Avqustun 31-də keçirilmiş sertifikatlaşdırılma prosesinin test imtahanı mərhələsinin nəticələri açıqlanıb.

Mektebgushesi.az xəbər verir ki, nəticələr müəllimlərin şəxsi kabinetinə göndərilib.

Həmin gün ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənni üzrə pedaqoji stajı üç il olan, həmçinin könüllü şəkildə iştirak etmək istəyən 60 və daha yuxarı yaşda olan təhsilverənlər üçün sertifikatlaşdırılma prosesinin test imtahanı mərhələsi təşkil olunub. Ölkə üzrə 13 şəhərdə, 22 imtahan mərkəzində təşkil olunan test imtahanlarında 2 154 müəllim iştirak edib.

Qeyd edək ki, müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanı nəticələri ilə tanış ola bilərlər.

Məllimlər test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı müraciətlərini 4 sentyabr saat 11:00-a qədər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla ünvanlaya bilərlər.

Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan olunacaq.

Bənzər yazılar