Mektebgushesi

Əfqan Abdullayev: “Vüsalə Ağabəylinin dekan kimi hansı nöqsanlara yol verdiyi faktlarla sübuta yetirilir”

Mektebgushesi.az Azərbaycan Dillər Universitetinin prorektoru, professor Əfqan Abdullayevlə müsahibəni təqdim edir. – Azərbaycan Dillər Universitetindəki hazırkı tədris və təhsil keyfiyyətini, aparılan islahatları necə qiymətləndirirsiniz?  – ADU-da tədris prosesi hal-hazırda qüvvədə olan tədrisə dair mövcud hüquqi-normativ sənədlər əsasında, o cümlədən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-ci il 23 aprel tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil […]

MİQ-də yüksək bal toplayan müəllim: “2 balı kurikulumla bağlı sualda itirdiyimi düşünürəm”

“Suallara 3 dəfə baxdıqdan sonra belə 40 dəqiqə vaxtım qalmışdı”­ Mektebgushesi.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında ibtidai sinif üzrə müəllimlərin işə qəbulu imtahanında ən yüksək nəticə  göstərən iştirakçılardan  Sara Xəlilova deyib: “Orta məktəbi Qaradağ rayonu, Ələt qəsəbəsi 127 nömrəli məktəbdə oxumuşam. 2015-ci ildə IX sinfi bitirib, təhsilimi pedaqoji kollecdə davam etdirdim.  2019-cu ildə […]

“Cənub xəbərləri” cənubun aynasıdır

Hər anın öz hökmü, hər günün öz gündəmi var. Bu gün milli mətbuat günü olduğu üçün bilirəm ki, mətbuatımızdan, müasir jurnalistikadan danışanların sayı da çox olacaq. Kimisi mətbuatımızın bugünkü durumunu pisləyib, jurnalistləri qınayacaq, kimisi də qazanılan uğurlardan danışacaq. Bu çoxluğun içində qürbətdə yaşan bir qələm adamı kimi mən də bir neçə kəlmə söyləmək istəyirəm. Axı […]

Qulu Novruzov: “Bizim əsas missiyamız yetkin şəxsiyyətlər yetişdirməkdir”

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov abituriyentlər və onların valideynləri ilə görüş zamanı bildirib ki, Akademiyada Dövlət Gömrük Komitəsinin əmək bazarının tələblərinə uyğun mütəxəssislər yetişdirilir. O, tədris prosesinin aparılması üçün vacib olan bütün faktorların tədbiq edildiyini, ən peşəkar mütəxəssislərin tədrisə cəlb olunduğunu qeyd edib. Qulu Novruzov 2019/2020-ci tədris ilindən başlayaraq I ixtisas […]

Türkiyədə özəl studiyası olan azərbaycanlı xanım

Deyir ki,- “Qazandığım uğurlara görə göydə Allaha, yerdə valideynlərimə, bir də həyat yoldaşıma borcluyam”… Atası Oqtay Kərimov psixologiya elmləri namizədidir. Bakı Dövlət Universitetində kafedra müdiri işləyib. Hazırda təqaüddədir. Anası Tahirə xanım isə uzun illər indiki Bakı Musiqi Akademiyasında çalışıb, sənətşünaslıq elmləri namizədidir. Ömür-gün yoldaşı Ertan Sarı ixtisasca kimyaçıdır. Ankarada Enerji Bakanlığında işləyir. İki övladı vardır. […]

Ayrılığın xəritəsini cızan adam

Elman Eldaroğlu tən ortasından ayrılıq kəməri ilə şimal və cənuba bölümüş Azərbaycanın şimalda bitən, cənubda başlayan, başlanğıcı sayılan Yardımlı rayonundandır. Amma özü azərbaycanın kiçik modeli olan Sumqayıtda dünyaya göz açıb. Kim deyir ki, ayrılığın dili olmur. Ayrılığın dili qəmdi, kədərdi, ağrıdı, acıdı. Əkin–biçin vaxtı əli avtomatlı əsgərlərin ciddi nəzarəti altında sərhəddə tikanlı məftillərdən bir–birinə boylanıb […]

Kamal Abdulla: “ADU-nu maraqlı və faydalı perspektivlər gözləyir”

Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla ilə müsahibəni təqdim edirik. ˗ Kamal müəllim, artıq yay imtahanları sona çatdı. İmtahanların nəticəsini və ümumiyyətlə, tədris ilinin sonunu necə qiymətləndirmək olar? – İmtahanların nəticəsi müsbət oldu və sessiya zamanı universitetin bütün əməkdaşları – müəllimlərdən başlamış tələbələrə qədər hamı çox ciddi şəkildə bu prosesə yanaşdılar. Üç […]

Gəncliyinin son gününü yaşayan Qan Turalı…

Sovet hökuməti dağılandan sonra Azərbaycanda şair və yazıçıların sayı günbəgün artmağa başladı. Kitab çapı əl çatan olduğundan işıq üzü görən kitablar da çoxaldı. Əli qələm tutan, həvəsi olan hər kəs yazıb yaratmağa can atdı. Nəticədə yazarlardan ibarət böyük bir ordu yarandı. Və bu çoxluğun arasında az sayda insanlar istedadı, peşəkarlığı ilə fərqlənə bildi. Onlardan biri […]

Respublikanın ən güclü ibtidai sinif müəllimləri

Müəllimlərin işə qəbulu üzrə müsabiqəsinin növbəti test imtahan  mərhələsi keçirilib. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinin növbəti günündə ibtidai sinif müəllimi olmaq istəyənlər imtahanda iştirak ediblər. Mektebgushesi.az xəbər verir ki, İmtahanda iştirak edən müəllim namizədlərindən 4 nəfər ən yüksək nəticəni göstərib. Onlar təəssüratlarını AzEdu.az ilə bölüşüblər. Türkan Nəsirova  ADPU  İbtidai təhsil fakültəsini 2016-cı ildə […]

Nəsiminin dərisinin soyulmadığını iddia edən xanım

Hər hansı bir tarixi şəxsiyyətin həyat və yaradıcılığını araşdırıb, heç kimin bilmədiyi faktları üzə çıxarmaq, onu fərqli şəkildə təqdim etmək çox çətindir. Tədqiqatçıdan böyük hünər, ciddi təhlil, dərin savad tələb edir. Haqqında söhbət açmaq istədiyim filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva neçə illərdir ki, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığını araşdırır. Bu istiqamətdə […]

Mübariz Örənin ad gününə Amerikadan soydaş təbriki…

Deyir ki,- “Yaşca gənc olmasam da, ədəbiyyatda özümü gənc sayıram: yaradıcılıqda təzəyəm. Planlar, perspektivlər də öz yerində… O ki qaldı, bugünkü mövqeyimə. Məncə burda iki incə məqam var: bir var, yazıçının əsərləri ədəbiyyatda özünə yer eləyir, mövqe tutur, – əsas olan budur və bu baxımdan bəxtim deyəsən bir az gətirib: hekayələrim özümdən fərasətli çıxıb, bir […]

Əliağa Vahidin haqqında şeir yazdığı dostu

Bu dünyada elə işıqlı insanlar olub ki, onları unutmaq qəbahətdir. Heç olmasa on ildən bir, yubiley tarixlərində onları anmaq, gənc nəsillərə nümunə göstərmək lazımdır. Belə insanlardan biri də 1925-ci ildə Təbrizdə anadan olmuş, 1941-1946-cı illərdə Cənubi Azərbaycanda baş verən hadisələrin fəal iştirakçısı, rəhmətlik Qafar Kəndli idi. O, Seyid Cəfər Pişəvərinin silahdaşlarından biri olub. Sonradan Sovet […]

Miço Kapoya oxşamaq istəyən Türkiyədə yaşayan azərbaycanlı

Böyüyəndə görkəmli fizik, yapon əsilli amerikalı Miço Kapoya oxşamaq istəyirdi. Böyüdü, fizik olmasa da riyaziyyatçı oldu. Və bu sahədə elmi araşdırmalar apararaq alimlik dərəcəsinə də yiyələndi. Amma günlərin birində nədənsə köhnə istəyindən vaz keçib, jurnalist fəaliyyətinə başladı. İlk vaxtlar yazıları Türkiyənin “Milliyət”, “Zaman” qəzetlərində çap olundu. Bir qədər sonra Azərbaycanda ilk dəfə olaraq Azərbaycan-Türk müştərək […]

Kamran Ramazanlı: Gürcüstanda təcili Azərbaycandilli pedaqoji universitet yaradılmalıdır, əks halda…”

“Gürcüstanda azərbaycanlıların təhsil aldığı milli məktəblərdə pedaqoji kadr çatışmazlığı var. Bu problemin aradan qaldırılması üçün Tiflisdə pedaqoji universitet təsis edilməlidir. Əks təqdirdə yaxın perspektivdə Gürcüstanda milli məktəblərimiz olmayacaq”.   Bu sözləri AzEdu.az-a açıqlamasında Qafqaz ölkələri üzrə araşdırmaçı Kamran Ramazanlı deyib: Onun sözlərinə görə, Gürcüstanda azərbaycanlıların təhsil aldığı milli məktəblərdə çalışan pedaqoji kadrların 80%-i təqaüdçüdür: “Son məlumata görə, Gürcüstanda azərbaycanlıların […]

ABŞ-ın 5 universitetinə qəbul olmuş Bakı Ali Neft Məktəbinin məzunu İlqar Bağışov: “Ən böyük arzum professor olmaqdır”

Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisası üzrə yenicə məzun olmuş İlqar Bağışov BP-dən iş təklifi almağına baxmayaraq, təhsilini davam etdirməyə üstünlük verib və tam təqaüdlə magistraturaya qəbul olunduğu ABŞ-ın 5 universitetindən birini – Ostindəki Texas Universitetini seçib. O, həmçinin bu universitetdə yüksək maaşla professor köməkçisi olaraq çalışacaq. İlqarın qəbul olunduğu digər ABŞ universitetləri […]