Mektebgushesi

Akademik Teymur Kərimli – “Sensasion əlyazmalar aşkarlana bilər…”

Dünyanın müxtəlif ölkələrində Azərbaycana məxsus çox sayda əlyazmalar var. Vaxtilə hansısa formada xarici ölkələrə aparılmış, sonradan müxtəlif kitabxana və muzeylərdən sorağı gələn həmin əlyazmalar haqqında məlumat almağın, onların ölkəyə gətirilməsinin vacibliyi barədə vaxtaşırı fikirlər səslənir. Bu əlyazmalar əsasən hansı ölkələrdədir və onların Azərbaycana gətirilməsi istiqamətində hansı işlər aparılır? Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsinin […]

İrina Kunina: “Braziliya, Argentina və Uruqvay səfəri çox uğurlu keçdi və xoş təəssüratlar yaratdı”

Bir müddət əvvəl Braziliya, Argentina və Uruqvayda Azərbaycan multikulturalizm modeli ilə bağlı uğurlu silsilə seminarlar təşkil olunub. Seminarla bağlı professor İrina Kunina ilə müsahibəni təqdim edirik. – Səfərinizin məqsədi haqqında məlumat verməyinizi xahiş edirik. – Bakı Beynəlxalq Multkulturalizm Mərkəzinin layihəsi cərçivəsində Azərbaycan multkulturalizmi kursu Azərbaycanın 40, dünyanın 20 aparıcı universitetlərində tədris olunur. Braziliya Universiteti bu […]

Heç kim bilmir ki, rəqs məktəbi hazırda Şimali Karolina ştatında yaşayan Gülnarə Əsgərovanın adını daşıyır

Bəlkə də çox adam bilmir ki, 1999-cu ildən Bakıda fəaliyyət göstərən “Gülnarə” rəqs məktəbi hazırda Şimali Karolina ştatında yaşayan Gülnarə Əsgərovanın adını daşıyır.Deyir ki,- “Mən o məktəbin müəllimi olmuşam. Heç ağlıma da gəlməzdi ki, oradan gedəndən sonra rəhbərlik məktəbə mənim adımı versin”- http://www.reqs-mektebi.az-baku.com/history.html Sadə azərbaycanlı ailəsində böyüyüb boya-başa çatıb. Çalışqan, iradəli, əzmkar xanımdır. Xeyirxah əməllərdən zövq […]

İlham Əhmədov: Təhsil mürəkkəb dinamik sistemdir

İnkişaf etmiş ölkələr davamlı inkişafa təhsil vasitəsi ilə nail olmuşlar. Çünki dövlətin gücü onun təbii sərvətləri ilə deyil, insan kapitalı, elmi potensialı ilə müəyyən edilir. Elm, təhsil bu gün artıq milli təhlükəsizliyin əsas amilləridir. Yeni dərs ili yaxınlaşdıqca, təhsil məsələləri daha çox gündəmi zəbt edir. Bu günkü mövzumuz da ölkədə təhsilin vəziyyəti ilə əlaqədardır. Müsahibimiz […]

Misir Mərdanov: “Vəsiyyət edərdim ki, başdaşımın üzərinə bu kitablarımın şəkli vurulsun”

Mektebgushesi.az AzEdu.az -a istinadla AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Azərbaycanın sabiq Təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanovla  müsahibəni təqdim edir: -Misir müəllim, hər zaman elm və təhsilin inteqrasiyasının vacibliyindən danışmışınız. Bu tandem  rəhbəri olduğunuz institutun nümunəsində necə təcəssüm olunur? –Bu yaxınlarda institutumuzun 60 yaşı tamam oldu. Burada hər zaman elm və təhsil  paralel […]

UNEC-dən dünyaya: “İtaliyada təhsil almaq imkanı qazanan 4 tələbədən biri oldum”

“UNEC-dən dünyaya” layihəsi mübadilə proqramı ilə xaricdə təhsil alan tələbələrini tanıtmaqda davam edir. Layihənin budəfəki müsahibi UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) “Dünya iqtisadiyyatı” ixtisası üzrə tələbəsi Mehin Əmiraslanovadır. O, Erasmus+ beynəlxalq mübadilə proqramı çərçivəsində bir semestr İtaliyanın Sapienza Universitetində təhsil alıb. Mehin Sapienza Universitetindəki təəssüratlarını UNEC News-la bölüşüb. Mektebgushesi.az müsahibəni təqdim edir: “Azərbaycandan Sapienza Universitetində təhsil […]

Ömər Eldarov: Tələbələrin əl işləri şəhərdəki bir çox əsərlərdən daha uğurludur

Ölkədə istər yerli, istər beynəlxalq rəsm, heykəltəraşlıq müsabiqəsi elan edilir, nəticədə isə hər zaman eyni adlar, eyni şəxslər seçilir. 92 yaşım var və bu gün məni narahat edən Akademiyamızda yetişən istedadlı gənclərin kəşf edilməməsidir.  Mektebgushesi.az xəbər verir ki, Oxu.Az Xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovla müsahibəni təqdim edir: – Ömər müəllim, özünüzü necə hiss […]

Şimali Karolinada milli musiqimizi təbliğ edən azərbaycanlı xanım

Adət və ənənələrimizə çox bağlı insandır. Uzun illər Amerikada yaşamasına baxmayaraq, milli kimliyini hələ də itirməyib. Əsl azərbaycanlı xanımına xas olan görkəmi, mədəniyyəti, davranışı onu daha da möhtəşəm göstərir. Son dərəcə duyğusal və romantik bir xarekterə malikdir. İntuisiyası güclü olduğundan olacaqları öncədən hiss edə bilir. İncə ruha sahibdir, gözəllikdən zövq almağı bacarır. Həssas musiqi duyumu […]

Sevgilisini vəhşicəsinə öldürən professor – Başını mişarla bədəndən ayırıb, sonra isə…

Rusiyanın tanınmış tarixçi professoru Oleq Sokolov keçmiş tələbəsini, həm də sevgilisini öldürdüyünü etiraf edib. AzEdu.az xəbər verir ki, bu barədə Rusiya mediasında məlumatlar yayılıb. Professorun vəkilinin dediyinə görə, Oleq Sokolov bu etirafı Neva çayının sağ qolu olan Moyka çayında qadının qolları içində olan çantası tapıldıqdan sonra edib. Məlumata görə, 63 yaşlı  Oleq  Sokolov sərxoş olub və […]

Göyçək Əliyeva: “İlk gündən hər bir uşağa fərdi yanaşmağa üstünlük verirəm”

Göyçək Əliyeva 1956-cı ildə Cəbrayil rayonunun Soltanlı  kəndində  anadan olub.  1973-cü ildə Soltanlı kənd orta məktəbini bitirib. 1978-ci ildə M.Ə.Sabir adına Şamaxı  Pedaqoji  Texnikumunu  bitirdikdən sonra Soltanlı kənd tam orta məktəbində 14 il ibtidai sinif müəllimi işləyib. İşləyə-işləyə də 1991-ci ildə V.İ.Lenin adına  Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ibtidai sinif müəllimliyi  fakültəsini  bitirib. Cəbrayıl rayonu erməni […]

Gömrük Akademiyasının məzunu: “Akademiyada əldə etdiyim biliklər köməyimə çatır”

Məmmədzadə Günel Ərşad qızı Dövlət Gömrük Komitəsinin Akademiyasının “Hüquqşünaslıq” ixtisasının bu ilki məzunlarından biridir və hazırda Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Terminal-1 Beynəlxalq Hava Limanı gömrük postunun sərnişin şöbəsinin inspektoru vəzifəsində çalışır. Mektebgushesi.az Günel Məmmədzadə ilə müsahibəni təqdim edir. Günel, hazırda gömrük xidmətində çalışırsınız. Hansı işləri yerinə yetirirsiniz? – Malların gömrük sərhədindən […]

Tural Mirzəliyev: İnanıram ki, tədbirimiz məktəblilərin Nəsimi yaradıcılığına marağının artmasına töhfə verəcək

Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı çərçivəsində keçirilən tədbirlər mütəfəkkir şairin yaradıcılığının məktəblilər arasında təbliğində mühüm rol oynayır. Bu fikirləri noyabrın 7-də Bakı şəhəri 175 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbirdə AZƏRTAC-a müsahibəsində məktəbin direktoru Tural […]

Olimpiadanın qalibi olmuş şahmatçımız: 11-ci sinifdə oxuduğuma görə dərslərimə diqqət yetirəcəyəm

Türkiyənin Çorum şəhərində 16 yaşadək şahmatçılar arasında Ümumdünya Yeniyetmələr Olimpiadasının qalibi olan Azərbaycan milli komandası Bakıya qayıdıb.  Mektebgushesi.az OXU.az -a istinadən xəbər verir ki, yığma üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında federasiya rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri və jurnalistlər qarşılayıb. Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov əldə olunan nəticəni böyük uğur kimi dəyərləndirib: “İndiyə qədər Azərbaycan […]

Sabiq Təhsil Naziri Misir Mərdanov: “Jurnalistlər bilərək, məni siyasətə çəkmək istəyirlər”

aİTV-də efirə gedən “3D” verilişinin budəfəki qonağı sabiq Təhsil naziri Misir Mərdanov olub.Oxu.Az xəbər verir ki, sabiq nazirlə verilişin aparıcısı Dadaş Dadaşlinski arasında maraqlı söhbət baş tutub.Misir Mərdanov bildirib ki, vəzifədən çıxandan sonra dostlarının sayı daha da çoxalıb:“Məni axtaranlar artıb. Tam səmimi deyirəm. Vəzifədə olanda çox adamla təmasda ola bilmirsən. Vəzifədən çıxandan sonra təmas çoxalır”. Aparıcının […]

9 yaşında ABŞ-da hekayələr kitabı nəşr olunan azərbaycanlı qız

Fatima Askerin cəmi 11 yaşı var. ABŞ-ın Şimali Karolina ştatında yaşayır. Hələ 3-cü sinifdə oxuyarkən ilk kitabı ABŞ-da ingilis dilində işıq üzü görüb. Bəlkə də dünyada yaşayan yaşca ən kiçik azərbaycanlı yazıçıdır… O, 2008-ci ilin fevral ayının 12-də, qarlı, şaxtalı bir gündə, Kanadada dünyaya gəlib. Həmin gün termometrin şkalası mənfi qırx beş dərəcəni göstərirdi…Hazırda Şimali […]