Mektebgushesi

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə imtahanların vaxtı açıqlanıb

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat V qrup üzrə (bədən tərbiyəsi ixtisası) iyunun 24-dən 28-dək aparılacaq. Dövlət İmtahan Mərkəzindən  mektebgushesi.az-a bildirilib ki, V qrup üzrə bədən tərbiyəsi ixtisası istisna olmaqla qeydiyyat iyunun 24–dən başlanacaq və iyulun 3-dək davam edəcək. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları I qrup üzrə iyulun 12-dən 17-dək, […]

Azərbaycanda hər şagirdə nə qədər müəllim düşəcək? – QƏRAR

Nazirlər Kabineti “Müəllim-şagird nisbətinə dair ölkə üzrə göstəricilərin müəyyən edilməsi metodologiyası”nı təsdiq edib. Yeni metodologiya Dövlət Statistika Komitəsinin təklifi nəzərə alınmaqla hazırlanıb. Bu metodologiya statistik müşahidələrin nəticələri əsasında formalaşan rəsmi statistik məlumatlardan istifadə edilməklə, ümumi təhsilin hər bir səviyyəsi üzrə müəllim-şagird nisbətinin hesablanması üsulunu müəyyənləşdirir. Sənəddə qeyd edilir ki, müəllim-şagird nisbəti ümumi təhsilin hər bir […]

Baş Nazir ali təhsilin səviyyələri üzrə bəzi ixtisaslaşmalara dəyişikliklər edib – Siyahı

Azərbaycanda ali təhsilin səviyyələri üzrə bəzi ixtisaslaşmalarda dəyişikliklər edilib. Mektebgushesi.az  xəbər verir ki, dəyişiklik Baş nazir Novruz Məmmədovun imzaladığı qərar  2019-cu il 15 sentyabr tarixindən qüvvəyə minəcək.  Sıra№-si İxtisasların (proqramların) şifri və adı 1 2 3 1. Təhsil ixtisasları qrupu 1. 050101 Azərbaycan dili və ədəbiyyatı müəllimliyi 2. 050102 Biologiya müəllimliyi 3. 050103 Coğrafiya müəllimliyi […]

AMEA “Gənc qadınlar elmdə” müsabiqəsi elan edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidentinin müvafiq sərəncamına əsasən, AMEA-nın gənc qadın alimləri üçün “Gənc qadınlar elmdə” müsabiqəsi elan olunur. AMEA-dan mektebgushesi.az -a verilən məlumata görə, müsabiqə elmin aktual və müasir problemləri üzrə Azərbaycan üçün prioritet olan istiqamətlərdə elmi tədqiqatlar aparan gənc xanımların elmi fəaliyyətini stimullaşdırmaq və qadınların elmin inkişafında rolunu daha da artırmaq məqsədilə keçirilir. Akademiyanın […]

Bakı Dövlət Universitetinin yubileyi ilə bağlı işçi qrupu yaradılıb

Bakı Dövlət Universitetnin 100 illik yubileyi ilə bağlı Təşkilat Komitəsi və işçi qrupu yaradılıb. Mektebgushesi.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin mətbuat və informasiya şöbəsindən məlumat yayıb. Bildirilib ki, Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 […]

Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlanıb – CƏDVƏL

Ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, I və IV ixtisas qrupları üzrə isə mayın 19-da keçiriləcək. Dövlət İmtahan Mərkəzindən Mektebgushesi.az-a verilən məlumata görə, ikinci imtahan isə I və IV ixtisas qrupları üzrə iyunun 30-da, II və III ixtisas qrupları üzrə iyulun 7-də keçiriləcək. I-V ixtisas qrupları […]

5-ci sinif tarix dərsliyində biabırçılıq: Dədə Qorqud siqar çəkir

5-ci siniflər üçün hazırlanmış Azərbaycan tarixi dərsliyinin üz qabığında və içərisində Dədə Qorqudun siqar çəkdiyi əks olunan görüntüsü verilib. Mektebgushesi.azqaynarinfo-ya istinadən xəbər verir ki, tütün məmulatlarının reklamının qadağan olduğu halda orta məktəb dərsliyində belə bir görüntünün verilməsi təəssüf doğurur. Bu, siqaretin, tütün məhsullarının şüuraltı təbliğatının aparılmasıdır. Halbuki məktəblilər arasında bunun əks-təbliğatı aparılmalıdır. Sözügedən fotonu sizə təqdim […]

IX və XI siniflər üçün buraxılış imtahanlarını tarixi açıqlandı

Dövlət İmtahan Mərkəzi 2019-cu ildə keçirilməsi nəzərdə tutulan ümumi və tam orta təhsil bazasında təhsilalanların buraxılış imtahanlarının keçirilməsi tariuxlərini elan etdi.  Bakı şəhəri və bölgələr üzrə IX siniflər üçün buraxılış imtahanlarının birinci mərhələsi 3, 10 və 17 mart , ikinci mərhələsi isə 2, 9 və 16 iyun tarixlərində keçiriləcəkdir. Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) […]

Maaş artımı təhsil işçilərinin əməkhaqqına təsir edəcəkmi?

Prezient İlham Əliyevin 8 fevral 2019-cu il tarixli sərəncamı ilə cari il martın 1-dən minimum əməkhaqqının 38,5 faiz (50 manat) artırılaraq 180 manata çatdırılması dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və özəl sektorda çalışan azı 600 min işçinin əməkhaqqının artmasına imkan verəcək. Bəs maaş artımı təhsil işçilərinə də şamil olunacaqmı? Mektebgushesi.az – ın Əmək və Əhalinin Sosial […]

Kimlər gənc alim hesab olunacaq? – Yaş dəqiqləşdirildi

Azərbaycanda “gənc alim və tədqiqatçı” anlayışı dəqiqləşdirilib. Mektebgushesi.az xəbər verir ki, bununla bağlı “Gənclər siyasəti haqqında” qanuna dəyişikliklər edilir. Dəyişikliklərə əsasən, qanuna “gənc alim və tədqiqatçı” anlayışı əlavə edilir. Gənc alim və tədqiqatçılar yaşı 35-dən çox olmayan alim və tədqiqatçılar hesab olunacaqlar. Onların elmi fəaliyyətinin dəstəklənməsi dövlətin gənclərin siyasətinin həyata keçirilməsi sahəsində əsas vəzifələrindən biri […]

Biologiya üzrə bazar günü məktəbinə gedənlərin nəzərinə

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında biologiya fənni üzrə bazar günü məktəbində məşğələlərin vaxtı açıqlanıb. Mektebgushesi.az Azərtac -a istinadən xəbər verir ki, bazar günü məktəbi fevralın 23-də saat 14:00, fevralın 24-də 16:00-da, martın 2-də saat 14:00-da, martın 3-də 16:00-da, martın 9-da 14:00-da və martın 10-da 16:00-da keçiriləcək. Məşğələlər Hüseyn Cavid prospekti, 133 ünvanında […]

2019-cu ildə keçiriləcək ALES imtahanlarının tarixləri açıqlanıb

Mektebgushesi.az Türkiyə mediasına istinadən xəbər verir ki, 2019-cu ildə keçiriləcək ALES imtahanlarının təqvimi qeyd edilən tarixlərdə keçiriləcək Yaz aylarında keçiriləcək ALES imtahanları: Müraciət tarixi: 5-13 mart; İmtahan tarixi:5 may. ALES 2 imtahanları Müraciət tarixi: 9-17 iyul; İmtahan tarixi: 22 sentyabr. Payız aylarında keçiriləcək ALES imtahanları Müraciət tarixi: 17 -25 sentyabr; İmtahan tarixi:17 noyabr.

Bu gün ali məktəblərə qəbulla bağlı sınaq imtahanı keçirilir

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə qəbul imtahanının ikinci mərhələsinin modelinə uyğun sınaq imtahanı keçirəcək. DİM-dən verilən məlumata görə, imtahanda iştirak etmək üçün internet vasitəsilə 28 337 abituriyent qeydiyyatdan keçib. İmtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Tovuz, Şəki, Mingəçevir, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Şamaxı, İsmayıllı, İmişli, […]

Azərbaycanlılar və ermənilərin birgə yaşadığı kənddə yeni məktəb inşa olunacaq

Gürcüstanda azərbaycanlılar və ermənilərin birgə yaşadığı Tsopi kəndində yeni məktəb inşa olunacaq. “Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Bələdiyyə İnkişaf Fondu tender elan edib. Yeni məktəb binasının tikintisinə 2,7 mln. lari (1 mln. dollardan çox) məbləğində vəsaitin ayrılması nəzərdə tutulub. Tsopi kənd məktəbi illərdir qəzalı vəziyyətdə olan binada fəaliyyət göstərir. Təhsil […]

Sumqayıtda məktəbdə yanğın olub

Sumqayıtda məktəbdə yanğın olub. Bu barədə Trend FHN-ə istinadən məlumat yayıb. Məlumata görə, şəhərdə orta məktəbin yerləşdiyi dördmərtəbəli binanın 3-cü mərtəbəsində 1 otağın giriş qapısı qismən, sahəsi 30 m² olan sinif otağında kitab şkafı və içərisinə yığılmış əşyalar 5 m² sahədə, dəhlizdə 2 ədəd stul və 1-ci mərtəbəsinin dəhlizində masanın üzərində parça örtük yanıb. Binanın […]