Mektebgushesi

Yaqub Piriyev Bakı Mühəndislik Universitetinin rektoru təyin edilib

Yaqub Maksim oğlu Piriyev Bakı Mühəndislik Universitetinin rektoru təyin edilib. Mektebgushesi.az  xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Havar Əmir oğlu Məmmədov Bakı Mühəndislik Universitetinin rektoru vəzifəsindən azad edilib. Qeyd edək ki, Y.Piriyev bu təyinata qədər Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, nazirliyin Elm, ali və […]

İmkansız ailələrin uşaqlarına pulsuz məktəbli formaları verilib? – FOTO

  Bir neçə gün əvvəl elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün keçirdiyi brifinqdə bildirib ki, ailənin sosial durumu zəifdirsə, məktəbli formasını əldə etmək üçün təhsil ocaqlarının rəhbərliyinə müraciət etsinlər: “Direktorların köməyi ilə nazirliyin tərəfdaşları olan korporativ şirkətlər həmin ailələrə kömək olarlar”. Bəs şirkətlər tərəfindən sosial durumu zəif olan ailələrə forma yardımı […]

Bakıda 14 yaşlı məktəbli qız evlənmək məqsədilə qaçırılıb

  Bakıda 14 yaşlı qız qaçırılıb. Mektebgushesi.az APA-ya istinadən xəbər verir ki, Mirvari Tofiq qızı Eminova Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək onunla eyni ünvanda yaşayan övladı – 2009-cu il təvəllüdlü qızı M.N.-in yaşadıqları evdən naməlum istiqamətdə getdiyini və bir daha geri qayıtmayaraq itkin düşdüyünü bildirib. Qız 43-cü PB-nin əməkdaşları ilə telefon […]

Birinci siniflərə şagird qəbulu davam edir

  2023–2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu davam edir. Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az-a bildirilib ki, birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq. Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

Müddətli müqavilə ilə işə qəbul olanların müəllimlərin nəzərinə

  Bu gün saat 18:00-dək ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində uğur qazanan namizədlər zəruri sənədləri yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən Mektebgushesi.az -a bildirilib ki, namizədlər zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və […]

ixtisas seçiminin nəticələri açıqlanıb

  Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclər) qəbulun nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzindən (DİM)  bildirilib ki, abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından, eləcə də mobil nömrələr (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni və ya elektron ixtisas […]

Təhsil müəssisələrində tədris ilinin başlanması və başa çatması ilə bağlı əmr imzalanıb

2023-2024-cü tədris ili ölkənin bütün tipdən olan ümumi təhsil müəssisələrində (beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının tədrisi istisna olmaqla) 15 sentyabrda başlayıb, 14 iyunda başa çatacaq. Mektebgushesi.az xəbər verir ki, bu barədə yeni tədris ilinin başlanması barədə elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrində bildirilib. Əmrdə qeyd olunub ki, 2023/2024-cü tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs […]

Misir Mərdanov nazirin sözləri ilə razılaşmır

“Təhsil sistemimiz sanki tərs qurulub. Qabaqcıl ölkələrdə erkən yaşdakı uşaqlara tədris verənlər ən yüksək təhsil biliyinə malik olan şəxslərdir. Bizdə isə bağçalarda təhsilverənlərin, demək olar ki, yarısı bu sahədə təhsili olmayanlardır”. Demokrat.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev paytaxtdakı təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib. Nazir qeyd edib ki, təhsildə […]

Nazir sertifikasiyadan keçə bilməyən müəllimlərin işlə təmin olunmasından danışıb

Təkrar sertifikasiya imtahanından keçə bilməyən şəxslərlə bağlı xüsusi komissiya gələn həftədən fəaliyyətə başlayacaq. Mektebgushesi.az  xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib. O bildirib ki, müvafiq siyahı hazırlanacaq və ilk növbədə sosial həssas qrupa aid olanların məsələsinin həllinə çalışılacaq: “Çünki həmin insanlar uzun müddət bizimlə […]

Emin Əmrullayev: “Əsas hədəfimiz mövcud problemlərin həllinə nail olmaqdır”

Təhsil yolu islahatını addım-addım həyata keçirməliyik. Problem olan yerdə islahatdan söhbət gedir. Əsas hədəfimiz də mövcud problemlərin həllinə nail olmaqdır. Mektebgushesi.az  xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev paytaxtdakı təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib. Nazir bildirib ki, təhsildə ən əhəmiyyətli dövr erkən yaş dövrüdür: “Təhsil sistemimiz sanki tərs qurulub. Qabaqcıl […]

Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilir

Paytaxtın təhsil işçilərinin sentyabr konfransı Sentyabrın 11-də Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib. Mektebgushesi.az xəbər verir ki, konfransda elm və təhsil naziri Emin Əmrullayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, millət vəkilləri, ali məktəb rektorları, nazirliyin və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, ictimaiyyət nümayəndələri, məktəb direktorları, müəllimlər və KİV nümayəndələri iştirak ediblər. […]

Mehriban Vəliyeva: Bütün tədris müəssisələri yeni tədris ilinə hazırdır

“Bütün tədris müəssisələri yeni tədris ilinə hazırdır”. Bunu jurnalistlərə Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva deyib. Onun sözlərinə görə, bu il 1 milyon 850 mindən artıq dərslik yerlərə çatdırılıb. Məktəblərdə dərsliklərlə bağlı problem yoxdur. BŞTİ müdiri qeyd edib ki, 50 məktəb və 30 bağçanın cari təmiri başa çatdırılıb: “1 məktəbdə və 5 bağçada […]

“Bahalı” müəllimlər: Repetitorlar da qiymətləri artırıblar?

Yeni tədris ili artıq başlamaq üzrədir. Tələbə adını qazanmaq istəyən şagirdlər ötən aydan repetitor yanına getməyə başlayıblar. Lakin valideynləri narahat edən nüanslar müşahidə olunur. Redaksiyamıza yeni tədris ilində repetitorların qiymətləri artırması ilə bağlı məlumatlar daxil olub. Bəs bu məlumatlar nə dərəcə doğrudur? Həqiqətən qiymətlərdə dəyişiklik varmı? Mektebgushesi.az xəbər verir ki, “Kaspi” qəzeti növbəti məqaləsində bu suallara […]

Yeni tədris ili, yoxsa yenidən tıxac problemi?

Paytaxt Bakının yol problemi bitmək bilmir. Elə ki yay mövsümü gəlir, insanlar istirahətə yollanırlar. Bakının də dərdi bir az azalır. Yeni mövsüm, yeni tədris ili yaxınlaşdıqca yenə paytaxt yollarında nəqliyyatın hərəkəti çətinləşir. Bakı kimi böyük şəhərlərdə yaşayan hər kəs, yəqin ki, tıxaca bir dəfə belə olsa, düşüb. Hazırda tıxac problemi əsas problemlərdən birinə çevrilib. İstər […]