Mektebgushesi

Ali təhsil ixtisaslarında dəyişiklik

Nazirlər Kabineti “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nda dəyişiklik edib Bu barədə  Nazirlər Kabinetindən Trend-ə məlumat verilib. Yeni qərara əsasən, “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın “Texniki və texnoloji ixtisaslar qrupu”na yeni ixtisaslar əlavə edilib. Həmin ixtisaslar sənaye mühəndisliyi, logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, şəhərsalmadır.   https://mektebgushesi.az/

Peşə təhsili müəssisələrində 15 yeni ixtisas üzrə kadr hazırlığına başlanılıb

Əmək bazarının tələbatını daha dolğun təmini ilə əlaqədar 2016-2017-ci tədris ilində mövcud ilk peşə-ixtisas təhsili müəssisələrində ölkə iqtisadiyyatının prioritet istiqamətlərinə və işəgötürənlərin sifarişlərinə əsasən “İlk peşə-ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”na əlavə olunmuş 15 yeni ixtisas üzrə kadr hazırlığına başlanılıb. Bunu təhsil-press.az-a Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Amil Əlili deyib. A.Əlili […]

Müəllimlər üçün ikinci sosial media seminarı keçiriləcək

Paytaxtda müəllimlər üçün ikinci sosial media seminarı təşkil ediləcək. Səbail və Pirallahı rayonlarındakı ümumi təhsil müəssisələrinin internet resurslarının məsul əməkdaşları üçün reallaşdırılan seminar Milli Olimpiya Komitəsinin, Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə reallaşdırılır. Seminarın keçirilməsinin əsas məqsədi sosial şəbəkələrdə ümumi təhsil məktəblərinin uğurlarının təbliği, yaxşı təcrübənin yayılması və sosial şəbəkələrdən düzgün istifadənin formalaşdırılması, […]

Gəncədə məktəblilər GDU-nu seçir

  Gəncə Dövlət Universitetinin şəhər orta məktəbləri ilə əməkdaşlıq əlaqələri Universitetin rektoru, professor Yusif Yusibovun 07.03.2017-ci il tarixli əmrinə müvafiq olaraq universitetimizin fəaliyyətinin təbliği ilə bağlı işçi qrupu yaradılmışdır. Həmin qrupun üzvləri Gəncə şəhəri 1, 23 və 8 nömrəli tam orta məktəblərdə 2017 –ci ilin aprelin 3 -də yüksək səviyyəli tədbirlər həyata keçirmişlər. İsmət Qayıbov […]

Azərbaycan Dillər Universitetində Frankofoniya Mərkəzi açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Frankofoniya Mərkəzi açılıb. Bu barədə AZƏRTAC-a ADU-dan məlumat verilib. Açılış mərasimində universitetin Fransa Məlumat Mərkəzinin mütəxəssisi Jalə Salmanova yeni mərkəz haqqında məlumat verdikdən sonra tələbələrin iştirakı ilə “Arşın mal alan” tamaşası fransız dilində təqdim olunub. Frankofoniya Universitet Agentliyinin Mərkəzi və Şərqi Avropa üzrə direktoru Mohamməd Ketata mərkəzin açılışından məmnun olduğunu bildirib. […]

Əlyazmalar İnstitutu Türkiyədə yaşamış həmyelimizin divanını əldə etmişdir

  AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov XIX əsrin sonları-XX əsrin əvvəllərində yaşamış Azərbaycan şairi Molla Əli Talibinin divanının əlyazma surətini Türkiyədən əldə etmişdir. Əslən qarabağlı olan, 1888-ci ildə Cəbrayılda dünyaya gəlmiş M.Ə.Talibi 1913-cü ildə Türkiyəyə köçərək, bu ölkənin müxtəlif yerlərində yaşamışdır. O,1943-cü ildə vəfat etmişdir. M.Ə.Talibi […]

“Bakı Marafonu 2017” ADMİU-nun qonağı olub.

  “Səda” Tədris Teatrında “Bakı Marafonu 2017”nin icraçıları və tərəfdaşları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri ilə görüşüb. Tədbirdə iştirak qaydaları, qeydiyyat prosesi, yol xətti və mükafatlar haqqında iştirakçılara ətraflı məlumat verilib. Marafon Heydər Əliyev Fondunun təşəbbüsü, Dənizkənarı Bulvar İdarəsinin və Bakı Olimpiya Stadionunun dəstəyi ilə həyata keçir. Əsas məqsəd idmanın inkişafına dəstək göstərmək […]

Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası keçiriləcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirlikləri, Heydər Əliyev Fondu, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə növbəti dəfə ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası keçiriləcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iki mərhələdən ibarət ənənəvi keçirilən olimpiada 17 May – Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunub. […]

AHİK-də tələbələrə adlı təqaüdlər və mükafatlar təqdim olundu

  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdlərinin və 2016-cı ildə beynəlxalq tədbirlərdə uğur qazanan bir qrup tələbəyə Fəxri Fərmanlar və pul mükafatlarının təqdim edilməsi mərasimi keçirilib. AHİK-i sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev tələbələri adlı təqaüdlər və mükafatlar almaları münasibətilə təbrik edib və onlara təhsildə yeni uğurlar […]

UNEC-in əcnəbi tələbələri Səməd Vurğunun ev-muzeyində

UNEC-in əcnəbi tələbələri Səməd Vurğunun ev-muzeyində olublar. UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-ə verilən məlumata görə, şairin nəvəsi, “Gənclər üçün Prezident Mükafatının laureatı”, Fransanın “Ecole Normale de Musique de Paris – Alfred Cortot” Musiqi Akademiyasının tələbəsi Vurğun Vəkilov tələbələrə muzey haqqında ətraflı məlumat verib. Onları yeni yaradılan “60-cılar nəsli” ekspozisiyası ilə tanış […]

Tələbələrdən örnək addım – ucqar kəndə kitab payladılar

Bakı Dövlət Universiteti Beynəlxalq Münasibətlər fakültəsinin III kurs SABAH qrupu tələbəsi Nigar Nuriyeva maraqlı bir layihəyə imza atıb. BakiPost.az xəbər verir ki, o, tələbə yoldaşları ilə  Quba rayonunun Xanəgah kəndində təhsil alan  məktəblilər üçün  onların əldə etməyə çətinlik çəkdiyi tədris vasitələrini toplayaraq məktəblilərə təqdim etmək üçün bir araya gəliblər. Bu layihə zamanı 400-ə yaxın kitab, test, […]

Bakı Dövlət Universitetində yeni mərkəz istifadəyə verildi

Bakı Dövlət Universitetinin Azercell Telekom MMC ilə əməkdaşlığı çərçivəsində Jurnalistika fakültəsində Barama Media Mərkəzinin açılışı olub. Açılış mərasimində BDU-nun rektoru, akademik Abel Məhərrəmov, Azercell Telekom MMC-in prezidenti Vahid Mürsəliyev, PAŞA Bankın nümayəndələri, qonaqlar, fakültənin professor-müəllim heyəti iştirak edib.   Çıxış edən rektor Abel Məhərrəmov bildirib ki, Azercell və PAŞA Bankın dəstəyi ilə yaradılan Barama Media […]

Lütfi Zadənin universitetindən bəşəriyyətə yeni töhfə- Robotlar danışacaq

Koliforniyanın Berkley Universitetinin apardığı elmi araşdırmanın nəticəsi olaraq, robotlar üçün yeni dil vahidi tətbiq edilib. Moderator.az xarici mediaya istinadən xəbər verir ki, robotlar üçün hazırlanan bədən dili proqramı onların ehtiyaclarını anlamaqda yardımçı olacaq. Həmyerlimiz Lütfə Zadənin çalışdığı və elə onun sayəsində süni intellekt nəzəriyyəsinin beşiyi olan Berkley Universiteti qeyri-səlis məntiqi robotların nitq prosesinə də tətbiq […]

BMT: Son 2 ildə Yəməndə 1,5 minə yaxın uşaq öldürülüb

Son 2 ildə Yəməndəki hərbi konflikt zamanı 1,5 minə yaxın uşaq öldürülüb. “Report” “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini Stiven O Brayen Yəmən hökuməti ilə üsyançılar arasında davam edən qarşıdurmanın ikinci ildönümü ilə əlaqədar yazılı bəyantla çıxışında bildirib. “Yəməndə münaqişənin danışıqlar vasitəsilə nizamlanmasına dair hərtərəfli beynəlxalq səylərə […]

Bayramın Mübarək Azərbaycan Əsgəri!-VİDEO

https://www.youtube.com/watch?v=QmLZOGwXg7Y   Bakı şəhər sakinləri Azərbaycan əsgərini Novruz Bayramı münasibəti ilə təbrik ediblər. Qrinviç Təhsil Mərkəzinin təşəbbüs və təşkilatçılığı, şəhər sakinlərinin iştirakı ilə hərbi xidmətdə olan Azərbaycan əsgərlərinə olan rəğbəti, sevgini, dəyəri ehtiva edən video çarx hazılanıb. 20% torpaqları işğal altında olan ölkədə öz canını qurban verməyə hər an hazır olan insanların, Azərbaycan əsgərinin necə […]