Mektebgushesi

İmtahan baş tutmadı: "10 günə 2 milyon manat qazanıblar, qurduqları serverlərinə bax"  

“Dövlət İmtahan Mərkəzinin (DİM-TQDK-a) abituriyentlər üçün bu gün səhər saat 9-00-da nəzərdə tutduğu sınaq imtahanı baş tutmadı. Necə deyərlər, ucuz ətin şorbası olmaz”. Moderator.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib. K.Əsədov bildirib ki, Dövlət İmtahan Mərkəzindən verilən açıqlamada sınaq imtahanının baş tutmamasının serverdəki yüklənmə ilə əlaqədar olduğu bildirilib: “Server yükləndiyindən […]

Direktorların vəzifə müddəti uzadılarkən məktəbin təhsil göstəriciləri də nəzərə alınacaq

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov “Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul” Qaydalarını təsdiqləyib. Trend-in məlumatına görə, bu Qaydalar Təhsil Nazirliyinin birbaşa tabeliyində olan lisey və gimnaziyalara, internat tipli təhsil müəssisələrinə, Bakı şəhərinin ümumi təhsil müəssisələrinə direktorların işə qəbuluna şamil edilmir. Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktorların […]

UNİCEF: Dünyada yaranan su qıtlığı 600 milyon uşağı ciddi təhlükə qarşısında qoyub

Su mənbələrinin sürətlə azalması səbəbindən 2040-cı ilə qədər dünyada hər 4 uşaqdan biri, yəni 600 milyon uşaq ölümlə üz-üzə qalacaq və ya xəstəlik risqi daşıyacaq. “Report” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu BMT-nin Uşaq Fondu (UNİCEF) açıqlayıb. Təşkilat iqlim dəyişiklikləri, gedərək artan quraqlıqlar və dünyanın bir çox yerində baş verən münaqişələr səbəbindən su qaynaqlarının sürətlə […]

Dövlət hesabına xaricdə oxuyan tələbələr öz ixtisasları üzrə işləyə bilirlərmi?

“Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın məzunlarının 95 faizi öz ixtisas istiqaməti üzrə, 5 faizi isə başqa sahədə fəaliyyətini davam etdirir. Trend-in məlumatına görə, 2015-2016-cı tədris ilində proqram çərçivəsində sonuncu sənəd qəbulu aparılıb və müsabiqə nəticəsində 373 tələbə dünyanın aparıcı ali məktəblərində təhsil almaq hüququ qazanıb. Bununla da Dövlət Proqramı çərçivəsində təhsil almaq […]

Fənn olimpiadalarının yarımfinal mərhələsinin nəticələri məlum olub

Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında keçirilən Respublika fənn olimpiadalarının yarımfinal mərhələsinin nəticələri məlum olub. Nəticələrə əsasən, fənn olimpiadalarının final mərhələsinə 534 şagird final tur üçün vəsiqə qazanıb. Şagirdlərin nəticələri rayon (şəhər) təhsil şöbələrinə( idarələrinə) göndərilib. Olimpiada iştirakçıları nəticələrini oxuduqları məktəblərdən əldə edə bilərlər. Final mərhələsində şagirdlər açıq tipli, isbat, izahat və həll […]

Birinci sinfə qəbul üzrə 15 000-dən çox sənəd verilib

Elektron sistem vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 15 000-dən çox sorğu yerləşdirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Modern.az-a verilən məlumata görə, onlardan 13 245-i ümumi təhsil məktəblərini, 1 820-si isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 30 faizinə bərabərdir. “Dövlət orqanlarının elektron […]

Təhsil Nazirliyi Novruz bayramı ilə bağlı məktəblərdə qeyri-dərs günlərini açıqlayıb.

    Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 2017-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı günləridir.   Nazirlikdən bildirilib ki, 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində martın 18-i, 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə martın 17-si dərs günüdür.   Qanunvericiliyin tələblərinə uyğun olaraq bayramdan sonra 6 günlük […]

Bakıda I sinfə qəbul üçün 9000-dən çox valideyn sorğu yerləşdirib

Elektron sistem vasitəsilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə qəbulla bağlı 16.03.2017-ci il (saat 18:00) tarixinə olan məlumata əsasən, 9334 nəfər valideyn sorğu yerləşdirib. Onlardan 8108 nəfəri övladlarının təhsil alması üçün ümumi təhsil məktəblərini, 1226 nəfəri isə lisey və gimnaziyaları seçib. Bakı […]

BANM-də Xonça Festivalı keçirilib

Bakı Ali Neft Məktəbində (BANM) Novruz bayramına həsr olunan Xonça Festivalı keçirilib. Bu barədə “Report”a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Festival Ali Məktəbin İngilis dili və humanitar fənlər mərkəzi tərəfindən təşkil olunub. Tələbələr 14 müxtəlif komanda tərkibində tədbirdə iştirak ediblər. Novruz bayramının Azərbaycanda, xüsusilə gənclər arasında geniş qeyd edilmə ənənəsi mövcuddur. Səməni və […]

UNEC-in tələbələri Bilğəhdə yerləşən uşaq sığınacaq evini ziyarət edilblər

Bu gün UNEC-in “Beynəlxalq münasibətlər” ixtisasınün 4-cü kurs tələbələri Bilğəhdə yerləşən uşaq sığınacaq evinin uşaqlarını ziyarət edilblər. Bu barədə Universitetin müəllimi Afət Seyidova özünün “Feysbuk”səhifəsində yazıb. Ata-ana qayqısından məhrum olan körpələrə bayram ğünlərində sevinc bəxş edən tələbələr onlara novruz sovqatı paylamışlar. Uşaqların bir gun də olsa  könüllərini ovundura bilən tələbələr uşaqlardan xoş təəssuratlarla ayrılmışlar . […]

9-da oxuyan qızını qətlə yetirən ata MƏHKƏMƏ QARŞISINDA

15 yaşlı qızını qətlə yetirməkdə təqsirləndirilən Nəsib Cabbarovun cinayət işi üzrə məhkəmə başlayıb. mektebgushesi.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı aprelin 4-nə təyin edilib. Qeyd edək ki, qətl keçən il iyulun 20-də Xırdalan şəhərində baş verib. Ağdam rayon sakini […]

Qaradağda itkin düşən məktəblinin meyiti tapılıb

İtkin düşən məktəblinin meyiti tapılıb.   Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, martın 15-də rayonun Qızıldaş qəsəbə sakini, 2004-cü il təvəllüdlü Toğrul Zaur oğlu Sultanovun itkin düşməsi barədə polisə məlumat daxil olub.   Bu gün səhər saatlarında isə onun meyiti Qızıldaş qəsəbəsinin ərazisindən keçən su kanalında aşkar edilib.   Hadisənin qətl, yaxud intihar […]

DİM: Buraxılış imtahanında 35 012 şagirdin iştirakı nəzərdə tutulub

Dövlət İmtahan Mərkəzinin (DİM) mart ayının 18-də keçirəcəyi 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsində 35 012 şagirdin imtahan verəcəyi nəzərdə tutulub. DİM-in mətbuat xidmətindən “Report”a verilən məlumata görə, buraxılış imtahanı Bakı (xüsusi məktəblər) və respublikanın 28 şəhər və rayonunda keçiriləcək. İmtahanlarda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə martın 9-dan etibarən çap […]

I sinfə qəbul qaydalarında ediləcək yeniliklər açıqlanıb

Bu ildən Bakıda keçiriləcək I sinfə qəbul qaydalarında bir sıra yeniliklər edilib.   APA-nın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə təşkilinə həsr olunmuş mətbuat konfransında bildirib ki, artıq bu ildən valideyn sənəd qəbulu zamanı müəllimi seçmək imkanı da əldə edəcək.  Onun […]

Bakı Slavyan Universitetində rus şairi M.Lermontov anılıb

Bakı Slavyan Universitetində (BSU) böyük rus şairi, dramaturq, rəssam Mixail Lermontova həsr olunmuş tədbir keçirilib. BSU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə M.Lermontovun həyatını əks etdirən slayd nümayiş olunub. Sonra universitetin tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov rus şairinin bütün yaradıcılığı boyu Qafqaz xalqlarının folkloruna, o cümlədən Azərbaycan xalq ədəbiyyatına bəslədiyi dərin məhəbbətdən danışıb. […]