M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında biologiya fənni üzrə bazar günü məktəbində məşğələlərin vaxtı açıqlanıb.

Mektebgushesi.az Azərtac -a istinadən xəbər verir ki, bazar günü məktəbi fevralın 23-də saat 14:00, fevralın 24-də 16:00-da, martın 2-də saat 14:00-da, martın 3-də 16:00-da, martın 9-da 14:00-da və martın 10-da 16:00-da keçiriləcək.

Məşğələlər Hüseyn Cavid prospekti, 133 ünvanında keçiriləcək. Məşğələlər pulsuzdur. Bazar günü məktəbinə yazılmaq üçün əlaqə nömrəsi: +99412 598 93 32.

Bənzər yazılar