Mektebgushesi

“Şəhərsalma bu günün və gələcəyin ixtisasıdır”

Sabir Orucov: “BMU-da şəhərsalma üzrə daha geniş biliyə malik mütəxəssislərin hazırlanması hədəflənib” Müsahibimiz Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və dizayn kafedrasının müdiri, əməkdar memar, professor Sabir Orucovdur. – Sabir müəllim, BMU-da yeni yaradılan ixtisaslardan biri də şəhərsalma ixtisasıdır. Bu ixtisas sahiblərinə əsasən, hansı bilkilərin verilməsi hədəflənib? – Bəli, qeyd etdiyiniz kimi şəhərsalma ixtisası BMU-da açılan […]

Azərbaycanı Kanadada ləyaqətlə təmsil edən xanım

Əzmlidir, yorulmadan çalışmağı bacarır. Onun üçün müvəffəqiyyət qazanmaq çox əhəmiyyətlidir. Hansı işə əl qoydusa çalışır ki, sonu uğurla nəticələnsin. Şən, mehriban, gülərüz, incə zövqlü xanımdır. Fikirlərini elə ifadə edir ki, maraqlı olduğundan həmsöhbəti heyran qalır… Haqqında söhbət açdığım Naznaz Sadıqova Bakıda dünyaya gəlib, bu şəhərdə böyüyüb başa çatıb. 1984-cü ildə 138 nömrəli orta məktəbi bitirib. […]

Professor Aleksandr Saletski: MDU-nun Bakı Filialı 2020-ci ildən fizika üzrə magistr hazırlığına başlayacaq

2020-ci ildə fizika fakültəsində bakalavr üzrə ilk məzun buraxılışı olacaq. Habelə 2020-ci ildən fizika fakültəsi üzrə magistratura fəaliyyət göstərəcək. Mektebgushesi.az-ın məlumatına görə, bunu AZƏRTAC-a müsahibəsində ali təhsil müəssisəsinin fizika fakültəsinin elmi-tədris işinin əlaqələndirilməsinə məsul, ümumi fizika kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru, Aleksandr Saletski söyləyib. O bildirib ki, fizika fakültəsi, ümumiyyətlə, MDU-nun ən güclü fakültələrindən biridir. […]

Ramiz Rövşən: “Qadını biz alçaltmışıq, aşağı salmışıq”

“Hələlik düşüncəmiz yerindədir, amma bir az ayağımda problemlər var”. Bu sözləri Xalq şairi Ramiz Rövşən Oxu.Az-ın əməkdaşı ilə söhbətində dilə gətirib. “Həkim nəzarətindəyəm. Zaman-zaman gedib müayinələrdən keçirəm. Bir ay kurs keçəcəyəm, düzələcək hər şey. Bizim xəstəliyimiz maraqlı deyil insanlara”.Nəsimi ilə çərçivəsində dahi şairin qəzəlinə bir çox müğənnilər mahnı ifa ediblər. Ancaq bu mahnılar cəmiyyət tərəfindən […]

“Şagirdlərim mənə yaxşı insan olmağı öyrətdilər”

Rusiyada artıq 30 ildir ki, ölkənin ən yaxşı müəlliminin müəyyən edilməsi üzrə müsabiqə keçirilir. Bu ilin yanvar ayından start götürən “İlin müəllimi-2019” müsabiqəsində Volqoqraddan olan rus dili və ədəbiyyatı müəllimi, 29 yaşlı Larisa Araçaşvili qalib gəlib. Oktyabrın 5-də müəllimlərin peşə bayramı – Beynəlxalq Müəllimlər Günündə L.Araçaşvili Kremldə keçirilən mərasimdə Rusiyanın ən yaxşı müəllimi elan olunub. […]

 Valeh Məmmədov: “İstəyirəm ki, şagirdlər gördüklərini sözlə ifadə edə bilmək bacarığına yiyələnə bilsinlər”

“Şagirdlər cəmiyyətdə gördükləri mənfi halları işıqlandırmalı və onun təbliğatçısına çevrilməlidilər”. Mektebgushesi.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III qrant müsabiqəsində “Deməyə sözümüz var” layihəsi ilə qalib olan Valeh Məmmədov deyib. O, Tovuz şəhər N.Tusi adına təbiət və texniki fənlər təmayüllü məktəb-liseyində riyaziyyat müəllimi olaraq fəaliyyət göstərir. Valeh Məmmədov layihənin məqsədi haqqında […]

Pozneri mat edən Arzu: “Mən həm də universitetdə dərs deyirəm, professor köməkçisiyəm”

“Rusiyanın “tanınmış jurnalisti” Vladimir Poznerin iştirak etdiyi mühazirə  çox darıxdırıcı keçirdi. Hər kəs mühazirədən çox maraqlı və yeni məlumatlar gözləyirdi. Amma heç nə gözlənilən kimi olunmadı. Çünki, Poznerin fikirləri köhnə və geridə qalmış idi” Mektebgushesi.az xəbər verir ki, bu sözləri AzEdu.az-a ABŞ-ın Kaliforniya ştatında rusiyalı  telejurnalist, ermənipərəst mövqeyi ilə seçilən Vladimir Poznerlə təşkil edilən görüş […]

Gömrük Akademiyasının tələbəsi: “Akademiyada gözləntilərim doğrulur”

Şəfiyev Murad Şahin oğlu 20 aprel 2002-ci ildə Bakı şəhərində anadan olub, Səbail rayonu H.Mahmudbəyov adına 2 saylı Texniki-Humanitar liseyini bitirib. 2019/2020-ci tədris ilində I ixtisas qrupu üzrə 627.5 bal toplayaraq Dövlət Gömrük Komitəsinin Akademiyasının “İnformasiya təhlükəsizliyi” ixtisasına daxil olub. Mektebgushesi.az Murad Şəfiyevlə müsahibəni təqdim edir:Orta məktəb illərində ən çox marağınız olan fənn hansı idi? […]

Allahverdi Yulçuyevin məktəb xatirələri

Müsahibimiz ekranlardan görüb tanıdığınız aktyor Allahverdi Yolçuyevdir. Əslən Qərbi Azərbaycanın Pəmbək bölgəsinin Cəlaloğlu mahalından olan tanınmış aktyor uşaqlıq xatirələrindəki unudulmaz anları Modern.az-la bölüşüb. Mektebgushesi.az müsahibəni təqdim edir: “Mənim kəndim…” – Mənim kəndim Gürcüstan bölgəsinə yaxın bir ərazidə yerləşir. Cəlaloğlu mahalı o qədər gözəl idi ki, elə bilirdin bir cənnətdir, yaşıllıqlar qoynuna girmiş doğma kəndim… Kəndimlə […]

Flora Hacıyeva: “Özünüzdən sonra gələn gənc nəslin inkişafında yaxından iştirak edin”

“Çox istəyərdim ki, elmi məktəb formalaşdırım” Ötən əsrin əvvəllərində müstəqillik ideallarını əsas tutan cümhuriyyət qurucularının ilk həyati hədəflərindən biri ölkədə elm və təhsilin inkişafına təkan verəcək nümunəvi universitetin yaradılması idi. Elə bir universitet ki, müstəqil dövlətin elmi potensialını üzə çıxara bilsin, azadlıq və sivil dünyaya inteqrasiya yolunu seçən gənc dövlətin elmi bünövrəsini qoyaraq ona dayaq […]

“ASAN Məktəb” – yeni və uğurlu idarəetmə modeli

Mirzə Ələkbər Sabir adına Astara şəhər 1 nömrəli tam orta məktəb rayonumuzun ən qocaman təhsil ocaqlarındandır. Bir əsrdən artıq yaşı olan olan məktəb kifayət qədər zəngin inkişaf yolu keçmişdir.  Məktəbimiz  2007-ci ildə əsaslı, 2016-cı ildə isə cari  təmir edilib. Burada 570 şagirdin təlim-tərbiyəsi ilə 62 müəllim məşğul olur. Bütün  müəllimlərimiz   Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin […]

Gömrük Akademiyasının tələbəsi: “Düzgün seçim etdiyimə əminəm”

Vəliyev Oruc Mansur oğlu 4 dekabr 2000-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dizə kəndində anadan olub. Dizə kənd tam orta məktəbini bitirib. 2019/2020-ci tədris ilində III ixtisas qrupu üzrə 633 bal toplayaraq Dövlət Gömrük Komitəsinin Akademiyasının “Hüquqşünaslıq” ixtisasına daxil olub. O, 2019/2020-ci tədris ilində Akademiyaya “Hüquqşünaslıq” ixtisası üzrə ən yüksək bal toplayaraq qəbul olan […]

Gülçöhrə Məmmədova: Tikinti-quruculuq işləri memarlıq, dizayn və şəhərsalma ixtisaslarına marağı artırıb

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova Memarlıq fakültəsinin birinci kurs tələbələri ilə görüşüb. AzMİU-dan Mektebgushesi.az-a bildirilib ki, tədbirdə çıxış edən Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova rektorla tələbələrin görüşlərinin artıq ənənə halını aldığını deyib. Dekan ümumilikdə fakültəyə 285 tələbənin qəbul olunduğunu, onların əksəriyyətinin 300-500 bal arası nəticə göstərdiklərini, qəbul olan 10 nəfərin […]

Aydın Süleymanlı: “Özümə inanırdım ki, çempion olacağam”

“Təhsil” Respublika İdman Mərkəzinin 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Aydın Süleymanlı Hindistan Respublikasının Mumbay şəhərində 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında keçirilmiş şahmat üzrə dünya çempionatında 11 oyundan 9 xal yığmaqla 14 yaşlı oğlanlar arasında dünya çempionu olub. 14 yaşlıların yarışına ilk turlardan liderlik edən Aydın Süleymanlı […]