Mektebgushesi

ABŞ-da sualtı kitabxana açıldı

Floridada ilk sualtı kitabxana fəaliyyətə başlayıb. Sualtı kitabxanalar Ki-Uest adasının iki otelində açılıb. Oxuma mərkəzlərinin birbaşa hovuzların içərisində yerləşdiyi bildirilib. Ziyarətçilərə orda sukeçirməyən kitabları oxumaq tövsüyə olunur. Orada yerləşən kitabların əsas hissəsi klassik romanlar və şeirlərdir. Bunların arasında Uillyam Şekspirin “Maqbet”indən nümunələr, Uillyam Yaytesin şeirləri və Mark Tvenin hekayələri də var.(Azedu.az)

Alimlər sudan kərə yağı hazırlayacaqlar

Nyu Yorkdakı Kornell Universitetinin alimləri əsasən sudan ibarət olan aşağı kalorili kərə yağı analoqunu yaradıblar. Bu barədə qurumun saytında dərc olunan xəbərdə bildirilir.Kimyaçılar bitki yağı və süd yağının əlavə edilməsi ilə çox miqdarda suyu kərə yağına bənzər bir emulsiyaya əlavə ediblər. Bu məhsulda süni stabilizatorlar yoxdur və kərə yağı ilə müqayisədə 75% daha az kalorilidir. […]

Ancelina Coli oğlunu göz yaşları içərisində universitetə yola saldı

Hollivudun məşhur ulduzları, dünya şöhrətli akrisa Ancelina Coli və aktyor Bred Pittin böyük oğlu 18 yaşlı Maddoks Seulda yerləşən Cənubi Koreyanın Ense Universitetinə daxil olub.   Gənc oğlan valideynlərinin yolu ilə getməyib, digər məşhur uşaqları kimi model olmaq da istəməyib.Maddoks gələcəyini daha ciddi sahə ilə bağlayıb, daxil olduğu universitetin biomühəndislik fakültəsini seçib.Ötən gün Ancelina göz yaşları […]

NASA yeni planet kəşf etdi

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) mütəxəssisləri Yer kürəsi ölçüsündə və atmosferi olmayan qeyri-adi planet kəşf ediblər. LHS 3844b adlandırılan planet Yerdən 48,6 işıq ili uzaqlıqda yerləşir və “qırmızı cırtdan” və ya M spektral sinfə məxsus olan ulduzun ətrafında fırlanır. Onun radiusu bizim planetin 1,3 hissəsi qədərdir və ulduzun ətrafında tam olaraq cəmi […]

Alimlərdən yeni kəşf

Dəniz dərinliklərində məskunlaşan metanolipariya mikroorqanizmi xam nefti karbon qazına və metana ayırmaq xassəsinə malikdir. Bu qənaətə alman alimləri gəliblər. İndi tədqiqatçılar bu kəşfdən istifadə edərək, əks prosesi – metanın neftə emal edilməsini həyata keçirmək niyyətindədirlər. Maks Plank adına Elmi Tədqiqatlar Cəmiyyətinin (Almaniya) Dəniz Mikrobiologiyası İnstitutundan olan alimlər aşkar ediblər ki, dənizin dərinliklərində məskunlaşan metanolipariya (Methanoliparia) […]

Məktəblilər üçün “güllə keçirməz” çantalar satılır

Rəngli qələm, kley, karandaş, dəftər və s. məktəb qabağı alınacaq ləvazimatlardır. Amerikada isə bu siyahıya  güllə keçirməz çantalar da  əlavə olunub.   Son illər məktəb və digər ictimai yerlərdə  silahlı hücumların sayında artımla bağlı hökumətin heç bir addım atmaması ABŞ-da mübahisələr səbəb olub. Bu mübahisələrə güllə keçirməz çantalar da əlavə edilib. AzEdu.az xarici KİV-ə istinadən xəbər verir […]

Müəllim-şagird-valideyn münasibətlərinin mərkəzində

Kurikulumlar məhsuldar fəaliyyəti tənzimləyir Müstəqilliyimizin və dövlətimizin qarşıya qoydugu mühüm şərtlərindən biri mükəmməl təhsil sisteminə malik olmaqdır. Respublikamızda həyata keçirilən təhsil islahatlarının məqsədi yaradıcı və tənqidi düşünməyi bacaran, fəal şəxsiyyət yetişdirməkdir. İlk növbədə müəllim bacarıqlı, işgüzar, ixtisasını dərindən bilən, müəllimlik adını müqəddəs tutan, ideyaca saf, mənəviyyatca pak, özünə və şagirdlərinə qarşı tələbkar, sənətinə ürəkdən bağlı […]

Amerikalı alimdən yenilik: Bu qidalar onkoloji xəstəliklərin inkişaf riskini azaldır

Tanınmış amerikalı həkim, alim, Angiogenez Assosiasiyasının yaradıcısı Vilyam Linin işləyib hazırladığı qidalanma sisteminin köməyi ilə onkoloji xəstəliklərin inkişaf riskini azaltmaq mümkündür. Li onkologiya ilə mübarizədə ən effektli vasitə ərzaq məhsullarını hesab edir. Buraya xeyli növ meyvə, tərəvəz, daha sonra ağartı məhsullarından və tərəvəzlərdən hazırlanmış yeməklər daxildir. Li özünün “xərçəngə qarşı pəhriz”ini “Eat to Beat Disease: […]

NASA 30 ildə İslandiyanın böyük buzlağının necə əridiyini göstərib

NASA yüksək temperaturun İslandiyanın böyük buzlağını necə əritdiyini özündə əks etdirən foto yayımlayıb. “Report” “Mirror” nəşrinə istinadən xəbər verir ki, son 30 ildə Okdjokul buzlağı tamamilə yox olub. 2014-cü ildə isə buzlaq ölü elan edilib. Qeyd olunub ki, əvvəllər buzlağın sahəsi təxminən 38 kv.km olub. Ancaq 1978-ci ildə buzlaq sahəsi yalnız 3 kv.km ərazini əhatə […]

Planetimizin tam oxşarları tapıldı

Aİsrail alimləri Tiqarden ulduzu adlandırılan, tünd qırmızı bir cırtdanla hərəkət edən iki planetin, digər məşhur ekzoplanetlərdən daha çox Yerə bənzədiyini deyib. Bu barədə Phys.orq-a açıqlamasında bildirilib. M spektral sinifinə aid Tiqarden ulduzu (qırmızı ulduzlar) Yerdən 12,5 işıq ili məsafədə yerləşir. Yaşayış üçün yararlı olan sahədə, yəni maye suyun mövcudluğu uyğun olan ulduzdan bir məsafədə yer […]

Dünya əhalisinin dörddəbir hissəsi su qıtlığı olan 17 ölkədə yaşayır

Dünya əhalisinin təqribən dörddəbir hissəsi su qıtlığının yüksək həddə çatdığı 17 ölkədə yaşayır.Bu barədə məlumatı Dünya Resursları İnstitutu (WRI) yayıb.Su qıtlığından ən çox əziyyət çəkən ölkələr bunlardır: Qətər, İsrail, Livan, İran, İordaniya, Liviya, Küveyt, Səudiyyə Ərəbistanı, Eritreya, BƏƏ, San-Marino, Bəhreyn, Hindistan, Pakistan, Türkmənistan, Oman və Botsvana. Bu ölkələr Yaxın Şərqdə və Şimali Afrikada yerləşir.Bu siyahıda […]

Astronomlar mövcudluğunu izah etmək mümkün olmayan 39 qalaktika kəşf edib

Beynəlxalq astronomlar qrupu ALMA teleskoplar kompleksinin köməyi ilə mövcudluğu Kainatın təkamül nəzəriyyələri ilə izah edilə bilməyən 39 qədim qalaktikanı kəşf ediblər. “Report” xəbər verir ki, bu barədə ALMA saytında yerləşdirilən pres relizdə qeyd olunub. Bu solğun qalaktikalar Hubble teleskopu vasitəsi ilə görünməyib. Lakin daha yüksək dəqiqləyə malik olan ALMA (Atacama Böyük Millimetr / Submillimetr Array) […]

Marsda nəhəng sunamiyə səbəb olan asteroidin izi tapılıb

Üç milyard il əvvəl Marsda nəhəng sunami baş verib. Mektebgushesi.az 0xu.az -a istinadən xəbər verir ki, Fransa, Avstraliya və İspaniyadan olan alimlər belə qənaətə gəliblər. Astronomlar həmin kataklizmdən sonra qalmış krateri tapıblar. Lomonosov adlı kraterin diametri 120 kilometrdir. Ümumiyyətlə, əksər ekspertlər bir neçə milyard il əvvəl qırmızı planetdə okeanın mövcud olması fikri ilə razıdırlar. Eyni […]

Azərbaycanda BMT kitabxanası…

Azərbaycanda BMT kitabxanası fəaliyyət göstərir. Bu kitabxana ölkənin aparıcı ali təhsil müəssisələrindən birində – Qərbi Kaspi Universitetində yerləşir.Universitet kitabxana fondunun zənginləşdirilməsi istiqamətində ardıcıl işlər aparmaqla yanaşı 3 il öncə qurulmuş BMT kitabxanasının beynəlxalq təşkilatların müxtəlif nəşrləri ilə zənginləşdirilməsi prosesini də ötən dövr ərzində davam etdirib. Təhsil müəssisəsində BMT-nin Ümumdünya Turizm Təşkilatının Depozitariya Kitabxanası yaradılıb. Bununla […]

Səmasında üç “günəş” görünən planet tapıldı

NASA astronomları üzərində üç “günəş” görünən planet aşkar ediblər. Astronews.ru  bildirir ki, planetə  LTT 1445Ab adı verilib. Planetin yerləşdiyi sistem Yerdən 22,5 işıq ili məsafəsindədir. “Bu “günəş”lərdən ikisi çox uzaq məsafədə yerləşir və səmadan baxan iki qorxunc qırmızı gözə bənzəyir”, – ABŞ-ın Harvard-Smitson astrofizika mərkəzinin astronomu Cennifer Vinters bildirib. TESS peyki vasitəsilə toplanmış məlumatları analiz etdikdən […]