiyyət qeydə alınıb.   Nazirlikdən Mektebgushesi.az-a bildirilib ki, prosesi uğurla tamamlayaraq 51-60 bal toplamış 3 163 müəllimin vəzifə maaşına 35 faiz, 30-50 bal toplamış 5 624 müəllimin vəzifə maaşına isə 10 faiz əlavə edilib. Cari […]

Xırdalanda özünü binadan atan yeniyetmənin müəllimi danışdı

  Dünən Xırdalan şəhərində daha bir yeniyetmə qız intihar edib. Özünü binadan ataraq intihar edən yeniyetmənin Xırdalan şəhər sakini, 13 yaşlı Aydan Natiq qızı Hacıağazadə olması müəyyən edilib. O, 13-cü mərtəbədən özünü ataraq intihar edib. İntiharın baş verdiyi bina yeniyetmənin yaşadığı bina olmayıb. Aydan Hacıağazadənin atası da 2 il öncə intihar edib. Hadisənin hansı səbəbdən […]

Şamaxıda Azərbaycan Dili və Ədəbiyyatı Forumu işə başlayıb

Azərbaycanda Azərbaycan Dili və Ədəbiyyatı Forumu keçirilir. Mektebgushesi.az xəbər verir ki, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçirilən Forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində gerçəkləşib. Mədəniyyət naziri Adil Kərimli tədbirin açılış mərasimində çıxış edərək Forumun əhəmiyyətini vurğulayıb. Nazir […]

Plan yerləri 100 % dolan ali məktəblərin adları açıqlanıb

Ali təhsil müəssisələrinə qəbulun nəticələrinə əsasən I mərhələdən sonra I ixtisas qrupu üzrə 1557, II ixtisas qrupu üzrə 217, III ixtisas qrupu üzrə 994, IV ixtisas qrupu üzrə 231, V ixtisas qrupu üzrə isə 350 plan yeri boş qalıb. Mektebgushesi.az  xəbər verir ki, I mərhələdən sonra tələbə qəbulu aparılan 42 ali təhsil müəssisəsinin 6-da (Tibb […]

Sentyabrın 1-dən Bağçalara növbəyə yazılma müvəqqəti dayandırılır

Sentyabrın 1-dən məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi müvəqqəti olaraq dayandırılır.  Səbəb 1-15 sentyabr tarixlərində qrupların komplektləşdirilməsi ilə bağlıdır. Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az-a bildirilib ki, komplektləşmə prosesi bitdikdən sonra  uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək. Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi bq.edu.az elektron sistemi üzərindən həyata keçirilir.

Təhsilin qaranlıq gələcəyi: ”Aşağı qiymət alanlar da tələbə olursa…”

  “Ənənəvi qiymətləndirmə ilə fikrimizi ifadə etsək, deyə bilərik ki, 2 qiymətlə ali məktəblərə qəbul olunanlar var”. Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib. Ekspertin sözlərinə görə, bu il keçid balı aşağı düşüb: “Bu il keçid balları çox aşağı olub. Məsələn, ən yaxşı halda ötən il 300 balla texniki fənlərə qəbul oluna bilməyənlər, bu […]

Şəhid xanımı oğlu ilə birlikdə universitetə qəbul oldu (FOTO)

Xəbər verdiyimiz kimi, dünən bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan ixtisas seçimi müsabiqəsinin nəticələri açıqlanıb. Ali məktəbə qəbul olanlar arasında Vətən müharibəsi şəhidi polkovnik-leytenant Nail Orucovun həyat yoldaşı və oğlu da var. Şəhidimizin oğlu Orucov Əlihəsən Nail oğlu Memarlıq və İnşaat Universitetinə, xanımı Ağamalıyeva Nigar isə Bakı Dövlət Universitetinə daxil olub. Nail Orucovun həyat […]

DİM: 6 ali təhsil müəssisəsində plan yeri 100 faiz dolub

  Ayrıca ali təhsil müəssisələrinə gəldikdə I mərhələdən sonra tələbə qəbulu aparılan 42 ali təhsil müəssisəsinin 6-da (Tibb Universiteti, Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Turizm və Menecment Universiteti, Bakı Ali Neft Məktəbi, Əmək və Sosial Münasibətlər Akademiyası) plan yerləri 100 faiz, 23 ali təhsil müəssisəsində 90 faizdən çox dolub. Bu barədə  Dövlət İmtahan Mərkəzindən məlumat […]

Kolleclərin boş qalan yerlərinə qəbul elan edilib

Dövlət İmtahan Mərkəzi (DİM) (9 illik) ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə avqustun 31-dən sentyabrın 4-dək ixtisas seçimi elan edib. Mektebgushesi.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, […]