Mektebgushesi

Rusiyada neft yataqlarının rəqəmsal modelini hazırlayan superkompüter yaradılıb

Rusiyanın Sibir və Arktika bölgələrində neft yataqlarının rəqəmsal modelini hazırlayan superkompüter yaradılıb. AZƏRTAC TASS informasiya agentiyinə istinadla xəbər verir ki, “Qazprom neft” törəmə şirkətinin təqdim etdiyi bu texnologiya saniyədə 100 Gbit informasiyanı işləyə biləcək. Sankt-Peterburqda alimlərin hazırladıqları bu hesablama klasteri neft yataqlarının rəqəmsal surətlərini çıxaracaq. Onun müəlliflərinin sözlərinə görə, neft yataqlarının yeni rəqəmsal modelləri mütəxəssislərə daha əsaslandırılmış […]

Robot məktəblilər üçün açıq dərs keçib

Rusiyanın “MTS” telekommunikasiya şirkətinin Brest bölgəsində təşkil edilmiş informasiya texnologiyaları düşərgəsində robot məktəblilər üçün açıq dərs keçib. Məşğələ “Kolos” uşaq reabilitasiya-sağlamlaşdırma mərkəzində təşkil olunub. AZƏRTAC bildirir ki, kiber-pedaqoq uşaqlara gələcəkdə tələb olunacaq peşələr və robot texnikasının əsas prinsiplərindən danışıb. O, süni intellektə malik qurğuların hansı elementlərdən ibarət olduğunu və evdə sərbəst şəkildə robot yaratmaq üsullarını […]

Qədim Misirin mistikası – 500 tonluq daşları kim və necə qaldırıb?

Alimlər bu günə qədər də Qədim Misirin sirləri üzərində baş sındırırlar. Bəzi tarixi faktlar qarşısında arxeoloqlar və alimlər çıxılmaz vəziyyətdə qalırlar. Bu günə qədər də nəhəng piramidaların, heykəl və məbədlərin necə inşa edildiyi, ucaldıldığı barədə məntiqi açıqlama yoxdur. Görünən odur ki, 4-6 min il əvvəl Nil vadisində yaşayan insanlar fantastik mühəndislik və inşaat texnologiyalarına sahib olublar. […]

İnternet asılılığı problemi və onun doğurduğu fəsadlar

Ünsiyyət qurmaq insanların ən vacib ehtiyaclarından biridir. Sosial şəbəkələr vasitəsilə asanlıqla qurulan əlaqələr, hiss və düşüncələri ifadə etmək imkanı, yeni uğur və nailiyyətlər qazanmaq üçün internet hər kəsə geniş imkanlar verir. Bundan əlavə, qadağan olunan məlumatlara asan giriş imkanı internetin istifadəsini artıran digər amillər sırasındadır. Gündəlik həyatda təhsil, bank, maliyyə, müxtəlif xidmət sahələrində əlverişli imkanlar […]

Avstraliya alimləri süni beyin yaradırlar

Avstraliyanın Melburn Kral Texnologiya Universitetinin alimləri beynin bioloji funksiyalarını təqlid edən mikroçip – süni beyin yaradıblar. Yeni texnologiyanın əsasında optogenetika (prosesə işıq təsirinin köməyilə nəzarət etmək qabiliyyəti) dayanır. Mikroçip elektrik müqavimətinin müsbətdən mənfiyə doğru dəyişilməsi üçün işıq dalğalarından istifadə edir və bu da sinir əlaqələrinin formalaşmasına və qırılmasına səbəb olur. Süni intellektin əsasında yaranan bu […]

Min dərdə dəva balın – 10 faydası

Bal insan orqanizmi üçün vacib olan bir sıra maddələri özündə cəmləşdirən möcüzəvi qida vasitəsidir.Mektebgushesi.az balın 10 faydasını təqdim edir:1. Enerjini artırır.2. Əzələ ağrılarını aradan götürür.3. Qanda şəkərin miqdarını tənzimləyir.4. Öskürəyin qarşısını alır.5. Çəki atmağa kömək edir.6. Dərini gözəlləşdirir, ləkələri aradan qaldırır.7. Yuxusuzluq problemini aradan qaldırır.8. Yanıq izlərini aparır, bakteriya və göbələyi öldürür.9. Yaranı sağaldır.10. Mədə-bağırsaq […]

Uzunmüddətli tətil uşaqlara pis təsir edir

Amerika alimləri sübut ediblər ki, uzun müddətli yay tətilləri həm uşaqların, həm də müəllimlərin psixikasına pis təsir edir. “Uçitelskaya qazeta”nın yazdığına görə, mütəxəssislər qeyd edirlər ki, sentyabrda məktəbdə dərslərin başlanması ərəfəsində uşaqların çoxu əsl stress hiss edirlər. Bu halda onlarda işləmək qabiliyyəti azalır, davamiyyət zəifləyir. Bundan əlavə, uşaqlar onlara xas olmayan, yaşlıların xəstəliklərinə tutulurlar: çoxunda […]

Xaricdə fəaliyyət göstərən Azərbaycanlı sahibkar xanım mükafatlandırılıb

“Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən həyata keçirilmişdi #WE2019 Xanım sahibkarlar üçün müsabiqənin qaliblərindən biri Billurə Bernard “Xaricdə fəaliyyət göstərən Azərbaycanlı sahibkar xanım” nominasiyası üzrə mükafatlarılıb. Cari ilin Yanvar – Fevral aylarını əhatə etmiş müsabiqədə ümumilikdə 161 xanım sahibkarın müraciəti toplanıldıqdan sonra nəticədə 5 xanım sahibkar mükafatlandırılıb. Mükafatlandırılmış Billurə Bernard artıq 3 ildir Nigeriyada yaşayır və […]

50-dən artıq məktəbdə robototexnika kursu yaradılacaq

Azərbaycanda 2019-2020-ci tədris ilində 50-dən artıq məktəbdə robototexnika kursu yaradılacaq.Bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.Onun sözlərinə görə, bu kurslar 5000-dən artıq şagirdi əhatə edəcək.E.Əmrullayev bildirib ki, hazırda Təhsil İnstitutunun əməkdaşları məzmun və tədris planı üzərində işləyirlər:“Hazırda STEAM-ın (Science, Technology, Engineering, Art and Mathematics – Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) […]

“Emmy” mükafatına namizədlərin adları açıqlanıb

ABŞ-da televiziya dünyasının ən nüfuzlu “Emmy” mükafatlarına namizədlərin adları açıqlanıb. 2019-cu ildə mükafata namizədliyi irəli sürülənlər arasında məşhur “Taxt-tac oyunları” serialı 32 nominasiya və HBO və SKY yayım-produksiyon şirkətlərinin lentə aldığı “Çernobıl” filmi isə 19 nominasiya üzrə jüri tərəfindən qiymətləndiriləcək. Ən yaxşı kişi aktyor mükafatına isə Kit Harinqton (“Taxt-tac oyunları”), Sterlinq Braun (Bu, bizik”) və […]

Amerikada mətbuat tarixi və ya “Xəbərlər heç vaxt yatmır”…

22 iyul Azərbaycanda milli mətbuat günüdür. Yəqin ki, bu günlərdə milli mətbuatımızın yaradıcısı Həsən Bəy Zərdabidən bəhs edən və eləcə də Azərbaycan mətbuatının inkişaf yolu haqqında çıxışlar çox olacaq. Maraqlı olar deyə, dünyanın ən qabaqcıl ölkəsi sayılan Amerika Birləşmiş Ştatlarının mətbuat tarixi haqqında qısa məlumat vermək istəyirəm. Öncə bir faktı qeyd edim ki, Amerikada jurnalistikanın […]

Bulud texnologiyalarında informasiya təhlükəsizliyinin təmin edilməsi üçün tədqiqatlar aparılıb

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda bulud texnologiyalarında informasiya təhlükəsizliyinin təmin edilməsi üçün metod və alqoritmlərlə bağlı tədqiqatlar aparılıb. İnstitutdan AZƏRTAC-a bildirilib ki, növbəti elmi seminarda mövzu üzrə əldə olunan elmi-nəzəri nəticələr təqdim olunub. AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev bulud texnologiyalarında informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində aparılan araşdırmaların müasir dövrdə aktuallıq kəsb etdiyini bildirib […]

Robotlar Ayın səthindən Yer kürəsini müşahidə edəcək teleskoplar quraşdıracaq

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) Kolorado ştatında Yer kürəsini və bütün qalaktikanı müşahidə edəcək, astronavtlara orbitdə istiqamət verəcək teleskoplar quraşdıra bilən robotlar hazırlayacaq laboratoriya açıb. Mektebgushesi.az xəbər verir ki, bu cür radio-teleskopların Ayın uzaq tərəfində yerləşdirilməsi nəzərdə tutulur. Onların növbəti onillikdə Ayın səthinə çatdırılması və qurulması prosesində NASA ilə yanaşı, özəl şirkətlər də iştirak […]

Yaponlar 40 dildə ünsiyyət imkanı yaradan mükəmməl tərcümə aparatı hazırlayıblar

Yapon mütəxəssisləri yüksək texnologiyanın daha bir nailiyyəti olan 40 dildə ünsiyyət imkanı yaradacaq mükəmməl tərcümə aparatı hazırlayıblar.  AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, yeni cihaz səyahətçilərə müxtəlif ölkələrdə asanlıqla ünsiyyət yaratmaq imkanı verəcək. Cibə sığacaq qədər kiçik ölçüdə olan tərcümə aparatı gedəcəyiniz ölkənin dilində bir söz belə bilməyəcəyiniz halda sizə çox asanlıqla danışmağa şərait […]

78 yaşında universitetə sənəd verdi

Özbəkistanın Anqor rayon sakini Mamatqul Berdialiyev ali təhsil almaq məqsədilə Daşkənd Dövlət Aqrar Universitetinin Termez filialına öz sənədlərini təqdim edib. ilk baxışda burada qeyri-adi bir şey görünməsə də, onu digərlərindən fərqləndirən cəhət 78 yaşında olmasıdır. Pensiyaçı üç ixtisasdan birində təhsil almağı arzu edir: “Meyvəçilik və üzümçülük”, “Tərəvəzçilik, bağçılıq və kartofçuluq” və ya “İstixana təsərrüfatının təşkili və aparılması”. […]