Mektebgushesi

İçində Aydan götürülmüş toz olan çanta 1,8 milyon dollara satılıb

İçində Ay torpağının nümunələri olan Nil Armstronqun çantası “Sotheby”s” auksionunda 1,8 milyon dollara satılıb. 1969-cu ildə bu çanta “Apollon 11” kosmik gəmisinin göyərtəsində olub. Çantanın sonuncu dəfə 2015-ci ildə auksiondan Çikaqo sakini 995 dollara alıb. Məlumata əsasən, bu dəfə çanta auksiona çıxarıldıqda ona 2 milyon dollar qiymət təyin edilib.   Mektebgushesi.az

Azərbaycanda şagirdlərin sayı artıb – STATİSTİKA

Son 6 tədris ili ərzində Azərbaycanda dövlət əyani ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin sayı artıb. 2011-2012-ci tədris ilində dövlət məktəblərində (sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər, internat məktəbləri və siniflər istisna olmaqla) təhsil alan şagirdlərin sayı 1 milyon 278 min 100 min nəfər olduğu halda, 2016-2017-ci tədris ilində onların sayı 1 milyon 446 […]

“Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində yay məktəbi təşkil ediləcək

“Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində iyulun 24-dən 31-dək yay məktəbi təşkil olunacaq. Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, məqsəd bölgələrdə yaşayan gənclərin, tələbələrin karyerasına kömək edəcək bilik və bacarıqların formalaşmasına stimul verməkdir. Yay məktəbində ölkənin 8 bölgəsində yaşayan gənclər karyera və fərdi inkişaf təlimlərində, intellektual yarışlarda iştirak edəcəklər. “Təhsil avtobusu – 2017” Bakı-Quba-Masallı-Sabirabad-Gəncə-Mingəçevir-Zaqatala-İsmayıllı-Bakı marşrutu üzrə səyahət […]

Pulsuzluqdan məktəbi atmışdı, indi isə şöhrəti dünyaya yayılıb – Nüsrətin hekayəsi

Təqdim edəcəyimiz fotoda gördüyünüz azyaşlı məktəbli pulsuzluqdan məktəbdən ayrılmağa məcbur olub. Ancaq indi dünya miqyasında şöhrət sahibdir. Bir mədən işçisinin 5 uşağından biri olan Nüsrət maddi imkansızlıq ucbatından orta məktəbi  ataraq öz pulunu qazanmaq üçün həyata atılıb. Peşəsinə Bostançı qəssablar bazarında qəssab köməkçisi olaraq başlayıb. 2009-cu ildə bir Fransız müştərisinin vasitəsilə son maaşını və kredit […]

Gələcək nəsil elektron kitabxanaların formalaşması prinsipləri araşdırılır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda bibliometrik üsulların elektron kitabxana mühitində tətbiqi imkanlarının və gələcək nəsil elektron kitabxanaların formalaşması prinsiplərinin araşdırılması istiqamətində tədqiqatlar aparılır. AMEA-dan AZƏRTAC-a bildirilib ki, institutda, həmçinin elmi jurnal və tədqiqatçıların qiymətləndirilməsi üçün indekslərin işlənilməsi, bibliometrik verilənlərin intellektual təhlili əsasında elmin perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi, eləcə də sosial şəbəkələrdə informasiyanın təsirinin modelləşdirilməsi […]

Dünyanın ən nüfuzlu universitetlərində təhsil haqqı

mektebgushesi.az azadlig.org- a istinadən dünyanin ən nifuzlu 9 universitetinin təhsil haqqının nə qədər olması barədə məlumatı təqdim edir. 1. Massaçusets Texnoloji İnstitutu (ABŞ) – $45 000 2. Kembric Universiteti (Böyük Britaniya) -Avropa Birliyi və Böyük Britaniyadan olmayanlar üçün təhsil haqqı: Kompüter texnologiyaları, mühəndislik – $38 000, siyasət, tarix – $24 000   3. London İmperial Kolleci (Böyük Britaniya) – xaricilər […]

AMEA-nın muzeyləri sahibkarlıq fəaliyyəti ilə məşğul olacaq

Azərbaycan Milli Elmlər Akademiyası muzeylərində sahibkarlıq fəaliyyəti həyata keçiriləcək. AMEA-dan Trend-ə verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında AMEA-nın muzeylərində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi qaydaları müzakirə olunub. Mövzu ilə bağlı çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, Azərbaycan Prezidentinin 11 dekabr 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş Akademiyanın nizamnaməsi […]

Azərbaycanlı tələbə bir ayda 4,5 milyon qazandı – FOTOLAR

Azərbaycanlı tələbə bir aya BMW alacaq qədər pul qazanıb. Bir ay əvvələ qədər sıradan həyat yaşayan 22 yaşlı Cabbar Nəsibov milyonçu olmasının sirlərini Rusiya mətbuatına müsahibəsində açıqlayıb. “Cəmi 1 ay əvvəl cibində 10 AZN-dən başqa heç nəyi olmayan tələbə idim. Bu gün isə artıq özümə nəinki BMW, ağlımdan keçən hər şeyi ala bilirəm”. Cabbar Nəsibovun […]

Dünyanın ən yaxşı biznes məktəbləri – Siyahı

Əgər bankda çalışanların arzularının siyahısını tutmaq istəsəniz çəkinmədən lap əvvəldə bu məktəblərin adlarını yaza bilərsiniz. Dünyanın ən yaxşı biznes məktəbləri və universitetlərində təhsil almaq istənilən normal maliyyəçilərin və menecerlərin arzusudur. Doğrudur, həmin məktəblərin qapılarını açmaq üçün böyük məbləğdə təhsil haqqı tələb olunur. Amma əvvəla, qazanılan təhsil ömürlük yüksək əmək haqqına zəmanət verir, üstəlik universitetlərin sinanmış […]

Milyarderlər bu universitetləri bitirib -SİYAHI

“Wealth-X” və “UBS Billionaire Census” beynəlxalq analitik firmaları dünyada 2300 milyarderinin təhsili barədə araşdırma aparıb. Sözügedən araşdırmaya əsasən, məzunlarının çoxunun milyarder olduğu prestijli universitetlərin reytinqini təqdim edirik: 1. Pensilvaniya Universiteti 2. Harvard Universiteti 3. İelsk Universiteti 4. Cənubi Kaliforniya Universiteti 5. Prinstonsk Universitet 6. Korneliya Universiteti 7. Stenford Universiteti 8.  Berkli Kaliforniya Universiteti 9.  Mumbay […]

Dünyanın ən təhsilli 11 ölkəsi – FOTOLAR

Təhsili güclü olan ölkələr bütün sahələrdə digərlərindən bir addım öndə olur. Bəs dünyada təhsilin səviyyəsi ən yüksək olan ölkələr hansılardır? mektebgushesi.az Popstar.az-a istinadən dünyanın ən təhsilli 11 ölkəsini təqdim edir. Sinqapur Finlandiya Hollandiya İsveçrə Belçika Danimarka Norveç ABŞ Avstraliya Yeni Zellandiya İslandiya

Kamran İmanov: "Kitab satışı sahəsində piratçılıq 61%-dən 29%-ə düşüb"

Müəllif Hüquqları Agentliyində 1996-cı ildən 2017-ci ilin birinci rübünədək 10 989 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən son vaxtlar Agentliyin “Elektron xidmət” bölməsi vasitəsi ilə 81 müəllifin 152 əsəri qeydiyyatdan keçirilib. “Report” xəbər verir ki, bunu Agentliyin sədri Kamran İmanov deyib. Onun sözlərinə görə, aidiyyəti dövlət qurumları ilə birlikdə keçirilən müvafiq tədbirlər nəticəsində 2005-ci […]

Dünya böyüklüyündə 10 yeni planet kəşf edildi

NASA-nın məşhur teleskopu “Kepler”in günəş sistemi xaricində tapdığı planetlərdə həyat olduğu ehtimalı var  NASA-nın “Kepler” kosmos teleskopu günəş sisteminin xaricində yeni planetlər kəşf etdi. mektebgushesi.az milliyet-ə istinadla xəbər verir ki, dünya böyüklüyündə olan planetlərdə həyatın olduğu ehtimalı var. “Kepler”in araşdırdığı sahədə minlərlə yeni planet olmağa namizədlər var, ancaq bunlardan 10-da həyatın olduğu ehtimal edilir. Elm insanları […]

18 yaşlı məktəbli milyonçu oldu

Erik Finman-ın 15 yaşı olduqda valideynləri ilə mərcə gəlir ki, əgər onlar onun ali təhsil müəssisəsinə qəbul olması ilə bağlı təkid etməsələr o 18 yaşında dollar milyonçusu olacaq. Və o bunu Bitcoin sayəsində gerçəkləşdirə bildi. banker.az bildirir ki, hazırda Finman-ın ümumi dəyəri 1,09 milyon dollar olan 403 Bitcoin valyutası var. O həmçinin digər kriptovalyutalara yatırım […]