Mektebgushesi

“Ədəbiyyat ideologiyanın əsirinə çevrilirsə, obyektiv ola bilməz”- Dilbər Zeynalova

Müsahibimiz Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Dilbər Zeynalovadır. – Dilbər xanım, öncə sizi yaxından tanıyaq. – Mirzə Fətəli Axundov adına Azərbaycan Pedoqoji Rus dili və Ədəbiyyatı (indiki Slavyan Universiteti) İnstitutunu fərqlənmə diplomu ilə bitirmişəm. Universiteti bitirəndən sonra Elmi Şuranın qərarı ilə aspiranturada təhsilimi davam etdirmək barədə qərar verilmişdi. Lakin […]

Elman Eldaroğlu: Amerikalıda mənəviyyat zəif, təfəkkür güclüdür

Elman Eldaroğlu imzası hər kəsə tanışdır. Azərbaycanda, Yardımlı rayonunda doğulub, boya başa çatıb, “Yardımlı Xeyriyyə Cəmiyyəti”nin sədri olmaqla yanaşı jurnalist fəaliyyəti ilə də məşğul olub. Elə indi də bu görəvləri davam etdirir. Baxmayaraq ki, uzaqda yaşayır. Hər gün bizləri okeanın o tərəfindəki xəbərlərlə məlumatlandırır, Amerikada yaşayan azərbaycanlıların uğurlarından bəhs edir, bizi bizlərlə tanış edir.Müstəqil.Az Miçeqanda […]

Florida ştatına Allahın töhfəsi- Töhfə xanım…

Ailənin yeganə övladı olduğuna görə valideynləri onun hərtərəfli yetişməsi üçün əllərindən gələni əsirgəməyiblər. Hələ dörd yaşı olanda Neft-Kimya Prosesləri İnstitutunda elmi kitabxananın müdiri işləmiş anası Rəhilə Məmmədova onu yazıçı Mirzə İbrahimovun qızı Sevda xanımın yanına aparıb. Və orta məktəbə gedənədək ondan fortepiano dərsləri alıb. Beş yaşından yeddi yaşınadək Yuri Qaqarin adına Pionerlər Evində balet dərnəyinə […]

Azərbaycanın UNESCO-da səfiri: “Şəki şəhərinin tarixi hissəsi və Xan Sarayı artıq ümumbəşəri irs sayılır”

Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimovun APA-ya müsahibəsi – Cənab səfir, Şəki şəhərinin tarixi hissəsinin və Xan Sarayının Ümumdünya İrs Siyahısına salınması ilə bağlı müzakirələr olduqca gərgin şəraitdə keçdi. Müzakirələri necə qiymətləndirirsiniz? – Özünüz də müşahidə etdiniz, gərgin müzakirələr idi. Bu onun göstəricisidir ki, hansısa bir irs nümunəsinin Ümumdünya İrs Siyahısına salınması heç […]

Elman Eldaroğlu -Hər kəs öz taleyini yaşayır…

İnsanlar oxşar həyat tərzi keçirsələr də, barmaq izləri təki bir-birini təkrarlamırlar. Necə deyərlər, bu dünyada kimsə kimsəni əvəz edə bilmir. Hər kəs bir fərd olaraq fərqli ömür yaşayıb, öz təyinatını icra edir. Onun da öz təyinatı vardır, varlığına biçilən taleyi yaşayır… 1950-ci ildə Cəbrayıl rayonunun Kavdar kəndində doğulandan üzü bəri çox uzun yol keçib. Dörd […]

Sevda Qocayeva: “Mentalitet valideynlərdə “şagird mütləq repetitor yanına getməlidir” fikrini formalaşdırıb”

“Əvvəl müəllimə münasibət itaət xarakterli idi. Onun ağzından çıxan söz Quran ayəsi kimi qəbul olunurdu. İndi isə qarşılıqlı hörmət var. Şagird sərbəst şəkildə müəllimə fikrini deyə, haqlı iradını bildirə bilir”.  Sevda Qocayeva təhsil mühitinə hələ 1975-ci ildə müəllim kimi gəlib. 1988-ci ildə 264№-li məktəb-liseydə fəaliyyətini müəllim kimi davam etdirən Sevda xanım 1993-cü ildə həmin məktəbin […]

Yaradıcılığı ilə həyatı bir-birini tamamlayan xanım

Bütün ömrü boyu jurnalist işləsə də onu sizə publisist kimi təqdim etmək istəyirəm. Çünki jurnalistika ixtisasdır, məktəbi vardır. Jurnalistin əsas fəaliyyəti cəmiyyətdə baş verən hadisələri araşdırıb, öz yazılarında əks etdirmək, ictimaiyyəti məlumatlandırmaqdır. Amma publisistika jurnalistikanın bir qolu sayılsa da daha çox istedadla bağlıdır… Publisistika latın dilindən tərcümədə “ictimai” deməkdir. İctimaiyyət üçün qələmə alınan yazılar isə […]

Amerikalı gəncin Azərbaycan sevdası

Amerika Birləşmiş Ştatları elm-təhsil sahəsində dünyanın inkişaf etmiş dövlətlərdən biri olsa da, burada Azərbaycanı bir ölkə kimi çox az sayda adam tanıyır. Hansı ölkədən gəldiyini, Azərbaycanın harada yerləşdiyini soruşanlara anlatmaq üçün xeyli izah etməli olursan. Belə bir cəmiyyətdə on səkkiz yaşlı amerikalı gəncin ölkəmizdə baş verən hadisələrə, xalqımızın mədəniyyətinə, tarixinə bu qədər həssas yanaşması məni […]

BANM-in məzunu Elmir Əbilov: Arzum bacarıqlı mütəxəssis olmaq, doğma Vətənə ləyaqətlə xidmət etməkdir

Ali məktəbi uğurla bitirirəm, fərqlənmə diplomuna layiq görülmüşəm. Ona görə ürəyim sonsuz sevinc və fərəh hissi ilə döyünür. Nailiyyətlərimi daha da yüksəltmək niyyətindəyəm. Bu fikirləri Bakı Ali Neft Məktəbinin (BANM) builki məzunu Elmir Əbilov AZƏRTAC-a müsahibəsində bildirib. Elmir Əbilov 2014-cü ildə Sumqayıt şəhər Texniki və təbiət elmləri liseyini bitirib. Həmin il BANM-ə 695 balla qəbul olunub, […]

Akademik Oqtay Səmədov: “50 il sonra Azərbaycanda AES-ə ehtiyac yarana bilər”

Mektebgushesi.az Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədovun APA-ya müsahibəsini təqdim edir: – Oqtay müəllim, Radiasiya Problemləri İnstitutunun işi əsasən hansı sahələri əhatə edir? – İnstitutda əsasən radiasiya materialşünaslığı üzrə elmi işlər aparılır. Bu işlərlə 5 laboratoriya məşğul olur. Həmin laboratoriyalarda bərk cisimlərdə radiasiya və qamma şüalarının təsiri […]

Aİİ rektoru Ceyhun Məmmədov: “Öz sahəsinin peşəkarı olmaq, yüksək dil biliklərinə, nitq qabiliyyətinə yiyələnmək vacibdir.”

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2019-2020-ci tədris ili üzrə İnstituta yüksəkintellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir. İnstitutun növbəti səfəri İsmayıllı rayonuna olub. Öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzülüb, dahi rəhbərin xatirəsi ehtiramla yad edilib. Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon […]

Cəsarət insani keyfiyyətdir

Cəsarət insani keyfiyyətdir, içdən gəlir, beşiyi ruhdur. Ruhən cəsarətli olmayan bir kimsə nə qədər elmli, bacarıqlı olsa da cılız görünər. Yetişər, amma ziyalı olmaz. Bu keyfiyyət qələm əhlində olanda isə sahibini sevdirər, daha əzəmətli göstərər. O da cəsarətlidir, hər sözü arxasıyca həqiqəti çəkir, yükü haqqdır. İstəyir ki, övladları qanunun ali olduğu ölkədə böyüsünlər, yüksək təhsilə […]

Maksimum bal toplayan İmişli məktəblisi: “400 bal toplamaq üçün yay imtahanına qatıldım”

“Buraxılış imtahanından 289,4 bal toplamışdım. Suallar asan idi, sadəcə öz səhvim ucbatından buraxılış imtahanında maksimum nəticə göstərə bilmədim” Mektebgushesi.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlaması zamanı İmişli şəhər 1 saylı məktəb-liseyin məzunu Turqut Ağaşov deyib. Turqut qəbul imtahanında çətinlik çəkmədiyini vurğulayıb: “Yaz qəbul imtahanlarında 386,4 bal topladım. 400 bal toplaya bilmək üçün yay imtahanlarına […]

Elman Eldaroğlu: Şair Ənvər Əlibəylinin qızı Şəfəq xanımın 70 yaşı tamam olur

Həmyaşıdlarım kimi mən də 1952-ci ildən ömrünün sonunadək AzTv-nin sədri vəzifəsində çalışmış şair, tərcüməçi, ictimai xadim Ənvər Əlibəyliylə heç zaman üz-üzə gəlməmişəm. Gələ də bilməzdim. Axı o, 1968-ci ildə vəfat edəndə mənim cəmi iki yaşım var idi. Amma ağlım kəsəndən onun sözlərinə bəstələnmiş mahnıları sevərək dinləyənlərdən biri olmuşam. Yəqin ki, “Bəxtiyar”, “Qızmar günəş altında”, “Qara […]

Nyu Yorkda yaşayan azərbaycanlı yazıçı

Əsl adı Əvəz olsa da, onu uşaq yaşlarından Azik deyə çağırıblar. Amerikaya gələndən sonra isə ABŞ vətəndaşlığını qəbul edəndə pasportuna adını Ayzek (Izek) yazdırıb. Və bundan sonra nəşr olunan bütün kitabları da Ayzek Əliyev imzası ilə işıq üzü görüb… …Atası giologiya-mineralogiya elmləri doktoru, professor Sabir Əliyev olub. 2005-ci ildə vəfat edib. Anası giologiya-mineralogiya elmləri namizədi […]