Mektebgushesi

Alimlər Yerə bənzər dörd planet aşkarlayıblar

Beynəlxalq alimlər qrupu tərəfindən Yer kürəsindən 12 işıq ili məsafəsində yerləşən Tau Kita ulduz birləşməsi ətrafında Yerə bənzər dörd planetin dövr etdiyi aşkarlanıb. AZƏRTAC AMEA-nın saytına istinadla xəbər verir ki, planetlərin çəkisi Yerin 1,7-si qədərdir. Buna görə də planetlər Günəşə bənzər ulduzların ətrafında aşkarlanan ən kiçik göy cisimləri hesab edilir. Bu cür zəif siqnalların qeydiyyatını aparmaq […]

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,3 faizi 30 yaşadək gənclərdir

İlin əvvəlinə ölkəmizdə elmi kadr potensialının artırılmasında böyük rola malik 110 ali təhsil müəssisəsi və elmi təşkilatda fəaliyyət göstərən doktoranturalarda 53,1 faizi qadın olmaqla 2723 nəfər təhsil alıb. Onların 80 faizi fəlsəfə, 20 faizi isə elmlər doktoru proqramları üzrə təhsil alanlardı Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda məlumat verilir. Hesabatda bildirilir ki, bununla yanaşı, […]

Ölümü ilə 6 nəfəri yaşadan qızın qəbul imtahanının nəticəsi hər kəsi heyrətləndirdi

  Türkiyənin Hatay vilayətində evlərinin eyvanından yıxıldıqdan sonra ölən 17 yaşlı Kübra Nur Coşkunun bağışlanan orqanlarının 6 xəstəni həyata qaytardığı barədə məlumat mətbuatda yer alıb. Mektebgushesi.az Milliyet-ə istinadən xəbər verir ki, Kübra Nur Coşğunun qəbul imtahanının nəticlərinə açıqlanıb. Dünyasını dəyişən 17 yaşlı abituriyentin dünən açıqlanan imtahan nəticələrinə görə Malatya İnönü Universiteti Kompüter Mühəndisliyi ixtisasına qəbul olduğu məlum […]

Alimlər ilk dəfə Günəş atmosferinin üst təbəqələrində maqnit sahəsini araşdırıblar

Dünyada ilk dəfə elm adamları Günəşdən ultrabənövşəyi işığın polyarizasiyasını müşahidə edərək Günəş atmosferinin üst təbəqələrində maqnit sahəsini araşdırıblar. AZƏRTAC nao.ac.jp/en saytına istinadla xəbər verir ki, onlar bunu CLASP səsli raket sınaqlarının verdiyi məlumatları təhlil edərək həyata keçiriblər. Məlumatlar göstərir ki, Günəş xromosferinin və keçid bölgəsinin strukturları gözləniləndən daha mürəkkəbdir. Hazırda CLASP layihəsində ultrabənövşəyi spektropolyarimetriya metodu işlədilib. […]

NASA Yupiterin “böyük qırmızı ləkə”sinin həqiqi rəngini aşkara çıxarıb

NASA-nın “Juno” kosmik gəmisi Yupiterin əsas əlaməti olan “böyük qırmızı ləkə”nin heyrətamiz şəklini orbitdən çəkib. AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının saytına istinadla xəbər verir ki, “böyük qırmızı ləkə” Yupiterin ekvatorundan cənubda yerləşən siklona bənzər bir fırtınadır. Eni 16 350 min kilometr olub, Yerdən 1,3 dəfə genişdir. Qeyd edək ki, 350 ildir […]

Azərbaycanlı məşhurlar övladlarının təhsilinə nə qədər pul xərcləyir? – ARAŞDIRMA

Ulduz valideynlər övladlarını bir qayda olaraq yağ-bal içində böyüdür, ən bahalı oyuncaqları alır, marka geyimlər geyindirir, lüks maşınlarda gəzidirirlər. Yeri gəlmişkən, məşhurlar uşaqlarının təhlisinə də xəsislik etmir. Publika.az bu yazıda övladlarının təhsilinə xüsusi diqqət yetirən məşhurların fikirlərini öyrənib. Onlar bildirib ki, uşaqlarının məktəb seçiminə çox ciddi yanaşır və haqlı olaraq belə hesab edirlər ki, yaxşı təhsil […]

Seçim zamanı ixtisas üçün önəmli sayılan fənlərin göstəricilərinə diqqət yetiriləcək

  Hazırda attestat balı əsasında “ASAN xidmət” mərkəzlərində ilk peşə-ixtisas təhsili müəssisələrinə ixtisas seçimi aparılır. İxtisas seçimində şagirdin seçdiyi ixtisas üçün önəmli sayılan fənlər üzrə göstəricilərinə diqqət yetiriləcək. AZƏRTAC xəbər verir ki, bunu Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin peşə təhsili müəssisələrinin idarə edilməsi, keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri Amil Əlili deyib. Şöbə […]

Məktəblilər üçün yalnız gündüz işləyən telefon istehsal edildi

Yaponiyada “Tona Mobilya” firması yalnız gündüzlər işləyən “ağıllı” telefon istehsal edib. Mektebgushesi.az-ın Trend-ə istinadla məlumatına görə, “Tona m17” adı verilən və ibtidai siniflərdə təhsil alan uşaqların ekranabaxma müddətini məhdudlaşdırmaq məqsədilə yalnız gündüz saatlarında işləyən telefon valideynlərin uşaqları ilə gün ərzində ünsiyyət qurmalarını təmin edəcək, həmçinin həddindən artıq istifadə ilə bağlı yan təsirləri aradan qaldıracaq. Qeyd […]

İmtahanlarında 2464 nəfər 600 baldan yuxarı nəticə göstərib

“Bu il də qəbul imtahanlarının nəticələrində müsbət dinamika var. Belə ki, Dövlət İmtahan Mərkəzinin Təhsil Nazirliyinə təqdim etdiyi ilkin məlumata əsasən, 2017-2018-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri məlum olub”.   Bu barədə Modern.az-a Təhsil nazirliyindən məlumat verilib.   Bildirilir ki, 2017-2018-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında 70.797 […]

Astronomiya sahəsində bir neçə əsr bundan əvvəl icad edilən cihazlardan hələ də istifadə olunur

  AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının saytına istinadla xəbər verir ki, bu cihazlardan biri ekvatoriumdur. Riyazi hesablamalar üzərində deyil, məhz həndəsi model üzərində qurulan bu cihazın köməyi ilə Günəşin, Ayın və digər səma cisimlərinin, obyektlərin vəziyyətini müəyyən etmək mümkün olub. Ekvatorium ilk dəfə 11-ci əsrdə ərəb riyaziyyatçısı əz-Zarkali tərəfindən hazırlanıb. Torkvetum […]

Azərbaycan Universiteti 14 ixtisas üzrə qəbul aparacaq

Azərbaycan Universiteti 2017/2018-ci tədris ili üçün bakalavriat pilləsinə aşağıdakı ixtisaslar üzrə tələbə qəbulu elan edir. Qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi qaydalarla aparılır və bütün ixtisaslara dövlət sifarişi ilə qəbul olmaq mümkündür. Azərbaycan bölməsi üzrə I qrup Riyaziyyat Kompüter elmləri Kompüter mühəndisliyi II qrup Dünya iqtisadiyyatı Mühasibat uçotu və audit Maliyyə İqtisadiyyat Menecment Marketinq […]

Nəsimi ilə Füzulinin qürbətdəki məzarları dağıdılıb?..  

Azərbaycanın görkəmli şairlərindən İmadəddin Nəsiminin məzarı Suriyanın Hələb şəhərində, Məhəmməd Füzulinin məzarı isə İraqın Kərbəla şəhərindədir. Onların məzarının Azərbaycana gətirilməsi məsələsi zaman-zaman müzakirə olunub, ancaq gerçəkləşməyib. Son illər hər iki məzarın yerləşdiyi ölkələr qan-qada, od-alov içərisindədir, oralarda dağıdıcı müharibə gedir. İndi dahi şairlərimizin İraq və Suriyadakı məzarlarını gətirmək bir yana qalsın, heç onların hansı vəziyyətdə […]

Beynəlxalq Kosmik Stansiyaya virtual tur

Google Street View xidməti tarixdə ilk dəfə kosmik stansiyanın daxildən necə göründüyünü müəyyənləşdirib. İndi internet şəbəkəsindən uzaqlaşmadan Beynəlxalq Kosmik Stansiyada (BKS) olmaq və özünü əsl astronavt kimi hiss etmək mümkündür. Belə ki, Google Street View xidməti Beynəlxalq Kosmik Stansiyaya virtual tur etmək imkanını təqdim edib. AZƏRTAC “popmech.ru” saytına istinadla xəbər ki, Avropa Kosmik Agentliyinin astronavtı Tomas […]

Dünyanı təsiri altına salmağı bacarmış 5 populyar elm kitabı

Sizə bu ilk beşlikdə bütün dünyada böyük maraqla oxunan populyar elmin 5 məşhur kitabını təqdim edirik. İngiltərədə aparılan araşdırma nəticəsində bu siyahıya aşağıdakı kitablar daxil olub.1. Silent Spring – Rachel Carson, 1962-ci il (Sakit Bahar) Biologiya alimi Rachel Carson tərəfindən yazılan bu kitabın nəşrindən 50 il keçməsinə baxmayaraq, bir çox elmi jurnalların apardığı sorğularda populyarlığına […]